[go: up one dir, main page]

Konstantinopolun süqutu

(İstanbulun fəthi səhifəsindən yönləndirilmişdir)

Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi.[1][23]

Konstantinopolun süqutu
yun. Άλωση της Κωνσταντινούπολης
türk. İstanbul'un fethi
Osmanlı-Bizans müharibələri
Fausto Zonaronun II Mehmedin Konstantinopola Girişi əsəri
Fausto Zonaronun II Mehmedin Konstantinopola Girişi əsəri
Tarix 6 aprel 1453 — 29 may 1453
Yeri Konstantinopol (indiki İstanbul)
Səbəbi Bizansın Şahzadə Orxana görə II Mehmeddən bac istəməsi
Nəticəsi Osmanlı İmperiyası qalib gəldi. Bizans İmperiyası süqut etdi.
Münaqişə tərəfləri

Osmanlı İmperiyası
Serb despotluğu

Bizans İmperiyası
Genuya respublikası
Venesiya respublikası
Şahzadə Orxan Çələbi

Komandan(lar)

II Mehmed
Çandarlı Xəlil Paşa
Zağanos Paşa
Baltaoğlu Süleyman bəy Qaraca Paşa Ulubatlı Həsən

XI Konstantin Paleoloq
Lukas Notaras
Ciovvanni

Tərəflərin qüvvəsi

50000-250000[1][2][3][4][5][6][7][8][9][10]
90-300 gəmi[1][11][12]
70 top (4 şahi, 10 böyük və 56 kiçik kalibrli)[1][13][14]

7000-10000 (5000 milis)[1][9][15][16]
26 gəmi[17][18]

İtkilər

Ağır[19][20]

4000 ölü[21][22]
30000 əsir və sürgün olunan[20]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə ƏməvilərAbbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu.[24][25][26] Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər.[27] Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı.[28][29] Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir.[30] I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı. Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz bağının qarşısını kəsmək üçün Anadolu Hasarı inşa edildi.[31] Bizans İmperatorunun sülh təklifindən sonra mühasirə başa çatdı.[31] Ankara döyüşündən sonra Osmanlı Fitrət dövrünü yaşadı. Bu dövrdə Konstantinopol I Bəyazidin oğlu olan Musa Çələbi tərəfindən 1412-ci ildə yenidən mühasirəyə alındı.[32][q 1] Musa Çələbi qarışıqlığa Bizansın səbəb olduğuna və bəzi şahzadələrin Bizans tərəfindən dəstəkləndiyinə inanırdı.[33] Buna baxmayaraq rəqib şahzadələrdən olan Mehmed Çələbinin hərəkətə keçməsi ilə bu mühasirə də dayandırıldı. Dördüncü mühasirə II Muradın dövründə oldu. II Murad Bizansa elçilər göndərərək Mustafa Çələbinin dəstəklənməməsini tələb etdi, ancaq bu tələbi müsbət nəticələnmədi. Üsyan ilə mübarizə aparan II Murad Mustafa Çələbini dəstəklədiyinə inandığı Bizans İmperiyası üzərinə irəlilədi və mühasirə başladı.[34][35] Bizans İmperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra bu mühasirə də başa çatdı.[35] II Mehmed taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmiş vəziyyətdə idi.[1][24][36]

Bizansın vəziyyəti

redaktə

Min il bundan əvvəl Bizans olaraq da tanınan Şərqi Roma imperiyası XV əsrdə dərin tənəzzülə uğramışdı. Bundan başqa, demək olar ki, o, çətinliklər içində idi. Demək olar ki, bütün mülkiyyətlərini itirdikdən sonra, o çox kiçik bir dövlət olmuşdu, onun hakimiyyəti paytaxtına yayılırdı — Konstantinopol şəhəri, onun ətrafları, Kiçik Asiya sahillərində bir neçə yunan adaları, Bolqarıstanın sahilində bir neçə şəhər, eləcə də Peloponnes yarımadası. Bu dövləti yalnız nominal olaraq imperiya hesab etmək olardı, çünki hətta qurumun nəzarət altında qalan hissəsinin hökmdarları da faktiki olaraq mərkəzi hakimiyyətdən asılı deyildilər. Buna görə də, XV əsrin ortalarında Bizans yalnız şərti bir imperiya hesab edilə bilər: şəhərin süqutu zamanı imperator hakimiyyəti yalnız Konstantinopolun qala divarları ilə məhdudlaşırdı və onun da əhalisi 50 min nəfərdən çox deyildi. Bizans İmperiyası 1000 ildən artıq mövcud idi, lakin onun paytaxtı, Konstantinopol yalnız bir dəfə, 1204 il dördüncü Xaç yürüşü zamanı işğal edilmişdi. Bizanslılar 1261-ci ildə paytaxtı azad edə bildilər. İmperiya, şəhərin özü kimi, XV əsrin birinci yarısına qədər türklərin mühasirəsində çətinliklə yaşayırdı. Tərəqqi dövründə 1 milyona qədər insanın yaşadığı Bizansın paytaxtında XV əsrin ortalarında 50 min əhali çətinliklə olardı. Amma imperatorluq hələ də paytaxtın və simvolun — Konstantinopolun mövcudluğu sayəsində saxlanılırdı. Bizans pravoslav, Şərqi xristian dininin vətəni və dayağı kimi böyük nüfuza malikdir.

XV əsrin ortalarında Bizans İmperiyası hər tərəfdən öz əsas rəqibi, müsəlman dövləti olan Osmanlı türklərinin əraziləri ilə əhatə olunmuşdu. Konstantinopol indi demək olar ki, Osmanlı dövlətinin ortasında, onun Avropa və Asiya əraziləri arasında qalmışdı. Bu səbəbdən türklər üçün Konstantinopolun istilası praktiki olaraq, müsəlmanlara qarşı növbəti xaç yürüşü zamanı ondan xristian platsdarmı kimi istifadəsinin qarşısını almaq üçün dövlət əhəmiyyətli zərurətə çevrilmişdi.

Dördüncü Səlib yürüşündə zəncirdən istifadə edən Bizans İmperiyası bu mühasirədə də Qızıl buynuz limanının girişini zəncirlə bağladı.[37] Döymə dəmirdən istehsal olunan zəncir fərqli formadakı halqalardan ibarətdi.[38] Daha əvvəllər də fərqli dövlətlərin hücumlarına məruz qalan Bizans zəncirlə bağlı keçmişdəki əskikləri aradan qaldırmışdı. 1204-cü ildə Səlibçilərin hücumu zamanı zəncirin Qalatada bağlı olduğu qüllə ələ keçirilmiş və zəncir zərərsizləşdirilmişdir.[39] Bu səbəbdən də Bizans qülləni gücləndirdi və ətrafını qala divarları ilə əhatələndirdi.[39] Mühasirəyə hazırlaşmaq üçün Bizans donanması gücləndirildi. 1453-cü ilin fevral ayında limandakı gəmilərdən burada qalması istənildi. Buna baxmayaraq çoxu şəhərdən qaçdı. Bartolemey Soliqo tərəfindən hazırlanan zəncir 2 aprel 1453-cü ildə Kasteliyon və Euqenios qüllələri arasında çəkilərək limanı bağladı və zəncirin arxasında qalan Bizans donanması keşik çəkməyə başladı.[39][40][41][42] Zəncirin bütün halqaları eyni deyildi və qalınlıqları 1,9–6,2 sm arasında dəyişirdi.[43][44]

 
Konstantinopolu təsvir edən şəkil.

Bizansın başqa müdafiə silahı da qrejuva idi. Qrejuva suda sönmürdü və həm quru, həm də dəniz döyüşlərində istifadə olunacaqdı.[9][10][45][46] Buna baxmayaraq Bizansın paytaxtı məzhəb çəkişmələri ilə qarşı-qarşıya qalmışdı. 1439-cu ildə KatolikOrtodoks kilsələrinin birləşməsi qəbul edildi. Bu hadisəyə Bizanslılar mənfi reaksiya verdi.[9][24][47][48] Bəzi mənbələr xalqın "Konstantinopolda latın başlığı görməkdənsə, Türk sarığı görməyi seçirik" düşüncəsini dəstəklədiyini göstərir.[49][50][51][52][53] İmperator Konstantinin Avropa dövlətlərindən istədiyi köməklər də məzhəb məsələlərinə görə ləngiyirdi.[47][54] Mühasirədən əvvəl Məryəmin təsviri olan ikonanı daşıyan bir qrup dualar edə-edə Konstantinopolun küçələrində dolaşmağa başladı. Təsvirin yerə düşməsi və ardınca yağışın başlaması səbəbindən Bizanslılar narahat olmağa başladı.[55] Bu hadisə xalqın arasında söz-söhbətlərin yayılmasına səbəb oldu.[55] Mühasirədən əvvəl şəhərin süqut edəcəyi ilə bağlı söz-söhbətlərin yayılmasının xalqda ruh düşkünlüyünə səbəb olduğu düşünülür.[56] Mühasirə vaxtı sıxıntı çəkməmək üçün ərzaq və silah anbarları dolduruldu. Müxtəlif ölkələrdən gələn əsgərlərlə keşikçilərin sayı artırıldı və şəhərin divarları gücləndirildi.[57][58] Papa dövləti tərəfindən üç gəmi ilə birlikdə 200 əsgər göndərildi və 30 gəminin də hazırlanmaqda olduğu bildirildi.[59] 1453-cü ilin yanvar ayında Genuyalı komandir Covanni Yustiniyani komandanlığındakı 700 əsgərlə köməyə gəldi. İmperator tərəfindən Yustiniyani baş komandan olaraq təyin olundu.[1][60] Mühasirədən Bizans tərəfi qalib ayrılacağı təqdirdə Yustiniyaniyə Limni adası vəd olundu.[59]

Bizansın müdafiə planında əsas ünsür şəhərin divarları idi. İlk dəfə 410–442-ci illərdə 1400 hektarlıq ərazini əhatə edəcək şəkildə 19 kilometr uzunluğunda Konstantin divarları inşa olunmuşdu.[61] Əhalinin artması səbəbindən II Feodosiy əvvəlki divarlardan təqribən 1400 metr məsafədə yerləşən yeni divarların tikilməsinə göstəriş vermişdi. Bu divarların hündürlüyü 11 metr, eni isə 4,8 metrdi.[61] Əsas divardan 14,5 metr irəlidə 8 metr hündürlüyü olan ön divarlar vardı. Bu divarların önündə isə 18 metr enində olan xəndəklər vardı.[61] Divarlar təkcə qurudan ediləcək hücumlardan müdafiə üçün nəzərdə tutulmamışdı. Şəhərin dəniz sahili də bütünlüklə divarlarla əhatələnmişdi. 8,5 kilometr uzunluğu olan dəniz divarları da II Feodisiy dövründə tikilmişdi.[62] Divarların 36 qapısı, 101 qülləsi və 27 bürcü vardı.[62] Qızıl buynuz sahilindəki Qalata divarlarının tikintisi isə 439-cu ildə başlamış və 5,2 kilometr uzunluğa sahib olan bu divarlar 2–3 metr enində idi. Bu divarların 20 qapısı, 172 qülləsi vardı.[63] Konstantinopol Ortodoks Kilsəsinin yerləşdiyi yerdə də iç qala vardı. XIV əsrdə Bizans-Genuya müharibəsi səbəbindən Qalata divarlarının da qarşısı xəndəklə əhatələnmişdi.[63] Konstantinopolun su sistemi də inkişaf etmişdi. Təqribən 250 kilometr uzaqlıqda yerləşən Ulduz dağlarından və ətrafdakı dərələrdən şəhərə akveduklarla su gəlirdi. Sular şəhərdəki su depolarında toplanırdı.[64]

Osmanlının vəziyyəti

redaktə
 
Mühasirədə istifadə olunan Şahi toplarından biri.

