[go: up one dir, main page]

Məzmuna keç

Henri Miller

Henri Miller
Doğum tarixi 26 dekabr 1891
Doğum yeri Yorkville
Vəfat tarixi 7 iyun 1980
Vəfat yeri Pasifik-Paliseyds
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Henri Miller (1891–1980) — Amerikalı yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amerika haqqında nə düşünürəm — onun florası, faunası, memarlığı, insanları, adət-ənənələri haqqında? Burada canlı heç nə doğulmayıb… Dəyərli heç nə yoxdur. Və mən deyə bildiyim qədər, olmayacaq. Amerikalılar hər hansı bir şeyi dəhşətli ölçülərə şişirtməyi bacarırlar, nəhəng şəhərlər şəbəkəsi yarada bilirlər ki, onların ayaqları altına düşməmək üçün nəhayət kəndləri yer üzündən siləcək, lakin bu heç nəyi dəyişməyəcək. Onların bütün zəhmətləri bir boşluğu doldurmaq üçün əbəs cəhddir.
  • Amerikada insan ancaq ABŞ-ın prezidenti necə olacağını düşünür. Hər bir potensial prezident oradadır. Burada hər kəs potensial sıfırdır və əgər siz nəyəsə və ya kiməsə çevrilirsinizsə, bu, qəza, möcüzədir.
  • Bu dünya haqqında bütün düşündüklərini ifadə etmək cəsarətini göstərəcək adam ayağını basacaq yarım metr torpaq tapa bilməyəcək.
  • Dünya tarixi, az imtiyazlı adamların tarixidir.
  • Əgər bizi yaşamağa və daha böyük şövqlə düşünməyə vadar etmirsə, kitabların nə əhəmiyyəti var?
  • Ən böyük yalan, bir insanının başqasını ömür boyu sevəcəyinə söz verməsidir.
  • Heç bir insan taleyimizi təslim edəcək qədər böyük və ya müdrik deyil. Hər kəsin bizə rəhbərlik edə biləcəyi yeganə yol, öz rəhbərliyimizə olan inamı bizə qaytarmaqdır.
  • Həyat, deyildiyi kimi, çoxumuz üçün uzun bir təxirə salınmadır.
  • İnsan bildiyi güclü tərəfləri əməldə dəf etməyə çalışdıqda, dostluğun razılığını axtarmaq faydasızdır. Dostluq məğlubiyyət günləri üçün yaxşıdır — ən azı mənim təcrübəm budur. Çünki o zaman ya acıca əskik olur, ya da özünü üstələyir. Əzabdan — əzabdan və bədbəxtlikdən böyük bağ yoxdur. Amma insan öz gücünü sınayanda, yeni bir şey etməyə çalışanda ən yaxşı dost tez bir xainə çevrilir. Sadəcə sizə uğurlar diləyərkən, xəyallarınıza başladığınızı görəndə sizi ruhdan salan bir şey var. O, sizə ancaq sizi tanıdığı qədər inanır, göründüyündən hündür olman onu narahat edir; çünki dostluq qarşılıqlılığa əsaslanır. Böyük bir macəraya atılmaq dostluqda bütün əlaqələri qırmaq deməkdir. Bunun qanun olduğunu deyə bilərik.
  • İnsanın təyinatı heç vaxt bir yer deyil, hər şeyə yeni bir baxış tərzidir.
  • İnsanlar mənim üçün kitab oldu. Onları örtmək və lazımsız kimi atmaq üçün oxudum. Oxuduqca doyumsuz oluram.
  • İnsanların inandıqları şeyləri yazmaq cəsarətləri olsaydı, heç kim bir söz belə yazmazdı.
  • Keylik hər şeydən daha ədəbsizdir.
  • Qadınlarla bağlı edilə biləcək üç şey var; Onu sevə bilər, onun üçün əzab çəkə bilər, ya da onu ədəbiyyata çevirə bilərsən.
  • Mənə yaxşı bax . İndi mənə deyin görüm, mən öləndən sonra baş verənlərə fikir verən adamammı?
  • Sevgi, nifrət, ümidsizlik, yazıqlıq, qəzəb, ikrah — bütün bunlar planetlərin cütləşməsi ilə müqayisədə nə deməkdir?
  • Yer üzündəki ən xoşbəxt insanın ən az ehtiyacı olan insan olduğuna inanacaq qədər dəliyəm.
  • Zaman-zaman partlayan, yaralayan, fışqıran, iniltili, gözyaşardıcı, söyüş söyən səhifələri oxuyuruqsa, bilin ki, bu vərəqləri arxası divara söykənmiş, yeganə müdafiəsi söz olan bir adam yazıb.
  • Zehni olaraq özünü təhlükəsiz hiss etmək istəyən insanlar, əllərini və ayaqlarını kəsib, ağrı hiss etməyən protez əzalarını taxan insanlara bənzəyirlər.

İstinadlar

[redaktə]