[go: up one dir, main page]

Mərkəzi Seçki Komissiyası (Azərbaycan)

(ARMSK səhifəsindən yönləndirilmişdir)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.

Mərkəzi Seçki Komissiyası
  • Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
(MSK)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 26 iyun 1990
Baş qərargah Bakı Bakı
Ünvan S. S. Axundov 7, AZ1115
Rəhbərlik
Sədr Məzahir Pənahov
Sədr müavini Rövzət Qasımov

Rəsmi saytı www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az

Əsas vəzifəsi

redaktə

MSK Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputat seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.

Yaradılma qaydası

redaktə

MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.

Fəaliyyət və səlahiyyətləri

redaktə

Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası:

  • seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
  • aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir;
  • aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir;
  • seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir;
  • Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir;
  • Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir;
  • seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir;
  • seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir;

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər. Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir

Tərkibi

redaktə
# Adı Vəzifəsi İlk seçildiyi tarix Son seçildiyi tarix Namizədliyini irəli sürən partiya
1 Məzahir Pənahov Sədr 19 may 2000 27 aprel 2021 Yeni Azərbaycan Partiyası
2 Rövzət Qasımov Sədr müavini 23 oktyabr 2019 Yeni Azərbaycan Partiyası
3 Mikayıl Rəhimov Katib 8 oktyabr 2010 Ədalət, Hüquq, Demokratiya Partiyası
4 Arifə Muxtarova Katib 22 fevral 2011[1] Bitərəf
5 Fuad Cavadov Üzv 18 iyul 2000[2] Bitərəf
6 Şaitdin Əliyev Üzv 8 iyun 2010[3] Yeni Azərbaycan Partiyası
7 Bəxşeyiş Əsgərov Üzv 22 fevral 2011 Böyük Quruluş Partiyası
8 Nailə Əsgərova Üzv 27 aprel 2021[4] Bitərəf
9 Tofiq Həsənov Üzv 7 fevral 2006[5] Demokratik İslahatlar Partiyası

Vətəndaş Birliyi Partiyası
10 Ramiz İbrahimov Üzv 22 fevral 2011[6] Yeni Azərbaycan Partiyası
11 Validə Kazımova Üzv 11 iyun 2001[7] Yeni Azərbaycan Partiyası
12 İlham Məmmədov Üzv 3 oktyabr 1995[8] Bitərəf
13 Nizami Nadirxanlı Üzv 7 fevral 2006[9] Bitərəf
14 Qabil Orucov Üzv 11 iyun 2001[10] Bitərəf
15 Hüseyn Paşayev Üzv 18 iyul 2000[11][12]
12 aprel 2016[4](Yenidən)
Yeni Azərbaycan Partiyası
16 Almas Qəhrəmanlı Üzv 15 dekabr 2006[13] Vətəndaş Həmrəyliyi Partiyası
17 Etibar Quliyev Üzv 22 fevral 2011[14] Ana Vətən Partiyası
18 İlkin Şahbazov Üzv 12 aprel 2016[4] Azərbaycan Demokratik Maarifçilik Partiyası

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  2. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  3. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  4. 1 2 3 "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  5. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  6. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  7. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  8. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  9. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  10. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  11. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  12. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  13. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  14. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.