1444-cü ildə taxtından imtina edən II Murad öz istəyi ilə hakimiyyəti oğlu Mehmedə verdi. II Mehmed 12 yaşında idi və dövrün sədrəzəmi Çandarlı Xəlil Paşa bu qərarı düzgün hesab etməmişdi.[65][66] Bu hakimiyyət dəyişikliyindən sonra yeni bir Səlibçi ordusu toplandı və Osmanlı üzərinə hücuma keçdi. II Mehmedin dəvəti və Çandarlı Xəlil Paşanın da səyi nəticəsində II Murad ordunun başına keçərək Varna döyüşündə Səlibçiləri məğlub etdi.[67][68] Bu döyüşdən sonra II Murad yenidən taxta çıxdı və Vəliəhd Mehmed Manisaya göndərildi.[68] 1445-ci ilin noyabr ayında II Murad hakimiyyəti yenidən oğlu Mehmedə verdi. II Mehmedin ikinci hökmdarlığında Ədirnədə qarət və yanğın hadisələri baş verdi. Çandarlı Xəlil Paşa və digər dövlət xadimlərinin səyləri nəticəsində II Mehmed yenidən taxtdan endirildi.[69] Cozef fon Hammerə görə II Mehmedə yenidən taxtdan uzaqlaşmaq təklifi edilmədi. Çandarlı Xəlil Paşa ona birlikdə ova getməyi təklif etdi və II Mehmed taxtdan endirildiyini ovdan qayıtdıqdan sonra öyrəndi.[69] 1444–1446-cı illərdə müvəqqəti olaraq hakimiyyətdə qalan II Mehmed 1451-ci ildə II Muradın ölümündən sonra sonuncu dəfə taxta çıxdı.[70] Çandarlı Xəlil Paşa tərəfindən sürgün edilən Zağanos Paşa II Mehmedin müdaxiləsi nəticəsində Ədirnəyə geri döndü.[71] Çandarlı Xəlil Paşa ilə Zağanos Paşa arasındakı anlaşmazlıq mühasirə müddətində də davam edəcək, Çandarlı Xəlil Paşa mühasirənin dayandırılmasını, Zağanos Paşa isə əksinə olaraq mühasirənin davam etdirilməsi düşüncəsini müdafiə edəcəkdi.[1][72][73][74] Taxtdan endirilməsinə səbəb olduğu və mühasirə düşüncəsini dəstəkləmədiyi üçün II Mehmedin Çandarlı Xəlil Paşanı düşmən gözündə gördüyü qeyd olunmuşdur.[75][76][77]

Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq üçün II Mehmedin göstərişi ilə Rumeli Hasarının tikintisinə başlanıldı.[78][79] Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. Tikinti 1452-ci ilin aprel ayında başlamışdı.[80][81] Rumeli Hasarının tikintisində 5–6 min işçinin işlədiyi qeyd olunmuşdur. II Mehmed tikintinin gedişi ilə şəxsən maraqlanırdı.[82] Avqustda tikinti başa çatdı. Rumeli Hasarının 13 bürcü vardı və üç böyük bürcün üstü qurğuşun baca ilə örtülmüşdü. 400 əsgərlə birlikdə qalanın müdafiəsi Firuz Ağaya tapşırıldı.[83][84][85] Tikintinin başa çatması və boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi.[9][86][87] Tikinti getdiyi müddət ərzində Bizans tərəfindən tikintinin dayandırılması üçün göndərilən 2 elçi II Mehmedin göstərişi ilə edam edildi.[47] 1452-ci ilin noyabr ayında 2 Venesiya gəmisi boğazdan keçməyə cəhd göstərdi. İki qaladan da atəş açıldı və Antoniyo Rizzo adlı kapitanın gəmisi batırıldı.[83][88] Ələ keçirilən Rizzo Ədirnəyə aparıldı və payaya keçirdildi. Kapitanın bağışlanması üçün Konstantinopoldan ayrılan Venesiya elçisi onun edam edildiyini gördükdən sonra geri döndü və Osmanlıların Venesiyaya müharibə elan etdiyi qəbul edildi.[88]

Mühasirəyə hazırlıq müddətində dövrünə görə böyük topların hazırlanmasına başlandı.[57] Bizans zindanlarından qaçırılan Urban adlı mühəndis tərəfindən hazırlanan Şahi topu bunlardan biri idi. Bu topun bir mərmisi təqribən 550 kiloqram idi. Topun uzunluğu 8, ətrafı isə 2,5 metrdi.[79] Bu topun Konstantinopolun mühasirəsinə aparılmasını Rumeli Bəylərbəyi Dayı Qaraca Paşa öhdəsinə götürdü.[57][74][88][89][90][91][92] Osmanlı ordusunun sayı ilə bağlı müxtəlif düşüncələr vardır. Hammerə görə 250000, Barboya börə 160000, Sfrantzes və Dukasa görə 200000 əsgər vardı.[1][10][93] Mühasirəyə dənizdən dəstək vermək üçün Osmanlı donanması da hazırlanmışdı. Baltaoğlu Süleyman Paşanın komandanlığındakı[1][94] donanmadakı gəmilərin sayı haqqında da fərqli düşüncələr vardır. Dukasa görə bu rəqəm 300, Yergiyos Fransisə görə isə 160 idi.[1]

Gedişat

redaktə
 
Konstantinopolun divarlarını və qapılarını göstərən xəritə.

Mühasirədən əvvəl şəhərin ətrafındakı bəzi qalalar və qəsəbələr Qaraca Paşanın komandanlığındakı 10000 nəfərlik ordu tərəfindən ələ keçirildi.[95][96] Bizans İmperatoru XI Konstantin son diplomatik gediş olaraq şəhərin ətrafındakı kəndlərə və bu kəndlərdə yaşayan əhaliyə zərər dəyməməsini xahiş etdi. Buna baxmayaraq II Mehmed kəndlərdə heyvanların otarılmasını və qarşılarına çıxan kəndlilərin öldürülməsini əmr etdi.[97] İmperator Konstantinin buna cavabı isə şəhərin qapılarını bağlamaq və buradakı türkləri həbs etmək oldu.[97] XI Konstantinin qardaşları tərəfindən idarə olunan Moreya despotluğuna Osmanlı hücumları başladı.[1][98][99]

6 aprel 1453-cü ildə Osmanlı quru qoşunları Qızıl Buynuzdan Mərmərəyə doğru qala divarlarının önündə mövqe tutdu.[1][10] Həmin gündə Bizans və müttəfiqləri tərəfindən zəif hesab olunan Adrianopol qapısında İmperator Konstantin və müttəfiqləri mövqe tutdu. Meqaduk[q 2] Lukas Notaras isə 100 atlı ilə birgə limanı və ətrafını qorumaqla vəzifələndirilmişdi. Konstantinopolda olan şahzadə Orxan bəysə əsgərləri ilə birlikdə sahildəki mövqeləri qoruyurdu. 6 apreldə ruh yüksəkliyini artırmaq üçün imperatorun əmri ilə zirehli və silahlı təqribən min əsgər Osmanlı ordusunun görəcəyi şəkildə qala divarlarında yürüş keçirdi. Bizansın müdafiəsi belə təşkil olunmuşdu; Müqəddəs Romanos qapısı Yustiniyani və əsgərləri, Müqəddəs Romanos və Adrianopol qapıları arasındakı mövqe əsasən Bizans-Genuya, Müqəddəs Romanos və cənubdakı Selimbriya qapısı arasındakı mövqe isə Bizans-Venesiya qüvvələri tərəfindən qorunurdu.[94] Osmanlı ordusu hücuma başlamazdan əvvəl şəhərin ətrafındakı yaşayış yerlərini dağıtdı.[100] Topların yerləşdiriləcəyi yerləri seçmək üçün şəhər divarlarının ən zəif yerləri müəyyən edildi. Qalata cəbhəsində Zağanos paşanın qüvvələri, divarların cənub hissəsində Anadolu bəylərbəyi İshaq paşa, şimal hissəsində isə Rumeli bəylərbəyi Qaraca paşa mövqe tutdu.[10][101] Müqəddəs Romanos qapısı ilə Adrianopol qapısı arasındakı mərkəz mövqedə isə II Mehmed yeniçərilərlə birgə öz mövqesini tutdu.[10] Bu bölgədə şəhərin ən zəif divarları yerləşirdi. Ən zəif bölgənin bura olduğunu müəyyən edən Osmanlılar toplarını 11 apreldə burada yerləşdirdi.[1][42] Üç top Blaherne sarayı, üç top Piyi, iki top Adrianopol qapısı, dörd top da Müqəddəs Romanos qapısı önünə yerləşdirildi. Osmanlıların tökdürdüyü ən böyük top əvvəlcə Kaliqariya qapısı önünə yerləşdirilsə də, həmin mövqe güclü hesab olunduğundan top Müqəddəs Romanos qapısı önünə gətirildi. Topların mövqelərini tutmasından iki gün sonra Baltaoğlu Süleyman paşanın komandanlığındakı Osmanlı donanması Prinkiposla Antiqonini və Tarabyadakı bir Bizans qalasını ələ keçirdi.[42][102]

Toplar öz mövqelərini tutduqdan sonra II Mehmed vəziri Vəli Mahmud paşanı imperatorun yanına elçi kimi göndərərək şəhərin təslim edilməsini istədi. Konstantinsə cavab olaraq şəhəri qorumağa and içdiyini, ancaq istəyərlərsə vergi verə biləcəyini bildirdi.[1][9][42][103][104] 12 aprel 1453-cü ildə Osmanlının topçu hücumu başladı. Dövrünə görə güclü hesab olunan bu toplar çoxlu mənbələrə görə güclü gurultu çıxarırdı və şəhəri qoruyanların ruh yüksəkliyinin azalmasına səbəb olurdu.[1][105][106] Osmanlı topları təqribən iki saata doldurulurdu və bu səbəbdən də atəşin sıxlığı aşağı idi. II Mehmed topların daha sıxlıqla doldurulmasını istədi və nəticədə toplardan biri partladı. Topu tökən Urban usta və ətrafındakılar öldü.[57][106][107] Toplara xidmət göstərmək üçün ordugahda təmir yeri qurulsa da, tarixçi Hammerə görə Urbanın ölməsi səbəbindən parçalanmış top təmir edilə bilmədi.[57][107][q 3] Macarıstan krallığı komandanı Yanos Hunyadidən məktub gətirən elçi Osmanlı topçularını xam hesab etdi və onlara topçuların mənimsəyəcəyi bir taktika öyrətdi. Kiçik toplarla divarlarda müəyyən olunmuş bir nöqtənin ətrafı zəiflədilir və böyük toplarla atəş açılaraq həmin yerlərdə boşluqlar yaradılırdı.[106][108] Yustiniyaninin əsgərləri isə divarlarda yaranmış boşluqlara dəmir payalar keçirdir və üstlərini qayalarla, qum dolu çəlləklərlə örtürdü. Bundan başqa şəhərdəki ağaclar da kəsilərək bu boşluqlara doldurulurdu.[105] Venesiyalı əsgərlər də yeni bir metod kəşf etmişdi. Divarların şəhərə baxan hissəsinə üzüm tənəkləri yığır və onların budaqlarını isidərək divarlarla qarışmasını təmin edirdilər. Belə olduqda divarlardan hissələrin qopub düşməsi çətinləşirdi. Osmanlıların topçu hücumu 18 aprelə qədər davam etdi.[1][57][106]

