[go: up one dir, main page]

Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri.[1] "Xalq qəzeti"nin baş redaktoru.

Əflatun Amaşov
"Xalq qəzeti"nin baş redaktoru
Vəzifədədir
23 sentaybr 2022-ci ildən
ƏvvəlkiHəsən Həsənov
15 mart 2003 – 24 sentyabr 2022
Əvvəlkivəzifə təsis edilib
SonrakıRəşad Məcid
1 noyabr 2015 – 10 mart 2020
Seçki dairəsi62 saylı Saatlı
ƏvvəlkiCəlal Əliyev
SonrakıƏziz Ələkbərli
bayraq
Azərbaycan Dövlət Teleqraf Agentliyi sədrinin birinci müavini
bayraq2
1992 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 1957(1957-04-26) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi
Dini islam

Təltifləri
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.[2] 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Fəaliyyəti

redaktə
 
Azərbaycanda Fransız İnstitutunda keçirilmiş "Le Carrefour" qəzetinin təqdimatında, 5 aprel 2017-ci il[3]

Jurnalistika fəaliyyəti

redaktə

1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

redaktə

1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.

1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, bir övladı var.

Mükafatları

redaktə

Üzvlükləri

redaktə
  • Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.[9]

İstinadlar

redaktə
  1. "Suallarınızı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır — www.azadliq.org". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
  2. "Tərcümeyi–hal: Amaşov Əflatun Əhməd oğlu — Azərbaycan Mərbuat Şurası". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
  3. Bakıda Frankofoniya həftələri çərçivəsində "Le Carrefour" qəzetinin təqdimatı keçirilib Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine. azertag.az, 05.04.2017 (az.)
  4. "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  5. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. Archived from the original on 2015-07-30. İstifadə tarixi: 2015-07-22..
  6. "Ə. Ə. Amaşovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  7. "Şura sədri "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  8. Ə. Ə. Amaşovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  9. "Əflatun Amaşov Mətbuat Şurasının sədri seçilib — www.mediaforum.az". 2015-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2015. Arxivləşdirilib.

Xarici keçidlər

redaktə