Aleksandr İnaşvili
Aleksandr (Sandro) İoviç İnaşvili (gürc. ალექსანდრე იობის ძე ინაშვილი;23 avqust 1887, Tiflis – 4 iyun 1958, Tbilisi) — gürcü, sovet opera müğənnisi (lirik və dramatik bariton), teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1950).[1]
Aleksandr İnaşvili | |
---|---|
gürc. ალექსანდრე იობის ძე ინაშვილი | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 avqust 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 1958 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | bariton |
Mükafatları |
|
Həyatı
redaktəAleksandr İnaşvili 1887-ci il avqustun 11-də (23) (digər mənbələrə görə — 1889-cu ildə)[2] Tiflisdə (indiki Tbilisi) dülgər ailəsində anadan olmuşdur.
1907-ci ildə atasının ölümündən sonra gimnaziyanı tərk etmiş, dəmiryol emalatxanalarının dəmirçi sexində çəkicçi, sonralar (1911-ci ilə qədər) orada mühasibatlıqda çalışmışdır.
Uşaqlıqdan S. Kavsadzenin rəhbərliyi ilə xorda, 1908–1910-cu illərdə N. Sulxanişvilinin rəhbərliyi ilə "Xalq musiqi cəmiyyəti"nin xorunda oxuyub.
1910-cu ildən N. Kovalenskidən xanəndəlik dərsləri alır. 1916-cı ildə Tiflis Musiqi Məktəbini (1917-ci ildən Tiflis Konservatoriyasını) E. K. Ryadnovun (1911–1916) xanəndəlik sinfini bitirmişdir.[3]
Aleksandr İnaşvili 1912-ci ildə Tiflis Xalq Evinin səhnəsində Eskamillo (Jorj Bizenin Karmen operası) obrazında debüt etmişdir. Sonralar o, Kutaisi, Batumi, Suxumi, Bakı, Qroznı və digər şəhərlərdə qastrol səfərlərində S. Yevlaxovun teatrında oxumuşdur.
1916-cı ildən — Tiflis Opera və Balet Teatrının aparıcı solisti, 1933-cü ildən — teatrın bədii şöbəsinin müdiri kimi çalışmışdır.
1923-cü ildə A. Sumbataşvili-Yuzinin məsləhəti ilə Milanda (İtaliya) E. Jeraldoninin yanında peşəkarlığını artırmış, daha sonra C. Bizenin "Karmen", Qaetano Donizettinin "Favorit" operalarını Macerata opera teatrının səhnəsində ifa edir. 1925-ci ildə Milanda keçirilən vokal müsabiqəsinin qalibi olur. Bundan sonra Madrid Opera Teatrına dəvət alır və orada Cüzeppe Verdinin "Aida" və "Troubadur", Cakomo Puççininin "Toska", V. Cordanonun "Andre Şenye" əsərlərini ifa edir.
Moskvada Dövlət Akademik Böyük Teatrda (1925), Leninqradda (1932), İrəvanda, Bakıda, Xarkovda qastrollarda olub.
O, həm də kamera müğənnisi kimi konsertlərdə çıxış edib. Qramofon vallarına yazılıb.
Aleksandr İnaşvili Gürcüstan opera sənətinin banilərindən biridir. O, gürcü operalarında, eləcə də rus dilində klassik operalarda bir çox vokal və səhnə obrazları yaradıb (repertuarda 50-yə yaxın partiya var idi). O, fövqəladə gözəl tembr və geniş diapazonlu mobil, dərin (orta və aşağı registrlərdə) səsə malik idi.
1927-ci ildən Tiflis Konservatoriyasında dərs demiş, burada beş il opera sinfinə və vokal şöbəsinə rəhbərlik etmiş, sonra solo müğənnilik sinfinə rəhbərlik etmişdir (1942-ci ildən professor).
Aleksandr İnaşvili aktiv musiqi və ictimai fəaliyyət göstərmişdir: İncəsənət işçiləri həmkarlar ittifaqı idarə heyətinin, Tbilisi Opera Teatrının, Konservatoriyanın bədii şuralarının, müsabiqələrin münsiflər heyətinin üzvü olmuşdur.
1946-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olub.
Aleksandr İnaşvili 1958-ci il iyunun 4-də Tbilisidə vəfat edib. Didube panteonunda dəfn edilmişdir.
Ailəsi
redaktə- Qardaşı — Qriqori İoviç, təxəllüsü — Venadze (1896–1969), opera artisti (bariton). Gürcüstan SSR xalq artisti (1943). Didube panteonunda dəfn edilmişdir.
- Qardaşı — Anton İoviç, təxəllüsü — İnoveli (1898–1987), filarmoniya artisti. Gürcüstan SSR əməkdar artisti.
- Həyat yoldaşı — Tamara (1901–1978). Əri ilə birlikdə Panteonda dəfn edilib.
Xatirəsi
redaktəTbilisidə yaşaydığı Maçabeli küçəsi, 13 ünvanında xatirə lövhəsi vurulmuşdur.[4]
Mükafatları
redaktə- SSRİ xalq artisti (1950)
- Lenin ordeni
- "Şərəf nişanı" ordeni (1937)
- Qırmızı Əmək Bayrağı ordeni
- Müxtəlif Medallar
Filmoqrafiya
redaktə1928 — Kazaklar — Olenin obrazı.
İstinadlar
redaktə- ↑ Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 10. Ива — Италики. 1972. 592 стр., илл.; 44 л. илл. и карт. 1 карта-вкл.
- ↑ "ИНАШВИЛИ в энциклопедии музыки". 2014-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- ↑ Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 17. Моршин — Никиш. 1974. 616 стр., илл.; 34 л. илл. и карт.
- ↑ "ул. Мачабели, 13". 2020-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.