Döyüşdə Osmanlılardan başqa Bizans tərəfinin də odlu silahlara sahib olduğu məlumdur. 12–18 aprel aralığında davam edən Osmanlı topçu hücumu nəticəsində Bizans tərəfinin bir ağır topu parçalandı. Bu hadisəyə əsəbləşən Bizans tərəfi topçu komandanını xainliklə günahlandırdı və öldürmək istədi.[109] Buna baxmayaraq yetərli sübut olmadığından komandan buraxıldı. Həmin vaxt şəhərdə olan alman mühəndis Jin Qrant yunan odunun işlədilməsinin incəliklərini əsgərlərə öyrədirdi.[110] Yunan odunu daha yaxşı istifadə etməyə başlayan Bizans tərəfi Osmanlı ordusunun Müqəddəs Romanos qapısı önündəki bir topunu sıradan çıxarmağı bacarmışdı.[109]

18 aprel Osmanlının mərkəz cinahının yerləşdiyi mövqenin önündəki birinci və ikinci divarlarda boşluqlar açıldı. II Mehmedin əmri ilə boşluğun önündəki xəndək daşlar və qum torbaları ilə dolduruldu.[105] Osmanlı ordusu gecə hücuma keçdi. II Mehmedin əmri ilə hücumu dəstəkləmək üçün qüllələr inşa olunmuşdu. Buna baxmayaraq Osmanlı tərəfi gecə hücumu ilə nəticə əldə edə bilmədi. Qüllələr yunan odu ilə yandırıldı və divara çıxmağı bacaran Osmanlı əsgərləri də güclü müqavimətlə qarşılaşdı.[1][111] Eyni gündə Osmanlı tərəfi dəniz hücumu da başlatmışdı. 15 aprel 1453-cü ildə Qızıl Buynuz ətrafına toplanan Osmanlı donanması Bizans və müttəfiqlərinin donanmalarının müqaviməti ilə qarşılaşdı. Zənciri keçə bilməyən Osmanlı donanması geriyə çəkildi.[1][109][112] Hər iki hücumun də nəticəsiz qalması Bizans tərəfində ruh yüksəkliyinə səbəb oldu.[111]

20 aprel kapitan Flantanellasın komandanlığındakı bir Bizans və üç Genuya gəmisindən ibarət dəstək qüvvələri Konstantinopola yaxınlaşdı.[113] II Mehmed Baltaoğlu Süleyman paşanı 18 gəmi ilə dəstək qüvvələrinin üstünə göndərdi.[9][112] Əlverişli əsən külək səbəbindən dəstək qüvvələri sürətini daha da artırdı və Osmanlı qüvvələri onlara yaxınlaşa bilmədi. Hal-hazırda Yaşılköy adlandırılan yerdə külək dayandığından dəstək üçün gələn gəmilər hərəkətsiz qaldı. Osmanlı gəmiləri avar çəkərək onlara çatdı. Toqquşmanın uzanması səbəbindən digər Osmanlı gəmiləri də oraya çatdı. 4 gəmi 150 gəmilik Osmanlı donanmasının əhatəsində qaldı. Buna baxmayaraq Bizans tərəfinin gəmilərinin daha yüksək olması və Osmanlı dənizçilərinin xamlığı nəticəsində üstünlük qazanıla bilmədi.[42][114][115] Ağır itki verildiyini görən Baltaoğlu Süleyman paşa donanmaya geri çəkilmək əmri verdi. Baş verən hadisələrə hakim bir təpədən məğlubiyyəti görən II Mehmed atını dənizin sahilinə çapdı və Baltaoğlu Süleyman paşaya əmrlərini eşitdirməyə çalışdı.[1][57][115] Buna baxmayaraq Osmanlı donanması məğlub oldu və dəstək qüvvələri öz yoluna davam etdi.[115] Növbəti gün II Mehmed on min atlı ilə birgə məğlubiyyətin cavabını verməsi üçün donanma komandanlığına getdi. Baltaoğlu Süleyman paşanı edam etdirmək istəyən II Mehmed digər dövlət adamlarının da xahişi ilə onu toppuzu ilə döyərək vəzifəsindən azad etdi. Onun yerinə Çalıbəyoğlu Həmzə bəy gətirildi.[73][111][114]

Gəmilərin qurudan yeridilməsi

redaktə
 
Fausto Zonaronun Osmanlı donanmasının Qızıl Buynuza endirilməsi əsəri.

Şəhərə edilən hücumların uğursuzluqla nəticələnməsi və şəhərə kömək gətirən gəmilərin də Osmanlı donanmasını yarıb keçməsindən sonra II Mehmed dövlət adamları ilə birlikdə yığıncaq keçirdi. Yığıncaqda Avropa dövlətlərinin köməyə gələcəyini təkrarlayan Çandarlı Xəlil Paşa mühasirənin dayandırılmasını və Bizansdan 70000 duka vergi alınmasını təklif etdi.[1][116][117] Buna baxmayaraq aralarında Zağanos Paşa ilə II Mehmedin müəllimi Molla Güraninin də olduğu tərəfsə bu təklifə qarşı çıxdı.[73][117] Buna baxmayaraq yığıncaqda heç kim Qızıl Buynuza necə daxil olunacağı ilə bağlı bir təklif edə bilmədi. II Mehmed taxta çıxmamışdan 14 il əvvəl Venesiyalı komandan Qattamelata Adicedən Qarda gölünə gəmiləri qurudan yeridərək aparmışdı. Gəmilərin qurudan yeridilməsində bu hadisənin örnək alındığı güman olunur.[118]

İlk olaraq Zağanos Paşaya Qalata ilə Konstantinopol arasında əlaqə qurması üçün körpü inşa etmək əmr olundu. Buna baxmayaraq bu körpünün Qızıl Buynuzdakı Bizans və müttəfiqlərinin gəmilərinə qarşı müdafiəsiz olacağı düşünüldü. Bundan sonra II Mehmed Diplonsiyon (indiki Beşiktaş) önlərində olan Osmanlı donanmasının Qalata divarları önündən qurudan yeridilərək Qızıl Buynuza endirilməsini əmr etdi.[1][73][118][119] Buna əlavə olaraq Qızıl Buynuz tərəfdəki şəhər divarlarını və limandakı gəmiləri vurmaq üçün Qalata ətrafındakı təpələrə toplar yerləşdirildi. Gəmilərin keçəcəyi yer meşəlikdi. Bu yolun üstündəki ağaclar kəsilərək genuyalılardan alınan yağlarla sürüşkənləşdirilirdi və bundan sonra yerə sabit şəkildə düzülürdü. Genuyalılar mühasirənin gedişində tarazlı siyasət yeritmiş, həm Bizans, həm də Osmanlı tərəfinə köməklər etmişdi.[1][57] Gəmilər yeridilməmişdən əvvəl Qalata ətrafındakı təpələrdə mövqe tutmuş toplar limandakı gəmilərə atəş açdı.[57][116] Bizans tərəfinin bilməməsi üçün gəmilər 21–22 aprel gecəsi yeridildi.[113] Bu müddət ərzində onların diqqətini başqa yönə çəkmək üçün Müqəddəs Romanos qapısı tərəfdəki divara hücum nəticəsində orada boşluq açıldı. O gecə şəhərdəkilər bu boşluğu doldurmaqla məşğul oldu.[73] Səhər açılanda 72 Osmanlı gəmisi uğurla limana endirilmiş və limanı bağlayan zəncir əhəmiyyətsiz qalmışdı. Osmanlı tərəfi planın ikinci mərhələsi olan taxta körpünün tikintisinə başladı. 24 apreldə Yustiniyaninin bir gəmisi körpünü yandırmaq üçün yaxınlaşmağa cəhd göstərsə də, Osmanlı topçuları tərəfindən batırıldı.[120][121] Hadisədən sonra Bizans tərəfi Müqəddəs Mariya kilsəsində toplandı və yenidən hücuma keçərək körpünü yandırmağı qərara aldı.[121] Hücum venesiyalı komandan Cakomo Kokonun rəhbərliyində gecə vaxtı ediləcəkdi. Gəmiləri hücuma hazırlamaq bəhanəsi ilə hücumu bir günlük təxirə salan Qalata genuyalıları qazandıqları vaxtdan yararlanaraq planı gizli şəkildə II Mehmedə çatdırdı.[121] Planı öyrənən II Mehmed limana endirilən gəmilərə dəstək göndərilməsini və sahilə əlavə olaraq iki topun da yerləşdirilməsini əmr etdi. 28 aprel gecəsi yunan odu ilə yüklənmiş Cakomo Kokonun komandanlığındakı iki və ya üç gəmi Osmanlı gəmilərinə yaxınlaşdı.[121] Buna baxmayaraq hücumdan xəbərdar olan Osmanlı gəmiləri atəş açdı. Kokonun gəmisi batırıldı. Qabriel Trivixanın komandanlığındakı digər gəmi topların gurultusu səbəbindən Kokonun gəmisinə olanlardan xəbərsiz oldu və irəliləməyə davam etdi. Osmanlı topçuları bu gəmini də vurdu. Buna baxmayaraq gəmi heyətindən iki nəfər gəminin gövdəsində açılan dəliyi bağlamağı bacararaq gəmiyə su dolmasının qarşısını aldı. Osmanlı tərəfinin də bir gəmisi yanmışdı. Əsir alınan dənizçilər şəhərdən görüləcək şəkildə edam olundu.[9][122] Buna cavab olaraq Bizans tərəfi də əllərində olan 260 əsiri edam etdi və kəsilmiş başlarını şəhər divarlarına sancdı.[1][120][122]

Qızıl Buynuzdakı divarlara hücum

redaktə
  Bizans-Osmanlı müharibələri  

Bafeus  • Katalan kampaniyası  • I Qallipoli  • Prussa  •
Pelekanon  • Nikeya  • Nikomediya  • II Qallipoli  •
III Qallipoli  • Adrianopol  • Filadelfiya  •
I Konstantinopol  • II Konstantinopol  •
Saloniki  • III Konstantinopol  • Trapezund

Osmanlı gəmilərinin Qızıl Buynuzdakı Bizans əks hücumlarının qarşısını almasından sonra Qalatada mövqe tutan topçular Qızıl Buynuzdakı gəmilərlə birlikdə divarları da bombalamağa başladı.[57][116] Bu səbəbdən də Bizans tərəfi Qızıl Buynuzdakı divarlara dəstək güclər göndərdi.[119] Buna baxmayaraq uzun məsafə səbəbindən Osmanlı topçuları divarları dağıda bilmirdi. 150 atışdan təkcə biri öz hədəfinə dəymiş və bir qadın ölmüşdü.[122] Bombardımanda batan gəmilərin arasında Osmanlılara gizlicə kömək edən bir Genuya gəmisi də vardı. Qızıl Buynuzdakı divarların zərər görməməsindən rahatlayan Bizans tərəfi ağır atəşə məruz qalan gəmilərini qorumaq üçün Qızıl Buynuzdakı divarlara 2 top yerləşdirdi. Açılan atəş nəticəsində 2 Osmanlı gəmisi batırıldı.[116] Osmanlılar isə buna cavab olaraq quruya 3 top gətirdi və Bizans tərəfinin toplarını hədəfə aldı. Axşama qədər davam edən atışmaya baxmayaraq hər iki tərəf də bir-birlərinin toplarını vura bilmədi.[1]

