[go: up one dir, main page]

Məzmuna keç

Dörd



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
  • At dörd ayaqla yeriyir, o da büdrəyir, Kürd atalar sözləri
  • Baş ağrısını qiymətləndirməmək olmaz. Ağrı baş verəndə onunla heç nə qazana bilməyəcəyin hissiyyatı yaranır, ağrı keçəndə isə xərclənməmiş qalığın dəqiqədə dörd dollar qiyməti olur. Mark Tven
  • Bəxtəvərlik gələndə dörd tərəfdən gələr. Malayal atalar sözləri
  • Bir milləti idarə etmək dörd uşağı tərbiyə etməkdən daha asandır. Uinston Çörçill
  • Budur, heç vaxt qaralmayacaq dörd köz: lovğalıq, xəsislik, qəzəb və yalan. Cefri Çoser
  • Cəmi dörd mövzu mənim adımla bağlıdır: dövri qanun, qazların elastikliyi, məhlulların assosiasiya kimi başa düşülməsi və “Kimyanın əsasları”. Bu mənim sərvətimdir. Onu heç kimdən almamışam, özüm yaratmışam. Dmitri Mendeleyev
  • Dörd ayaqlı heyvan da büdrəyir, alim də səhv edir. Tai atalar sözləri
  • Dörd dənə gerçək dostun olsun, tabutunu daşısın yetər. Murathan Mungan
  • Dörd həftə bir-birimizi müşahidə edirik, dörd ay sevişirik, dörd il mübahisə edirik, qırx il bir-birimizə dözürük və uşaqlar yenidən başlayır. İppolit Adolf Ten
  • Dörd kiçik şeyi böyük sanmaq lazımdır: borc almaq, od, xəstəlik və pis əməl. Mir Möhsün Nəvvab
  • Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması. Məhəmməd peyğəmbər
  • Dörd şey vardır ki, onların azı da çıxdur: od, xəstəlik, düşmən və borc. Ərəb atalar sözləri
  • Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)
  • Elm - xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən. Cəfər Sadiq
  • Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra yumun. Bencamin Franklin
  • Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın. Portuqal atalar sözləri
  • Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. Özdəmir Asaf
  • Əli, oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
  • Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə. Əziz Nesin
  • Ən yaxşı insan öz düşüncələri və başqalarının hissləriylə yaşayan insandır. Başqalarının düşüncələri, öz hissləri ilə yaşamaq isə naqis insanlara xas əlamətdir. İnsanları bir-birindən fərqləndirən də məhz bu dörd əlamətdir. Yalnız öz hissləri ilə yaşayan insan vəhşidir. Lev Tolstoy
  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
  • Haqq ilə nahaqqın arası cəmi dörd barmaqdır. Fars atalar sözləri
  • Hiyləğər tülkü tələyə düşəndə dörd ayağından düşər. Ləzgi atalar sözləri
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
  • İdarəetmənin dörd rüsvayçı üsulu: qabaqcadan xəbərdarlıq etmədən işdən qovmaq - bu, qəddarlıqdır; möhlət vermədən işçidən nəticə tələb etmək - bu, zorakılıqdır; işçi ilə ədavət aparmaq - bu, nadanlıqdır; işçinin əməkhaqqını kəsmək - bu, ədalətsizlikdir. Konfutsi
  • İnsan ürəyindəki gerçək eşq dörd nalla gedən bir at kimidir. Nə düzümündən anlar, nə də söz dinlər. (Bailey)
  • İnsanı dünya sirlərinə vaqif edən dörd şeydir: Hikmət - yəni alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək. Əql - yəni tədbir, səbr, nəzakət, mərhəmət. Təmkin - yəni həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək. Ədalət - yəni doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək, xoşxasiyyətlilik. Kəlilə və Dimnə
  • İnsanoğlunun duaları həmişə möcüzələr üçündür. Hər cür dua əslində belə sadələşdirilə bilər: Tanrım, iki dəfə ikini dörd et. İvan Turgenev
  • Kişi dörd içki içdikdən sonra, qadın isə dörd öpüşdən sonra dözümünü itirir. Henri Luis Manken
  • Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm...[1] Əli bəy Hüseynzadə
  • Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Məhəmməd peyğəmbər
  • Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir. Virciniya Vulf
  • O insan ki, dözər dərdə, baş əyməz mərdə, namərdə,
    Onu diz çökdürə bilməz tutan dörd əllə dünyanı. Xaqani Şirvani
  • Sevgi bir öpüş, iki öpüş, üç öpüş, dörd öpüş, beş öpüş, dörd öpüş, üç öpüş, iki öpüş, bir öpüş və heç bir öpüş deyil. Dino Siqr
  • Sovet Rusiyasının ucsuz-bucaqsız söz düzənliyində mən yeganə ədəbiyyat canavarı idim. Məsləhət gördülər ki, dərimi rəngləyim. Səfeh məsləhət idi: hətta rənglənmiş, yaxud tükü qırxılmış canavardan da pudel yarada bilməzsən. Məni canavar kimi qəbul etdilər və uzun illər dörd bir tərəfdən çəpərə alınmış ədəbiyyat bağçasında ora-bura qovdular. Heç kimə qarşı kinim yoxdur, amma çox yorulmuşam. Mixail Bulqakov
  • Təbiətdə mövcud olan hər şey riyazi olaraq dəqiq və müəyyəndir; bəzən bu dəqiqliyə şübhə ilə yanaşsaq da, cahilliyimiz bundan heç bir nəticə çıxarmaz: hətta bütün dünya iki dəfə iki dörd olmasına şübhə etsə belə, bütün şübhələnənlərdə də iki dəfə iki dörd edəcəkdir. Mixail Lomonosov
  • Yaxşı çobanın dörd gözü olar. Abxaz atalar sözləri
  • Yalan, dörd nala gedər; gerçək, addım-addım yeriyər lakin, yenə də vaxtında yetişər. Yapon atalar sözləri
  • Yaş dörd şeydə ən yaxşı görünür; yandırmaq üçün köhnə odun, içmək üçün köhnə şərab, etibar etmək üçün köhnə dostlar və oxumaq üçün köhnə müəlliflər. Frensis Bekon
  • Zəncinin mürəkkəb vəziyyətinin həlli asan olmayacaq. Bu, onların qeyri-mümkün olması demək deyil. Bu mürəkkəblikləri maneələr kimi deyil, çətinliklər kimi qəbul edərək, sehrimiz olmadığını sərbəst etiraf etsək, irəliləyiş əldə edəcəyik. Dörd yüz illik günahın dörd dəqiqəlik kəffarə ilə silinə bilməyəcəyini qəbul etsək, irəliləyiş əldə edəcəyik. Biz də günahkarın öz kəffarəsini qurbanı daha dörd saniyəlik qəsdən incitməklə ziyarət etmək üçün uyğunlaşdırmağa icazə verə bilmərik. Martin Lüter Kinq

Həmçinin bax

[redaktə]
  1. [1] “Türk dünyasının böyük ideoloqu” (metodiki vəsait) Bakı,2014