[go: up one dir, main page]

Məzmuna keç

Nikah

Gəlin və nikah imzalayarkən



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Darıxdırıcı arvad nikah müqaviləsinin bir hissəsidir, ancaq darıxdırıcı məşuqəyə kişi heç vaxt dözməz. Con Apdayk
  • Dünya ədəbiyyatı nümunələrini mən iki hissəyə bölürəm: İcazəli yazılanlar və icazəsiz yazılanlar. Əvvəlcədən icazə verilmiş şeylər barədə yazanların üzünə tüpürmək, başlarına dəyənəklə vurmaq istəyirəm. Belə yazıçılara mən nikaha girməyi və dünyaya uşaq gətirməyi qadağan edərdim. Axı uşaqlarımız bizim macal tapıb edə bilmədiklərimizi həyata keçirməlidirlər.[1] Osip Mandelştam
  • Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı. Fyodor Dostoyevski
  • Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü. Nikola Şamfor
  • Heç kəs nikah kəsdirilməyə məcbur edilmir, lakin nikah kəsdirdimi, nikah qanunlarına itaət etməyə məcbur olunur. Karl Marks
  • Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və təlaş gərəkdir. Ümumiyyətlə, nikah xoşbəxtlik üçün nəzərdə tutulub, məhəbbət üçün yox. Frederik Beqbeder
  • Məhəbbət ideal, nikah real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. Höte
  • Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nikahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. Marsel Prust
  • Nikah nəinki mənəvi ittifaq, həm də maddi bünövrədir. Vasili Suxomlinski
  • Nikah səhər yeməyinə, nahara və şama balıq kürüsüdür. Xoşladığın şeyləri də çox yeyib ürəyini bulandıra bilərsən. Frederik Beqbeder
  • Nikah, təsadüfi epizoddan möhkəm və uzunmüddətli nə isə yaratmaq cəhdidir. Albert Eynşteyn
  • Nikah yeganə müharibədir ki, bu zaman siz düşmənlə yatırsınız. Fransua de Laroşfuko
  • Nikah zaman keşdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır. Emil Alen
  • Nikahın qarşıya qoyduğu məqsəd cinsi yaxınlıq vasitəsilə mənəvi birliyə nail olmaqdır. Mahatma Qandi

İstinadlar

[redaktə]
  1. Osip Mandelştamın "Dördüncü nəsr" kitabından