Qızıl Buynuzdakı qarşılıqlı atışma davam edərkən Müqəddəs Romanos qapısı ətrafındakı divarlar da bombalanırdı. Sayı artırılan hərəkət edən mühasirə qüllələri şəhər divarlarından hündürdü və onlara kiçik toplar yerləşdirilmişdi. Bu qüllələrdən istifadə edən Osmanlı tərəfi divarlarda açılan deşiklərin doldurulmasına əngəl olmağa çalışırdı.[123] Divarlardan qopub tökülən hissələrlə dolan xəndəklər Osmanlı ordusuna hücuma keçmək fürsəti verirdi.[122] Bizans tərəfi isə Osmanlılara itki verdirməyə davam edirdi. Osmanlıların dörd qülləsi yandırılmışdı.[122] Divarların yetərli səviyyədə sıradan çıxarıldığını düşünən II Mehmed 6 may, gecə vaxtı hücumu başlatdı. Buna baxmayaraq uğur qazanıla bilmədi və ağır itki verən ordu geri çəkilməyə məcbur oldu. Bu hücumdan sonra divarların ən çox sıradan çıxmış bölgəsi olan Müqəddəs Romanos qapısı ətrafını Bizans tərəfi 400 venesiyalı dənizçi ilə qüvvətləndirdi.[1][116] Bundan sonra topçu hücumu Kaliqariya qapısı ilə Blakernayi sarayı arasındakı ərazidə şiddətləndi. 12 mayda divarlarda açılan deşiklərə hücum edən Osmanlı əsgərləri əvvəlcə üstünlüyü ələ alsa da, köməyə gələn Bizans qüvvələrinin müqaviməti nəticəsində geri çəkilməyə məcbur oldu. Yenidən hücuma keçən Osmanlı tərəfi Kaliqariyadan köməyə gələn 1000 nəfərlik Bizans birliyinin müqaviməti nəticəsində yenidən geri çəkildi.[1][116]

Bizans tərəfi son hücumların qarşısını almışdı. Buna baxmayaraq şəhərdə qıtlıq başladı.[124] Papa Nikolasın söz verdiyi Jakomo Loredanın komandanlığındakı 30 gəmilik dəstək güclərdən xəbər yoxdu. İmperator Konstantin dəstək gücdən xəbər almaq üçün 10 nəfərlik könüllüdən ibarət bir qayığı Euboeya adasına göndərdi.[9][124] Osmanlı bayrağı ilə hərəkət edən qayıq ələ keçirilmədən adaya çatdı və heç bir dəstək gücün gəlmədiyini gördü. Geri qayıtdıqlarında şəhərin ələ keçirilə biləcəyindən narahat olan könüllülər xəbəri imperatora çatdırmağı vacib hesab etdilər. Bu vaxt şəhərdə olan venesiyalı həkim Barbaro dəstək gücün gəlmədiyini öyrənən imperatorun bütün ümidlərini itirdiyini və ağladığını yazırdı.[124]

Divarlardakı müqavimətin zəifləməsi səbəbindən 13 mayda kapitan Trivixan və əsgərləri gəmiləri tərk edərək divarlarda mövqe tutdu.[124] Ertəsi gün II Mehmed Qızıl Buynuzdakı divarlara və Bizans gəmilərinə atəş açan topların Blaherne sarayı yaxınlarına gətirilməsini əmr etdi. Bu toplar o günə qədər 91 kiloqramlıq mərmilərlə 212 atış həyata keçirmişdi.[124] Bizans tərəfi isə mühasirədə ən çox zərərə məruz qalan Müqəddəs Romanos qapısı ətrafındakı divarlara 300 piyada əsgər və arbaletli oxçu göndərdi.[124] 16 may gecəsi bir neçə kiçik Osmanlı gəmisi sürətlə Qızıl Buynuza doğru irəlilədi. Buna məna verə bilməyən Bizans tərəfi və müttəfiqləri gəmilərdə Osmanlıdan qaçan xristian əsgərlərin olduğunu düşündü və atəş açmadı. Buna baxmayaraq yaxınlaşan gəmilər hücuma başladıqdan sonra onlara qarşılıq verildi. Hər iki tərəf də itki vermədi.[124] 17 may 5 Bizans gəmisi zəncirə yaxınlaşaraq zəncirdən çöldə qalan Osmanlı donanmasına atəş açmağa başladı. 70-dən artıq atəşin açılmasına baxmayaraq heç biri hədəfə dəymədi.[124] 19 may səhər vaxtı Osmanlı ordusu divarlardan hündür olan bir hərəkət edən qülləni Adrianopol qapısı yaxınlığına gətirdi. Bir neçə qat öküz və dəvə dərisi ilə örtülmüş taxta qüllədən divardakı əsgərlərə ox atıldığı müddətdə qarşıdakı xəndək dolduruldu.[57][124] Eyni gündə Osmanlı tərəfi Qızıl Buynuzun daraldığı yerdə bir-birinə bağlanmış çəlləklərdən ibarət olan körpü tikdi. Bizansın aça biləcəyi bir atəşlə yox edilməməsi üçün körpü Qızıl Buynuz divarlarındakı Kyneqos qapısına qədər uzadılmadı. Bizans tərəfi yarımçıq qalmış bu körpünün tamamlanması ehtimalına qarşılıq olaraq Qızıl Buynuzdakı divarları dəstək güclərlə möhkəmləndirdi.[57][124] 21 may bütün Osmanlı donanması Qızıl Buynuzun önünə gəldi. Osmanlı tərəfinin bütün gücü ilə hücuma keçəcəyi düşüncəsindən şəhər əhalisi qorxuya düşdü və kilsələrin zəngləri çalındı. Buna baxmayaraq heç bir hücum baş vermədi və bir neçə saat sonra donanma geri çəkildi.[124] Şəhərdə olan venesiyalı həkim Barbaronun yazdığına görə şəhərin divarları hər gün top atışına məruz qalırdı. Onun təsvir etdiyi bir top 544 kiloqramlıq mərmi ata bilirdi və hər atışı şəhər əhalisində qorxuya səbəb olurdu.[124]

Yeraltı döyüşləri

redaktə

16 may səhər Kaliqariya qapısı ətrafında yeraltından səslər eşidən mühafizəçilər Osmanlı qazıcılarının işindən xəbərdar oldu və bunun qarşısını almaq üçün özləri də bir tunel qazmağa başladı. Qısa müddətdən sonra iki tunel də qovuşduqdan sonra yeraltı döyüşlər başladı. Osmanlı tunelini yox etmək əmri ilə hərəkətə keçən Bizans qazıcılarının qəsdən törətdiyi yanğın nəticəsində hər iki tunel də çökdü.[120][124] Tunel hücumunun qarşısı alınsa da, bu hadisə həm imperator, həm də şəhər əhalisini narahat etmişdi. Hələ də kəşf edilməmiş yeni Osmanlı tunelləri ola bilərdi.[124] 21 may Osmanlı qazıcıları qala bürcləri olmayan Kaliqariya qapısı ətrafında ikinci tunel də qazdı. Buna baxmayaraq o da şəhərdəkilər tərəfindən aşkarlandı. Bundan əvvəlki tuneldə olduğu kimi Bizans tərəfinin yenidən yanğın çıxaracağını düşünən Osmanlı qazıcıları öz tunellərini yandıraraq həm özlərinin, həm də Bizans qazıcılarının ölümünə səbəb oldu.[124] Ertəsi gün eyni yerdə bir tunel də aşkarlandı. Şəhər müdafiəçilərinin tökdüyü qızğın yağ qazıcıların ölümünə səbəb oldu. Bu tunel də yandırıldı. Həmin gün yaxınlıqda yerləşən hələ aşkarlanmamış bir Osmanlı tuneli də çökdü. Şəhəri qoruyanların arasında olan mühəndis Jan Qrant başqa tunellərin olub-olmadığını öyrənmək üçün işə başladı və mühasirənin sonuncu həftəsinə yaxınlaşarkən hələ də bir neçə gizli Osmanlı tunelini aşkarlaya bildi.[125] 23, 24 və 25 mayda yenə eyni yerdə başqa Osmanlı tunelləri tapıldı. 25 mayda aşkarlanan tunel divarların altına çatmışdı və yox edilməsi divarların çökməsinə səbəb ola bilərdi. Bu səbəbdən də Bizans tərəfi tunelin önünü divarla bağlamaqla kifayətləndi.[124]

Son hücum

redaktə

İmperatora təslim təklifi

redaktə
Şəhəri sənə təslim etmək məsələsinə gəldikdə isə bu nə mənim, nə də başqa birinin edə biləcəyi bir işdir. Daha açıq danışmaq lazım gəlsə, bunun üçün hamımızı öldürməyin lazımdır. Bu senatımızın səs birliyi ilə alınan qərarıdır. Müqavimət göstərəcəyik. Bunun uğrunda ölməyə də hazırıq.[126][q 4]
XI Konstantin Paleoloq

Qızıl Buynuza endirilən Osmanlı donanması, şəhərdə başlayan qıtlıq, yeraltındakı döyüşlər və divarlardan hündür hərəkət edən qüllələrdən sonra Osmanlı ordusu son hücumu etməyə hazırlaşırdı. 23 və ya 24 mayda II Mehmed qaynı İsfəndiyaroğlu Qasım bəyi Konstantinin yanına elçi olaraq göndərdi.[1][123][127][128][129] Bizans tərəfinin təslim olacaqları təqdirdə Konstantin və ailəsinin təhlükəsiz şəkildə istədikləri yerə gedə biləcəyi, şəhər əhalisinin canına və malına toxunulmayacağı və son olaraq Paleoloq xanədanı ilə dostluq münasibətlərinin qurulacağı vəd olundu. Təslim olmayacaqları təqdirdə isə imperator və müqavimət göstərənlərin öldürüləcəyi, şəhər əhalisinin əsir ediləcəyi, orduya qarət üçün icazə veriləcəyi bildirildi.[128] İmperator şəhəri təslim etməkdən imtina etdi. Buna baxmayaraq əgər istəyərlərsə vergi verə biləcəyini bildirdi.[1][123][126][128][130] Konstantin və II Mehmed arasındakı danışıqlardan sonra 25 və ya 26 mayda Macarıstan krallığının elçisi Osmanlı ordugahına gəldi. Mühasirənin dayandırılmayacağı təqdirdə Macarıstan-Bizans ittifaqının qurulacağını və böyük bir Səlibçi donanmasının yolda olduğunu bildirdi. Macarıstan krallığı elçisinin haqqında danışdığı donanma imperatorun gözlədiyi Jakomo Loredanın komandanlığındakı donanma idi və artıq Xios adasına çatmışdı.[123][126][131] Bu təhdiddən sonra 27 mayda Osmanlı ordugahında yığıncaq keçirildi. Çandarlı Xəlil Paşanın narahatlığına baxmayaraq mühasirəyə davam edilməsinə və 29 mayda sonuncu hücumun edilməsinə qərar verildi. Macar elçisi həbs olundu. Hücum qərarı və günü Osmanlı ordusuna bildirildi. Şəhərin alınacağı təqdirdə üç gün müddətində əsgərlərə qarət etməyə icazə verildiyi II Mehmed tərəfindən elan edildi.[130][132][133] Bundan başqa II Mehmed divarlara ilk çıxan əsgərə mükafat veriləcəyini və döyüşdən qaçanları da edam etdirəcəyini bildirmişdi. Qarətə icazə verildikdən sonra Osmanlı ordusunda şənliklər başladı və çadırlar, gəmilər işıqlandırıldı. Şəhərdəkilərin eşidə biləcəyi bir şəkildə təkbir səsləri səslənməyə başlandı.[57][132][133]

