[go: up one dir, main page]

Amerikanın Səsi

(Amerikanın səsi səhifəsindən yönləndirilmişdir)

Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir."[4][5][6]

Amerikanın Səsi
Loqonun şəkli
Növü Dövlət tərəfindən maliyyələşdirilən beynəlxalq yayım şirkəti
Yaranma tarixi 1 fevral 1942
Mərkəzi Wilbur J. Cohen Federal Binası
Prezident Con Lippman (2023-cü ilin oktyabrından fəaliyyət göstərir)[1]
Büdcəsi 267,5 milyon ABŞ dolları (2023-cü il) [2]
Üzvləri 961[3]
voanews.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir.

Azərbaycanca

redaktə

Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır.

Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır. Amerikanın Səsinin "İran Azərbaycanı" bölməsində güneydə milli-mədəni hüquqlar uğrunda mübarizənin ön sıralarında gedən adamlarla müsahibələri dinləmək mümkündür.

Amerikanın Səsinin Azərbaycan xidmətinin icraçı redaktoru Əsgər Möhsümoğludur.

İstinadlar

redaktə
  1. "Yolanda López Stepping Down as Acting VOA Director". Voice of America. September 29, 2023. February 13, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2024.
  2. ""The Voice of America, the largest U.S. international broadcaster, provides a consistently reliable and authoritative source of news, tells America's story and presents a balanced and comprehensive projection of significant American thought and institutions."" (PDF). 2024-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-22.
  3. "VOA". U.S. Agency for Global Media (ingilis). October 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-14.
  4. Heil, Alan L. Voice of America: A History. Columbia University Press. 2003. JSTOR 10.7312/heil12674. June 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2020.
  5. Farhi, Paul. "Trump appointee sweeps aside rule that ensured 'firewall' at Voice of America". The Washington Post (ingilis). ISSN 0190-8286. June 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2020.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə