[go: up one dir, main page]

Məzmuna keç

Yeddi gözəl (Nizami)

Yeddi gözəl
Janr poeziya, məsnəvi
Müəllif Nizami Gəncəvi
Orijinal dili fars dili
Yazılma ili 1197
Nəşr ili 1197
Əvvəlki Leyli və Məcnun
Sonrakı İsgəndərnamə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bilikli adamlar uzağı görər,
    Cahilin zəhməti hədərdir, hədər.
  • Çalış öz xalqının işinə yara,
    Geysin əməlindən dünya zərxara.
  • Çarpış dünya ilə şiri-nər kimi,
    Yoxsa udar səni o, əjdər kimi.
  • Gərək cavanmərdi pul aldatmasın,
    İşinə zərrəcə xələl qatmasın.
  • Hünər ardınca qoş, xalqa hünər saç,
    Qapılar bağlama, ər ol, qapı aç.
  • Hünərli dünyada təxtü-tac alar,
    Alçalmaz heç zaman, başı ucalar.
  • Xəcalət çəkəni etməzlər zəlil,
    Bu zülmkarlıqdır, ədalət deyil.
  • İnan, zirək adam mələkdir, mələk,
    Zirəklik gözəldir, əcəbdir gerçək. Yeddi gözəl (Nizami)
  • İnsan yem dalınca qaçmasın gərək,
    Quşdan ayıq olsun, zirəkdən zirək.
  • Mərdə layiq sifət deyildir, inan,
    Ki, bal oğurlansın bal arısından.
  • Zülmün toxumundan göyərməz nəbat.

Mənbə

[redaktə]

S. Vəhdət, Az. EA nəşriyyatı, Bakı, 1966.

İstinadlar

[redaktə]