Buradan getməyim mümkün deyildir. Ya mən şəhəri zəbt edərəm, ya da şəhər məni ölü və ya diri olaraq zəbt edər. Əgər şəhərdən dinc yolla çəkilsən sənə Aforonu və qardaşlarına digər əyalətləri verəcəm. Bu yolla dost olarıq. Əgər şəhərə güc yolu ilə girsəm əyanlarını və səni öldürüb, xalqını əsir edib, mallarını da qarət etdirərəm.[128]
II Mehmed

Artıq divarlar gecə də bombalanırdı və müdafiəçilərə divarlarda açılan deşikləri doldurmağa fürsət verilmirdi. 28 mayda Müqəddəs Romanos qapısında açılan bir deşikdən içəri daxil olan Osmanlı birlikləri Yustiniyaninin birlikləri ilə toqquşdu və geri çəkilməyə məcbur oldu. Toqquşmada Osmanlı komandanı Murad Paşa Yustiniyani tərəfindən öldürüldü.[134] O gecə Aya Sofyada xalqın və zadəganların iştirakı ilə ayin həyata keçirildi.[135] İnsanların vəzifə yerlərinə getməsi üçün gecə boyunca zənglər çalındı.[9][124][133][134] Divarların mazğallarına yerləşdirmək üçün Venesiya elçisi Bailo tərəfindən gətirilən yeddi araba qalxan Bizanslı hambalların istədiyi pul verilmədiyi üçün vaxtında yerləşdirilə bilmədi və ertəsi gün olan sonuncu döyüşdə işlədilə bilmədi.[124] Səhər yaxınlaşdığı vaxtda Yustiniyani divarların sıradan çıxmış hissələrinin təmir olunması ilə məşğuldu. Sıradan çıxmış vəziyyətdə olan Müqəddəs Romanos qapısının arxasında dərin bir xəndək və sipər qazdırdı. Yustiniyani bu sipərə yerləşdirilməsi üçün bir neçə top istəsə də, Meqaduk Notaras bunu rədd etdi.[136]

Döyüş

redaktə

II Mehmed ordunu 3 yerə bölmüşdü. Birinci qrup qocalardan və xristianlardan, ikinci qrup orduya qoşulmuş müsəlman kəndlilər və azablardan, üçüncü qrup isə yeniçərilərdən təşkil olunmuşdu. Hər üç qrupun da təqribən 50 min nəfərdən ibarət olduğu qeyd olunmuşdur.[124][137] Ordunun böyük hissəsi ağır zərər görmüş Müqəddəs Romanos qapısının önündə idi. İmperator Konstantin və Yustiniyani də bu xətti qorumaq üçün birlikləri ilə mövqe tutmuşdu.[137] 29 may çərşənbə axşamı Osmanlı ordusu namaz qıldı və mehtər birliyi hücum marşı çalmağa başladı.[124][137] Qocalardan və xristianlardan təşkil olunmuş qrupun başlıca vəzifəsi nərdivanları divarlara qədər çatdırmaqdı. Gün çıxmazdan əvvəl döyüş başlamışdı. Divarlara dayadılan nərdivanlar dərhal Bizans əsgərləri tərəfindən aşırılmış, divarlara yaxınlaşan əsgərlər də atılan daş və oxlarla öldürülmüşdü. Bu qrupun hücumu iki saat davam etdi.[138] Böyük itki verən bu qrup ordugaha doğru qaçmağa başladı. Buna baxmayaraq bir gün əvvəl verilmiş əmr yerinə yetirildi. Qaçan əsgərlərin bir hissəsi öldürüldü və geri qayıtmağa məcbur edildilər.[124] Növbə əsas hücum qüvvəsi olan ikinci qrupda idi. Bu qrupun da hücumu başladı. Hücum getdikcə Müqəddəs Romanos qapısı yönündə şiddətlənməyə başlamışdı. Buna baxmayaraq ikinci qrupun əsgərləri də divara çıxa bilmirdi. Bizans əsgərləri qızğın yağ, yunan odu, daş və ox ataraq hücumları uğursuzluğa düçar edirdi.[139] İkinci qrup yorulmağa başlamışdı və bu Bizans əsgərlərində ruh yüksəkliyinə səbəb olurdu. Bir saat yarımlıq toqquşmadan sonra ikinci qrupdan da geri çəkilən əsgərlər oldu. Geri çəkilənlər yenə də komandirlərinin cəzalandırmalarına məruz qaldı. II Mehmed bir neçə qaçan əsgəri toppuzu ilə cəzalandırdı. II Mehmed üçüncü qrup olan yeniçərilərlə birlikdə divarlara yaxınlaşdı.[124][138][140] Bizans əsgərləri artıq yorulurdu. Dinc və təcrübəli yeniçərilər sıralarını pozmadan divarlara yaxınlaşırdı. Bir gecə əvvəldən İmperator Konstantinin əmri ilə qarşı hücum üçün açılan Kerkoporta qapısından təqribən 50 Osmanlı əsgərinin içəri girməyi Bizans tərəfində ruh düşgünlüyünə səbəb oldu.[141][142] Həmin vaxt böyük Osmanlı topundan açılan atəş nəticəsində divarda yeniçərilərin keçə bilməsi üçün yer açıldı və yeniçərilər Bizans birlikləri ilə toqquşmağa başladı. Müşahidə qülləsinə girməyi bacaran Osmanlı əsgərləri öldürüldü və yeniçərilərin də geriyə çəkilməyə məcbur edildiyini görən Bizans əsgərləri sevinməyə başladı. Buna baxmayaraq böyük topdan yenidən atəş açıldı və geridə qalan Osmanlı birlikləri də hücuma başladı.[124] Birinci divar Osmanlıların əlinə keçdi. Bu mövqeləri azablarla möhkəmləndirən yeniçərilər ikinci divara hücuma başladı.

 
Aya Sofya şəhərin ən böyük kilsəsi idi. Şəhərin ələ keçirilməsindən sonra simvolik önəmi səbəbindən məscidə çevrildi.

Hər iki divar da zərər görmüşdü və toqquşmalar davam edirdi. Bu vaxt Yustiniyani ağır yaralandı və İmperatorun istəyinə baxmayaraq müalicə olunması üçün limana aparıldı.[124][138][143] Yustiniyaninin yaralanması xəbəri Bizans birliklərinin mövqelərində sarsıntıya səbəb oldu. Bizanslı əsgərlər şəhərin küçələrinə qaçmağa başladı. VenesiyaGenuya əsgərləri də gəmilərə minib qaçmaq üçün limana yönəldilər.[124][139] Sarsıntının təsiri ilə güneydəki Piy qapısı da Osmanlıların əlinə keçdi. Osmanlı əsgərləri qarətə başlamışdı. Ordunun əsas hissəsi şəhərin mərkəzinə doğru irəliləyirdi. Orada zənginliklər daha çoxdu. Bayraqdarlar da divarlara bayraq sancmağa çalışırdı.[124] Günorta şəhər ələ keçirilmişdi və qarət başlamışdı. Buna baxmayaraq Qızıl Buynuz divarlarında, Vasileos, Leon və Aleksiyus bürclərində müqavimət davam edirdi. Qızıl Buynuz divarları ələ keçirilsə də, digər üç bürc müqavimət göstərməyə davam etdi. Kritli dənizçilər tərəfindən qorunan bu üç bürc də təslim oldu və dənizçilərə II Mehmed tərəfindən evlərinə getməsi üçün icazə verildi.[9][141]

Şəhər ələ keçirilərkən İmperator Konstantinə nə olması məsələsi ilə bağlı dəqiq bir bilgi yoxdur. Qaynaqların çoxunda Konstantinin döyüşərkən üzündən və belindən aldığı qılınc yaraları nəticəsində ölməsi bildirilir.[9][144][145] Qaçan əsgərlərin ayaqları altında qalaraq əzilib öldüyü,[141] qaçmağa fürsət tapdığı lakin özünü asdığı,[124] kəsilmiş başının Meqaduk Notaras tərəfindən tanındığı və başın digər müsəlman ölkələrə göndərildiyi[124][146] də iddiaların arasındadır. Kiçik müqavimətlərə baxmayaraq şəhərdə qarət və talan davam edirdi. Osmanlı dənizçiləri də Qalataya çıxaraq Quidekka adlı yəhudi məhləsini qarət etməyə başladı. Xioslu Leonarda görə rahibələr təcavüzə məruz qaldı, monastır və kilsələr qarət olundu, 50–60 min dinc sakin kölə edildi. Bəzi qadınların təcavüzə məruz qalmamaq üçün özünü öldürdükləri qeyd olunmuşdur.[124][147][148] Buna baxmayaraq bəzi Osmanlı tarixçiləri sadəcə şübhəli görünənlərin öldürüldüyünü və çox insanın sadəcə kölə edildiyini yazır.[149] Talandan qaçan bəzi dənizçilər gəmiləri ilə başı talana qarışmış Osmanlı donanmasından yayınmağı bacarmışdı. Konstantinopolun ələ keçirilməsi ilə bağlı bir çox bilginin qaynağı olan Xioslu Leonard və Nikolo Barbaro da qaçanların arasında idi.[124] Buna baxmayaraq dənizçilərin çoxu əsir edilmiş ya da öldürülmüşdü. Kapitan Qabriel Trivixan da əsirlərin arasında idi.[124] O gün Konstantinopolda təqribən 300 min Venesiya dukası dəyərində qarətin edildiyi təxmin olunur.[124]

II Mehmed vəzirləri və komandanları ilə birlikdə Müqəddəs Romanos qapısından şəhərə girdi.[150][151][152] Aya Sofyanın önünə gələn II Mehmed səcdə edərək torpağı öpdü və kilsəyə sığınanların təkcə kölə ediləcəyini bildirərək çölə çıxmalarını istədi. Onların canlarına toxunulmadı.[149][151][152] II Mehmedin Aya Sofyadakı mozaikaları və dəyərli mərmərləri müşahidə etdiyi tarixi qaynaqlarda qeyd olunmuşdur. Bu mərmərləri sökməyə çalışan bir əsgərə sərt reaksiya verdi və şəhərdəki bütün binaların onun mülkü olduğunu bildirdi.[150][153] Hücumdan əvvəl əsgərlərə verilən üç günlük talan icazəsinə baxmayaraq əsgərlərə talanı dərhal dayandırmağı, tabe olmayanlarınsa edam olunmasını əmr etdi.[9][154][155]

Mərmərə divarlarını qoruyan Şahzadə Orxan şəhərin ələ keçirildiyi məlum olduqdan sonra divarlardan atılaraq özünü öldürdü və kəsilmiş başı II Mehmedə aparılmışdı.[148][156] Meqaduk Lukas Notaras həbs olundu, sonra da edam edildi.[157] Mühasirə boyunca döyüşən Yustiniyani isə yaraları səbəbindən öldü.[158] Hər iki tərəfə də dəstək verən Qalatadakı Genuya koloniyası sakinləri digərləri kimi hücuma məruz qalacaqlarından qorxurdu, ancaq Zağanos Paşanın sözləri ilə sakitləşdirildilər. Vali Covanni Lomellino Qalatanı Osmanlılara təslim elədi.[159][160] II Mehmedin öldürməklə hədələdiyi Paleoloq ailəsi və bir çox soylu Osmanlı donanmasının talanla məşğul olmasından istifadə edərək Moreyaya qaçdı.[154] Qaça bilməyən soylulara toxunulmadı. Əsir alınan 29 venesiyalı soylu 800–2000 duka pul qarşılığında sərbəst buraxıldı.[124] Konstantinin qardaşı oğlu Osmanlı sarayında yaşamağa davam etdi və İslamı qəbul edərək sonradan Osmanlı dövlətində sədrəzəmlik etdi.[161]

Nəticə

redaktə

İstanbul

redaktə
 
II Mehmedlə II Gennadiyin görüşməsini təsvir edən mozaika.

