[go: up one dir, main page]

Abay (İbrahim) Kunanbayev (qaz. اباي (ىيبراحىيم) قۇنانبايۇلى , Абай (Ибрahим) Құнанбайұлы) (29 iyul (10 avqust) 1845[1][2] və ya 10 avqust 1845[3][2], Jidebay[d], Qərbi Sibir general-qubernatorluğu[d]23 iyun (6 iyul) 1904[1] və ya 6 iyul 1904[3][2], Jidebay[d], Tomsk quberniyası[d]) — qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı.

Abay Kunanbayev
qaz. Абай Құнанбайұлы
Doğum adı Ибраһим Құнанбайұлы
Doğum tarixi 29 iyul (10 avqust) 1845[1][2] və ya 10 avqust 1845(1845-08-10)[3][2]
Doğum yeri
Vəfat tarixi 23 iyun (6 iyul) 1904[1] (58 yaşında) və ya 6 iyul 1904(1904-07-06)[3][2] (58 yaşında)
Vəfat yeri
Fəaliyyəti dilçi, şair, tərcüməçi, bəstəkar, ictimai xadim, yazıçı, filosof
Əsərlərinin dili Qazax dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abay Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır.[4]

Həyatı

redaktə

Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır.

Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi. O qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcümələri ilə yadda qalmışdır. Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırmışdır:

Yaradıcılığı

redaktə

Abay Kunanbayev 12 yaşından şeir yazmağa başlamış, lakin 40 yaşına qədər müəllifliyini gizlətmişdir. Sağlığında şeirləri şifahi və əlyazması şəklində yayılmışdır. İlk kitabı Sankt-Peterburqda (qazax dilində) çap olunmuşdur (1909). Ədəbi irsi satirik, lirik şeir və poemalardan ("Masqud", "Əzim haqqında nağıl", "İsgəndər"), bədii-fəlsəfi nəsr əsərlərindən ("Əqliyyə") ibarətdir. Abay Kunanbayev qazax ədəbiyyatına yeni mövzular (sosial ədalətsizliklərin tənqidi, antiklerikal motivlər, sənətkarın qayəsi haqqında fikirlər), yeni şeir formaları (müsəddəs, məsnəvi) gətirmişdir. Abay Kunanbayev həm də istedadlı bəstəkar olmuş, şeirlərinə musiqi bəstələmişdir.

Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri cavanlara ünvanlamışdır. O burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışmışdır. Abay bu əsərində xalqa müraciət edərək: "Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edirlər, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı" – deyir. "Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır. Həmçinin onun Rusiyaya qeyri-adi rəğbəti də duyulur. Baxmayaraq ki, XIX əsrdə Rusiya Qazaxıstanı işğal etmişdir. O düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün ahıl çağlarında o Rusiyanın işğalçılıq siyasətini anlayir. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarıyla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir. Abay Kunanbayevin yaradıcılığı XX əsrdə xüsusilə tədqiq edilmiş, müxtəlif sənədlərə əsasən onun şəxsiyyəti araşdırılmışdır.

Xatirəsi

redaktə

2011-ci ildə Bakıda Abay Kunanbayevin şərəfinə xatirə lövhəsinin açılışı olmuşdur. 10 avqust 2020-ci ildə Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə və xatirə lövhəsinin əvvəlki yerində təmir işləri aparılması, yaxınlıqdakı binanın sökülməsinin planlaşdırılması ilə əlaqədar, Bakının Binəqədi rayonunda onun şərəfinə vurulmuş xatirə lövhəsinin yerinin dəyişdirilməsi ilə bağlı aksiya keçirilib.[5]

Əsərləri

redaktə
  • Şeirlər və poemalar. B., 1970;
  • İzbrannoe /sost. S. Mansurova. M., 2002.

İstinadlar

redaktə
  1. 1 2 3 4 АБАЙ КУНАНБАЕВ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. 1 2 3 4 5 6 Педагоги и психологи мира (rus.). 2012.
  3. 1 2 3 4 Abaj Kunanbajev // http://www.enciklopedija.hr/Natuknica.aspx?ID=31.
  4. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
  5. AzərTAc. "Böyük Abayın doğum günündə Bakıda xatirə aksiyası keçirilib" (az.). AzərTAc. 11.08.2020. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.

Ədəbiyyat

redaktə

Xəlilov P. Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı. B.,1994.