Xristianların şəhərdə qala biləcəyi bildirildi. İslam hüququnə görə mühakimə olunmadılar, ibadətlərini sərbəst şəkildə davam etdirdilər, ancaq ata minmələri, silah daşımaları və əsgərlik onlara qadağan olundu.[162] Skholariyus adlı rahib II Gennadiyadı ilə patriarx seçildi və II Mehmeddən bir sıra imtiyazlar aldı. Patriarx provoslavlar üçün xüsusi məhkəmələr qura biləcəkdi.[163] 1461-ci ildə II Mehmed tərəfindən erməni patriarxlığı quruldu və I Hovagin patriarx olaraq seçildi. Ortodoksların patriarxı kimi bu patriaxlıq da bir sıra imtiyazlar aldı. Süryani, Həbəş və Qipti kilsələri bu patriarxlığa tabe etdirildi.[164] Yəhudilərə də haqlar verildi. Osmanlı himayəsindəki ilk baş ravi Moş Kapsari oldu.[164]

II Mehmedin müdaxiləsi nəticəsində Aya Sofyaya zərər vurulmadı. Daha sonra Aya Sofyanın məscidə çevrilməsi məsələsində mozaikaların sökülməsi lazım oldu. Buna baxmayaraq II Mehmedin əmri ilə mozaikalar sökülmədi və kirəclə örtüldü.[153] 1847–1849-cu illərdə təmir zamanı mozaikaların qorunduğu göründü.[165] Zəng qüllələri dağıdılmadı və müvəqqəti olaraq taxta minarələr tikildi. Hal-hazırkı minarələr II Səlimin vaxtında tikilmişdir.[166] Aya Sofya ilə birgə çoxlu kilsə və monastır məscid və mədrəsəyə çevrildi.[166] Mədrəsələrdə dərs demələri və elmi işlərlə məşğul olmaları üçün Səmərqənd, Bağdad, Qahirə, DəməşqBuxara kimi şəhərlərdən alimlər dəvət olundu. Daha sonra tamamlanan Sahn-ı Seman Mədrəsəsinə gəlir gətirməsi üçün bəzi binalar və ərazilər verildi.[167]

Şəhərdə Osmanlı hakimiyyətinin başlanması ilə birlikdə demoqrafik vəziyyətdə də ciddi dəyişikliklər oldu. Şəhər ələ keçiriləndə burada 30–40 min insanın yaşadığı güman olunur.[168] Əsasən sənətkarlar olmaqla bir çox insanın şəhərə köçürülməsi əmr olundu. Könüllü gələnlərin istədikləri mülkə sahib olacaqları bildirildikdən sonra çoxlu insan şəhərə köçdü. Şəhərin ətrafındakı ərazilərdə kənd təsərrüfatı ilə məşğul olmaları üçün Avropada əsir alınan insanlar gətirildi. Bundan başqa üsyan təhlükəsi olduğu üçün Konya, KaramanAksaray bölgəsindən də şəhərə məcburi köçürmələr oldu.[168][169]

Osmanlı dövləti

redaktə

Çandarlı Xəlil Paşanın edamı

redaktə

Osmanlı dövləti üçün şəhərin ələ keçirilməsinin nəticələrindən ilki 1 iyun 1453-cü ildə Sədrəzəm Çandarlı Xəlil Paşanın vəzifəsindən azad edilməsi oldu. Çandarlı Xəlil Paşanın mühasirə boyunca xoşagəlməz söz-söhbətlərə səbəb olduğu və Bizansdan rüşvət aldığı düşünülürdü. Buna baxmayaraq hər hansısa sübut tapılmadı.[170] Şəhər ələ keçirildikdən sonra Meqaduk Lukas Notarasın Çandarlı Xəlil Paşanın Bizanslə həmişə əlaqədə olduğunu II Mehmedə bildirməsindən sonra şübhələr qüvvətləndi və sədrəzəmin malları əlindən alındı. Təşkil olunan divan yığıncağında vəzifəsindən azad olunduğu bildirildi və həbs olundu.[75][171]

Yeddiqüllə zindanlarında həbs olunan Çandarlı Xəlil Paşa ilə zindandakı ilk günlərində xoş davranıldı. Özündən əvvəl edam edilmiş Osmanlı sədrəzəmi olmadığı, həm də ailəsi qısa aralıqlarla 154 ildir ki, hakim mövqelərdə olduğu üçün son ana qədər edam ediləcəyinə inanmadı.[172] Çandarlı Xəlil Paşa vəzifəsindən azad olunmasından 40 gün sonra, 10 iyul 1453-cü ildə Ədirnədə edam olundu.[75][171]

Edamından əvvəl gözlərinə mil çəkilərkən cəllad "Padşahın üzünə dik baxanların aqibəti budur" dedikdə, Çandalı Xəlil Paşa "Zağanosun bayramı olsun, axirətdə iki əlim yaxasındadır" dedi.[172]

Çandarlı Xəlil Paşanın 120 min dukalıq xəzinəsi və bütün malı müsadirə edildi. Mühasirənin davam etdirilməsini dəstəkləyən Zağanos Paşa sədrəzəm oldu. Yüksək dövlət mövqelərinə qulamlar gətirildi və dövlətdə Osmanlı hakimiyyətinin gücü bərqərar oldu.[172][173] Bir çox soyluların da xanədana rəqib olmasından narahat olan II Mehmed onların mallarını müsadirə etdi və türk aristokratiyası sıradan çıxarıldı.[174] Osmanlı xanədanına rəqib ailə saxlamayan II Mehmed xalqın içində Fateh ləqəbi ilə anılmağa başladı. Fateh Sultan Mehmed artıq divan yığıncaqlarında iştirak etmir, xalqla əlaqəni əvvəlkinə nəzərən azaldırdı. Beləliklə Osmanlı hökmdarlarının xalqdan qopuq yaşamaları başlamış oldu.[175][176]

Təşkil olunan yürüşlər

redaktə
 
Şəhər ələ keçirildiyi vaxt papa olan V Nikolay.

Osmanlılar şəhəri ələ keçirdikdən sonra II Mehmed Məmlük dövlətinə,[177] Məmlüklərin himayəsində olan Məkkəyə,[178] Qaraqoyunlulara[179] fəthnamələr göndərdi və bu dövlətlərdən cavab olaraq təbrik və hədiyyələr gəldi.[180] Bu dövrdə Avropada qarışıqlıq hökm sürürdü. Fransa ilə İngiltərə arasındakı Yüzillik müharibə yenicə başa çatmış, müharibədə məğlub olan İngiltərədə York-Lançestr xanədanları arasında hakimiyyət uğrunda mübarizə başlamış, Skandinaviyada Danimarka krallığı ilə İsveç krallığı arasındakı müharibə başa çatmamışdı.[181] Rodosun hakimi olan Malta cəngavərlərindən başqa bütün Avropa dövlətlərindən təbrik üçün elçilər gəldi. Serb despotluğunun elçisi hədiyyə məqsədilə iki qalanın açarını gətirdi. Buna baxmayaraq II Mehmed qalaların onsuz da Osmanlıların himayəsində olduğunu və serblərin gizlicə Macarıstana kömək etdiyini bildirərək serb elçisinə əsəbləşdi.[182][183][184] Müqəddəs Roma imperiyasının dəstəyinə baxmayaraq papa V Nikolayın Səlib yürüşü cəhdi nəticə vermədi. Genuya, ValaxiyaMoreya despotluğu vergi verəcəyini bildirmiş, Venesiya isə Osmanlılarla ticarətə başlamışdı.[182][185] Bundan sonra digər yunan torpaqlarına və Serbiyaya yönələn Osmanlılar 1454–1455-ci illərdə Serb despotluğuna yürüşlər təşkil etdi. Belqrad mühasirəyə alındı və Serbiya bütünlüklə tabe edildi.[186] Moreyada isə Konstantinin qardaşları Tomas və Dmitri taxt üçün mübarizəyə başladı. Bu vaxt Moreyaya Osmanlı yürüşü başladı. 1458-ci ildə bağlanan müqaviləyə görə Korinf təslim oldu. Buna baxmayaraq Moreyanın güney hissəsi despotluğa və Venesiyaya verildi.[187] Üç ay sonra Moreyada taxt mübarizəsi yenidən başladıqdan sonra əvvəlcə Tomas üstün gəlsə də, 10 min duka qızıl vergisini qəbul etmədikdən sonra II Mehmed hücuma başladı. İki qardaşın da bütün qalaları ələ keçirildi və Moreya despotluğu süqut etdi.[188] Dmitri Osmanlı himayəsində yaşamağa başladı. Rəqibi olan qardaşı Tomas isə Avropaya qaçdı və Bizans tacını VIII Karla satmağa məcbur oldu.[189] Moreya məsələsi Osmanlı-Venesiya əlaqələrinin pozulmasına səbəb oldu və 1463-cü ildə Venesiya donanması iki dəfə Moreyaya hücum etdi.[189] Moreya və Serbiyanın ələ keçirilməsindən sonra Osmanlılara vergi verən Lemnos, Lesbos, İmros, Euboiya, Samotraki adaları Osmanlılar tərəfindən ələ keçirildi.[190]

Əfsanə və deyimlər

redaktə

54 günlük mühasirə çoxlu əfsanə və deyimlərin yaranmasına səbəb olmuşdur.

  • Stavros sütunu — Bizanslı bir çox falçının öncəgörməsinə görə mühasirənin qalibi Osmanlılar olacaqdı. Buna baxmayaraq Osmanlı birlikləri Stavros sütununa doğru gəldikdə göydən bir mələk əlində müqəddəs qılıncla yerə enərək bu qılıncı sadə bir bizanslıya verəcəkdi. Qılıncın köməyi ilə Osmanlılar İrana qədər qovulacaqdı.[52] Bu öncəgörmə səbəbindən bir çox insanın Aya Sofyaya sığındığı güman olunur. Çünki Aya Sofya Stravros sütununun gerisindədir.
  • Aya Sofyadakı keşiş — Müharibədən sonra Aya Sofyanı müşahidə edən II Mehmed rəvayətə görə inilti səsləri eşitdi və bunun qaynağını tapmaq üçün əsgərlərinə əmr verdi. Aya Sofyanın zirzəmisindən çıxarılaraq padşahın hüzuruna gətirilən keşiş İmperator Konstantinə falında məğlubiyyət gördüyü üçün zirzəmiyə atıldığını dedi.[191]
  • Molla Fənarinin öncəgörməsi — Osmanlı tərəfindən digər bir rəvayətə görə II Muradın başçılığında divan yığıncağı edildiyi müddətdə Şeyxülislam Molla Fənari[192] çöldəki bir uşağı izləyirdi. II Muradın xəbərdarlığından sonra Molla Fənari Konstantinopolu bu uşağın fəth edəcəyini dedi. Quyunun başında olan uşaq sonradan taxta çıxacaq II Mehmed idi. Hacı Bayram Vəli və Ağşəmsəddinin də eyni öncəgörməni etdiyi qeyd olunur.[193][194]
  • Bişmiş balıq əfsanəsi — Bizans tərəfində geniş yayılmış bir inanca görə fəlakət vaxtında tavada qızardılan balıqlar dənizə dönməyə səy göstərər və tavadan atılmağa çalışardı. Rəvayətə görə 29 may bir monastırda keşişlər balıq bişirirdi və şəhərin ələ keçirildiyi xəbəri yayıldıqdan sonra balıqlar tavadan yandakı hovuza atıldı.[195]
  • Cəbə Əli əfsanəsi — Misirdə şeyxlik edən Cəbə Əli üç yüz dərvişi ilə birlikdə Anadoluya gəlir və Osmanlı ordusuna qoşulur. Mühasirə müddətində çörək bişirməklə vəzifələndirilən Cəbə Əli əfsanəyə görə bir sobadan yüz minlərlə əsgərə çörək bişirir və bu deyimlər bütün ordu arasında yayılır. 29 mayda üç yüz dərvişi ilə birlikdə Qızıl Buynuzu keçən Cəbə Əli divarların önünə çıxır və burada öldürülür. Öldüyü yer hal-hazırda da onun adı ilə anılır.[195]
  • Ulubatlı Həsən — Bir çox qaynaqlarda adı keçən Ulubatlı Həsənin doğrudan da var olub-olmadığı dəqiq deyildir. Rəvayətə görə son hücum edildiyi gün Kaliqariya qapısının ətrafındakı divarlara 30 dostu ilə birlikdə çıxan Həsən bürcün başına çıxmağı bacarır. Bürcə çıxdığı zaman 18 dostu ölmüşdü. Ulubatlı Həsən Osmanlı bayrağını bürcə sancmağı bacarır. Bizans əsgərlərinin bütün diqqətini öz üzərinə çəkən Həsənə 30–40 ox sancılır. Buna baxmayaraq Ulubatlı Həsən bayrağı saxlamağı bacarır. Bu hadisə Osmanlı ordusunda böyük ruh yüksəkliyinə səbəb oldu və onlar hücuma keçərək divarları aşıb keçdi.[1][57][139][142][195]
  • Yavedud Sultan — Rəvayətə görə mühasirə vaxtı Konstantinopolda olan Yavedud adlı biri şəhərin ələ keçirilməməsi üçün hər gün dua edirdi. Şəhərin uzun müddət ələ keçirilə bilməməsinin səbəbi olaraq göstərilən Yavedud Sultan 29 may ölmüşdür. Cəsədini tapan Osmanlılar onu yuyaraq tabuta qoymuş və mərasimlə dəfn etmişdilər. Dəfn edilərkən məzarından "Yavedud" səsinin eşidildiyi rəvayət olunur.[196]
  • Əbu Əyyub əl-Ənsarinin məzarı — 672-ci ildə Konstantinopolu mühasirəyə alan Əbu Əyyub əl-Ənsariyə aid olduğu düşünülən məzar şəhərin ələ keçirilməsindən sonra Ağşəmsəddin tərəfindən tapılmışdı. II Mehmedin əmri ilə bura xanəgah və mədrəsə tikilmiş, Əyyub Sultan məscidinin təməlləri atılmışdı. Rəvayətə görə orada yaşayan bir çoban heyvanların bu bölgəyə girməkdən çəkindiklərini söyləmişdi.[194][197]
  • II Mehmedin qarğışı — Rəvayətə görə II Mehmed şəhərdə yaşayan bir kahindən Osmanlıların şəhərdə qalıb-qala bilməyəcəyini soruşmuşdu. Kahin heç bir vaxt şəhərin işğal yolu ilə ələ keçirilə bilməyəcəyini, buna baxmayaraq zamanla şəhərdəki malların və mülklərin yadlara satılacağını, bir müddət sonra şəhərin yad torpağı olacağını demişdir. Bunu eşidən II Mehmedin əsəbləşərək "Öz torpağını yadlara satanlar Allahın qəzəbinə uğrasın" dediyi rəvayət olunur.[198]

İstanbul adı

redaktə

Hal-hazırda işlədilən İstanbul adı ilə bağlı fərqli versiyalar mövcuddur. Niqbolu döyüşündə əsir düşdükdən sonra Osmanlıların xidmətində olan Yohannes Şiltberqer xatirələrində Bizans hakimiyyətində olan Konstantinopola və əhalisinə yer vermişdir.[199] Onun yazdıqlarına görə 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi.[200] Qalataya bizanslılar və türklər "Kalathan" deyirdi.[200] İstanbul boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı.[201] Osmanlı hakimiyyəti illərində şəhər Kostantiniyyə, Stanpolis (şəhərə doğru), Dərsəadət (səadət şəhəri), Asitane (böyük dərgah), Makarr-i-Səltənət (səltənətin mərkəzi), Dar-ül Xəlifə (xilafət mərkəzi) kimi fərqli adlarla anıldı. Ümumi götürülsə Osmanlı hökmdarları şəhər üçün ad seçimi etmədi. Təkcə III Mustafa şəhər üçün İslam şəhəri mənasını bildirən İslambol adının işlədilməsinə çalışdı.[202] Şəhərin türklər tərəfindən ələ keçirilməsindən əvvəl də onlar tərəfindən geniş şəkildə işlədilən Stanpol sözü yunanca şəhərə doğru mənasını verən iki sözün birləşməsindən yaranmışdı.[202] Türkiyə Respublikası qurulduqdan sonra rəsmi ad olaraq İstanbul seçildi.[202] Tarix boyunca fərqli dillərdə şəhər üçün Çarqrad, Konstantinqrad, Eskomboli, Meqali polis, Kalipolis, Vizantiyon, Nova Roma, Alma Roma, Bizantiya və əl-Mahsura adları da işlənmişdir.[202]

Sami Aydınoğlunun II Mehmed, Cahid İrqatın Konstantin, Rəşid Gürzapın isə Çandarlı Xəlil Paşa rolunu canlandırdığı 1951-ci ildə çəkilmiş İstanbulun fəthi filmi şəhərin ələ keçirilməsi ilə bağlı çəkilmiş ilk türk filmidir. 2012-ci ildə göstərilən Fəth 1453 filmi rejissor Faruq Ağsoyun verdiyi bilgiyə görə 18200000 dollarlıq çəkiliş büdcəsi ilə ən yüksək büdcəli türk filmi oldu.[203][204] 17 ölkədə göstərilən Fəth 1453 filmi 6000000-dan çox izləyici tərəfindən izlənildi.[205] 2013-cü ildən göstərilməyə başlanan Da Vinçinin Şeytanları (ing. Da Vinci's Demons) adlı seriyalın 4-cü bölümündə şəhərin ələ keçirilməsindən bəhs olunmuşdur.[206] 2006-cı ildə Almaniyanın çəkmiş olduğu İstanbul boğazı üzərində fırtına (alm. Sturm über dem Bosporus‎) şəhərin ələ keçirilməsindən bəhs edən sənədli filmdir.[207]

Qeydlər

redaktə
  1. Bəzi mənbələrdə 1411-ci ildə olduğu qeyd olunmuşdur.
  2. Konstantinopolda İmperatordan sonra ən yüksək rütbə. Başkomandan rütbəsinə bərabərdir.
  3. İsmayıl Haqqı Uzunçarşılı topun təmir edilərək yenidən istifadə olunduğunu yazmışdır.
  4. Tarixçi Dukasın əsərində yer verdiyi cavab bu cürdür.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 "İstanbul Üzerine Hareket" başlıqlı mətn, Türk Tarih Kurumu.
  2. Halil İnalcık, Osmanlı İmparatorluğu Klasik Çağ (1300-1600), Baskı Yılı: 2008, Yapı Kredi Yayınları.
  3. Paul K. Davis: Besieged: 100 Great Seiges from Jericho to Sarajevo, Oxford University Press, 2003, ISBN 0-19-521930-9, səhifə 80
  4. George Childs Kohn: Dictionary of Wars, Infobase Publishing, 2006 , ISBN 1-4381-2916-5, səhifə 136
  5. Ikram ul-Majeed Sehgal: Defence Journal (Sayı 8), 2005, səhifə 49
  6. Daniel Goffman: The Ottoman Empire and Early Modern Europe, Cambridge University Press, 2002, ISBN 0-521-45908-7, səhifə 52
  7. J. E. Kaufmann, Hanna W. Kaufmann: The Medieval Fortress: Castles, Forts, and Walled Cities of the Middle Ages, Da Capo Press, 2004, ISBN 0-306-81358-0, səhifə 101
  8. James Patrick: Renaissance And Reformation, Marshall Cavendish, 2007, ISBN 0-7614-7650-4, səhifə 618
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Greece.org web sitesi, "The Fall of Constantinople, 1453"
  10. 1 2 3 4 5 6 Refik Özdek. səh. 410
  11. David Nicolle, Constantinople 1453: The end of Byzantium, Osprey Publishing, ISBN 1-84176-091-9, səhifə 44
  12. Mesut Uyar,Edward J. Erickson, A military history of the Ottomans: from Osman to Atatürk, ISBN 978-0-275-98876-0, səhifə 37
  13. Michael Lee Lanning: The Battle 100: The Stories Behind History's Most Influential Battles, Sourcebooks, Inc., 2005, ISBN 1-4022-2475-3, səhifə 139-140
  14. Saul S. Friedman: A history of the Middle East, McFarland, 2006, ISBN 0-7864-5134-3, səhifə 179
  15. Runciman, Steven (1965). The Conquest of Constantinople, 1453. Cambridge: Cambridge University Press. s. 85. ISBN 0-521-39832-0.
  16. Spencer C. Tucker: A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East: From the Ancient World to the Modern Middle East, ABC-CLIO, 2009, ISBN 1-85109-672-8, səhifə 343
  17. "Constantinople 1453: The end of Byzantium" (2000), David Nicolle. Oxford: Osprey Publishing. Səhifə 45. ISBN 1-84176-091-9.
  18. Atilla Şahiner (2008). "Osmanlı Tarihi". Lacivert Yayınları. ss. s. 81.
  19. Donald Nicol. "Constantine XI and Mehmed II: the fall of Constantinople 1448-53"
  20. 1 2 "Part II: Fall of Constantinople". 2015-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
  21. Nicolle, David (2007). The Fall of Constantinople: The Ottoman Conquest of Byzantium. New York: Osprey Publishing. pp. 237, 238.
  22. Ruth Tenzel Fieldman, The Fall of Constantinople, Twenty-First Century Books, 2008, p. 99
  23. Ahmet Gündüz. səh. 53
  24. 1 2 3 "Fetih ve İstanbul". 2015-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  25. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 16-18
  26. Joseph von Hammer. səh. 276-277
  27. Haldun Eroğlu. səh. 91
  28. Haldun Eroğlu. səh. 92
  29. Refik Özdek. səh. 341
  30. Haldun Eroğlu. səh. 94
  31. 1 2 Haldun Eroğlu. səh. 96
  32. Refik Özdek. səh. 359
  33. Haldun Eroğlu. səh. 97
  34. Refik Özdek. səh. 387-388
  35. 1 2 Haldun Eroğlu. səh. 99
  36. Haldun Eroğlu. səh. 100
  37. Uğur Genç. səh. 27
  38. Uğur Genç. səh. 65
  39. 1 2 3 Uğur Genç. səh. 189
  40. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 122
  41. Uğur Genç. səh. 192
  42. 1 2 3 4 5 Refik Özdek. səh. 411
  43. Uğur Genç. səh. 101
  44. Uğur Genç. səh. 147
  45. Hüseyin Algül. səh. 49/64
  46. Ahmet Şimşirgil. səh. 29/138/145
  47. 1 2 3 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 43
  48. "Fetihten Önce İstanbul". 2015-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
  49. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 43-44
  50. Joseph von Hammer. səh. 279
  51. İsmail Hakkı Uzunçarşılı. səh. 407
  52. 1 2 Said Öztürk. səh. 136
  53. Gregory, Timothy E.. səh. 316
  54. İsmail Hakkı Uzunçarşılı. səh. 406
  55. 1 2 Abdülkadir Emeksiz. səh. 152
  56. Joseph von Hammer. səh. 275-276
  57. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "İstanbulun Fethi". 2015-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
  58. Refik Özdek. səh. 410-411
  59. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 412
  60. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 120-121
  61. 1 2 3 Gülçin Altaş və Seden Acun. səh. 82
  62. 1 2 Gülçin Altaş və Seden Acun. səh. 83
  63. 1 2 Gülçin Altaş və Seden Acun. səh. 84
  64. "TC Kültür Bakanlığı Anıtlar ve Müzeler Genel Müdürlüğü: 19. Araştırma Sonuçları Toplantısı, Cilt II / s. 29–33. James Crow & Richard Bayliss & Paolo Bono" (PDF). 2013-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-06-12.
  65. Nazım Tektaş. səh. 37
  66. Refik Özdek. səh. 396
  67. Nazım Tektaş. səh. 38
  68. 1 2 Refik Özdek. səh. 399
  69. 1 2 Nazım Tektaş. səh. 39
  70. Refik Özdek. səh. 403
  71. Nazım Tektaş. səh. 40
  72. Nazım Tektaş. səh. 43
  73. 1 2 3 4 5 Refik Özdek. səh. 412
  74. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 404-405
  75. 1 2 3 Nazım Tektaş. səh. 44
  76. Refik Özdek. səh. 423-424
  77. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 77
  78. İsmail Hakkı Uzunçarşılı. səh. 401-402/405
  79. 1 2 Gregory, Timothy E.. səh. 315
  80. Refik Özdek. səh. 407
  81. Joseph von Hammer. səh. 263
  82. Ahmet Şimşirgil. səh. 122
  83. 1 2 Rumeli Hisarı
  84. İsmail Hakkı Uzunçarşılı. səh. 403
  85. Joseph von Hammer. səh. 264
  86. Ahmet Şimşirgil. səh. 128
  87. Joseph von Hammer. səh. 262
  88. 1 2 3 Joseph von Hammer. səh. 267-268
  89. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 45
  90. Hüseyin Algül. səh. 42
  91. Ahmet Şimşirgil. səh. 126
  92. Refik Özdek. səh. 409
  93. Gregory, Timothy E.. səh. 317
  94. 1 2 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 47
  95. Joseph von Hammer. səh. 278
  96. İsmail Hakkı Uzunçarşılı. səh. 408
  97. 1 2 Joseph von Hammer. səh. 265
  98. İsmail Hakkı Uzunçarşılı. səh. 409
  99. Joseph von Hammer. səh. 266-267
  100. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 46
  101. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 46-47
  102. İsmail Hakkı Uzunçarşılı. səh. 414
  103. Nazım Tektaş. səh. 45
  104. İsmail Hakkı Uzunçarşılı. səh. 415
  105. 1 2 3 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 48
  106. 1 2 3 4 İsmail Hakkı Uzunçarşılı. səh. 416
  107. 1 2 Joseph von Hammer. səh. 279-280
  108. Joseph von Hammer. səh. 280
  109. 1 2 3 Joseph von Hammer. səh. 283
  110. Joseph von Hammer. səh. 291
  111. 1 2 3 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 49
  112. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 417
  113. 1 2 Gregory, Timothy E.. səh. 318
  114. 1 2 Joseph von Hammer. səh. 284
  115. 1 2 3 İsmail Hakkı Uzunçarşılı. səh. 418
  116. 1 2 3 4 5 6 İsmail Hakkı Uzunçarşılı. səh. 418-419
  117. 1 2 Joseph von Hammer. səh. 285
  118. 1 2 Joseph von Hammer. səh. 286
  119. 1 2 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 50
  120. 1 2 3 Refik Özdek. səh. 413
  121. 1 2 3 4 Joseph von Hammer. səh. 287
  122. 1 2 3 4 5 Joseph von Hammer. səh. 288
  123. 1 2 3 4 Refik Özdek. səh. 416
  124. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 Nikolo Barbaronun gündəliyi
  125. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 54
  126. 1 2 3 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 55
  127. Joseph von Hammer. səh. 288-289
  128. 1 2 3 4 İsmail Hakkı Uzunçarşılı. səh. 423
  129. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 54-55
  130. 1 2 Joseph von Hammer. səh. 289
  131. İsmail Hakkı Uzunçarşılı. səh. 423-425
  132. 1 2 Refik Özdek. səh. 417
  133. 1 2 3 Hâtim Abdurrahman et-Tâhâvi. səh. 56
  134. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 426
  135. Gregory, Timothy E.. səh. 319
  136. Joseph von Hammer. səh. 290
  137. 1 2 3 Joseph von Hammer. səh. 294
  138. 1 2 3 İsmail Hakkı Uzunçarşılı. səh. 427
  139. 1 2 3 Refik Özdek. səh. 420
  140. Joseph von Hammer. səh. 294-295
  141. 1 2 3 İsmail Hakkı Uzunçarşılı. səh. 428
  142. 1 2 Joseph von Hammer. səh. 295
  143. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 57
  144. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 57-58
  145. Joseph von Hammer. səh. 296
  146. Joseph von Hammer. səh. 301-302
  147. Joseph von Hammer. səh. 300
  148. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 429
  149. 1 2 Said Öztürk. səh. 137
  150. 1 2 Joseph von Hammer. səh. 299
  151. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 430
  152. 1 2 Refik Özdek. səh. 421
  153. 1 2 Said Öztürk. səh. 140
  154. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 431
  155. Gregory, Timothy E.. səh. 320
  156. Joseph von Hammer. səh. 301
  157. Joseph von Hammer. səh. 297
  158. Joseph von Hammer. səh. 303
  159. Hâtim Abdurrahman et-Tâhâvi. səh. 59
  160. Joseph von Hammer. səh. 302
  161. Nazım Tektaş. səh. 79-80
  162. Ahmet Gündüz. səh. 59
  163. Ahmet Gündüz. səh. 60
  164. 1 2 Ahmet Gündüz. səh. 61
  165. Said Öztürk. səh. 138
  166. 1 2 Said Öztürk. səh. 142
  167. Ahmet Gündüz. səh. 57
  168. 1 2 Ahmet Gündüz. səh. 55
  169. Prof. Doğan Kuban.. səh. 30
  170. Joseph von Hammer. səh. 293
  171. 1 2 Refik Özdek. səh. 424
  172. 1 2 3 "Kuşatma 1453" (2010), Timaş Yayınları, Oktay Tiryakioğlu. səhifə 280.
  173. Ahmet Gündüz. səh. 58
  174. Ahmet Gündüz. səh. 57-58
  175. Ahmet Gündüz. səh. 62
  176. İsmail Hakkı Uzunçarşılı. səh. 437
  177. Ahmet Ateş. səh. 14
  178. Ahmet Ateş. səh. 24
  179. Ahmet Ateş. səh. 36
  180. Ahmet Ateş. səh. 21/33/44
  181. İsmail Hakkı Uzunçarşılı. səh. 26-27
  182. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 28
  183. İsmail Hakkı Uzunçarşılı. səh. 35
  184. Refik Özdek. səh. 424-425
  185. İsmail Hakkı Uzunçarşılı. səh. 29
  186. İsmail Hakkı Uzunçarşılı. səh. 35-41
  187. İsmail Hakkı Uzunçarşılı. səh. 44
  188. İsmail Hakkı Uzunçarşılı. səh. 45-46
  189. 1 2 İsmail Hakkı Uzunçarşılı. səh. 46
  190. İsmail Hakkı Uzunçarşılı. səh. 49-55
  191. Abdülkadir Emeksiz. səh. 153
  192. Refik Özdek. səh. 470-471
  193. Abdülkadir Emeksiz. səh. 154
  194. 1 2 Refik Özdek. səh. 472
  195. 1 2 3 Abdülkadir Emeksiz. səh. 156
  196. Abdülkadir Emeksiz. səh. 158
  197. Abdülkadir Emeksiz. səh. 157
  198. Abdülkadir Emeksiz. səh. 159
  199. Johannes Schiltberger. səh. 175-186
  200. 1 2 Johannes Schiltberger. səh. 175
  201. Johannes Schiltberger. səh. 176
  202. 1 2 3 4 "İstanbul ismi nereden geliyor". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11.
  203. "Ben rakam vermedim". 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11.
  204. "Fetih 1453'ün gerçek bütçesi belli oldu". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11.
  205. "Gişede 6 milyonu geçti!". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-02.
  206. "'Da Vinci' İstanbul'un kuşatmasını böyle anlattı". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-02.
  207. "Sturm über dem Bosporus". 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-05.

Ədəbiyyat

redaktə
  • Haldun Eroğlu, "Osmanlıların 1453 Öncesi İstanbul Kuşatmaları" başlıqlı tədqiqat yazısı
  • Ahmet Gündüz, "İstanbul'un Osmanlılar Tarafından Fethi, Türk-İslam ve Avrupa Açısından Önemi" başlıqlı tədqiqat yazısı
  • Refik Özdek, Türklerin Altın Kitabı — II. ve III. Cilt, Tercüman Yayınları
  • Uğur Genç, "Haliç Zincir Problemi" başlıqlı magistr müdafiəsi
  • Hüseyin Algül, "İstanbul'un Fethi ve Fatih"
  • Ahmet Şimşirgil, "Birincil Kaynaklardan Osmanlı Tarihi"
  • Abdülkadir Emeksiz, "Efsanelerin İstanbul'u, Fetih ve Fatih"
  • Gülçin Altaş və Seden Acun, "İstanbul'da Bulunan Erken Bizans Dönemi Savunma Yapılarında Kullanılan Horasan Harçlarının Özelliklerinin İncelenmesi" başlıqlı tədqiqat yazısı
  • Hâtim Abdurrahman et-Tâhâvi, "Konstantiniyye'den İstanbul'a"
  • Nazım Tektaş, "Sadrazamlar"
  • İsmail Hakkı Uzunçarşılı, "Osmanlı Tarihi" Cilt I-II, Türk Tarih Kurumu Basımevi
  • Joseph von Hammer, "Büyük Osmanlı Tarihi" Cilt II
  • Gregory, Timothy E., Bizans Tarihi, Yapı Kredi Yayınları
  • Said Öztürk, "İstanbul'un Fethinden Sonra Ayasofya'nın Camiye Çevrilişi"
  • Prof. Doğan Kuban., "İstanbul'un Tarihi Yapısı"
  • Ahmet Ateş, "İstanbul'un Fethine Dair Fatih Sultan Mehmet Tarafından Gönderilen Mektublar ve Bunlara Gelen Cevablar" Tarih Dergisi- Cilt IV, Osman Yalçın Matbaası
  • Johannes Schiltberger, "Als Sklave im Osmanischen Reich und bei dem Tataren: 1394-1427", İletişim Yayınları

Xarici keçidlər

redaktə