Uilyam Somerset Moem
Görünüş
Uilyam Somerset Moem | |||
Doğum tarixi | 25 yanvar 1874 | ||
Doğum yeri | VIII arondisman | ||
Vəfat tarixi | 16 dekabr 1965 | ||
Vəfat yeri | Nitsa | ||
|
Uilyam Somerset Moem (Paris, 25 yanvar 1874 - Nitsa, 16 dekabr 1965) - İngilis yazıçısı və dramaturqu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Axmaq olub bunun fərqində olmaq, axmaq olub bunun fərqində olmamaqdan yaxşıdır.
- Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar.
- Arzu həqiqətdən qaçmaq deyil, əksinə, ona yaxınlaşmaq üçün vasitədir. [1]
B
- Bir qadın səni sevəndə, sənin ruhuna sahib olana qədər doymaz. Zəif olduğu üçün onun hökmranlıq üçün qəzəbi var və heç nə onu qane edə bilməz.
- Bir qədər sağlam düşüncə, bir qədər səbr, bir qədər yumor hissi – və bunlarla çox rahat şəkildə bu dünyada yaşamaq olar.
- Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır.
D
- Doğru deyil ki, guya əzablar insan xarakterini nəcibləşdirir. Bunu yalnız xoşbəxtlik edə bilər., o da nadir hallarda, əzablar isə çox vaxt insanı xırdaçı və kinli edir. [2]
- Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın.
- Düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir.
- Düşünürəm ki, Tanrı ya mənim daxilimdə, ya da heç bir yerdədir.
E
- Eyni zamanda yazıçı və centlmen olmaq çətindir.
Ə
- Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir.
- Əzabların xarakteri zənginləşdirdiyi düzgün deyil. Bunu bəzən xoşbəxtlik bacarır. Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir.
F
- Faciə ondadır ki, biz bəzən öz arzumuza çatırıq.
G
- Gəncliyin xoşbəxt olması illüziyasıdır, onu itirənlərin illüziyasıdır; lakin gənclər özlərinə aşılanmış həqiqətsiz idealla dolu olduqları üçün yazıq olduqlarını bilirlər və hər dəfə gerçəklə təmasda olduqda əzilir və yaralanırlar. Görünür, onlar sui-qəsdin qurbanı olublar; seçmə zərurətindən ideal olan oxuduqları kitablar və unutqanlığın çəhrayı dumanı ilə keçmişə nəzər salan böyüklərin söhbəti onları qeyri-real həyata hazırlayır. Oxuduqlarının və onlara deyilənlərin hamısının yalan, yalan, yalan olduğunu özləri kəşf etməlidirlər; və hər bir kəşf həyatın çarmıxında bədənə vurulan başqa bir mismardır.
H
- Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil.
- Hər nəsil atalarına gülür, babalarına gülür, ulu babalarına heyran olur.
- Həyatda başqalarının müsibətinə “can yandırmaqdan” daha asan bir şey yoxdur.
- Həyatda yalnız iki şey insanın mövcudluğuna haqq qazandıra bilər: sevgi və incəsənət.
- Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylərlə daim qarşılaşmalı oluruq.
- Həyatın ən böyük dramı insanların yox olması deyil, sevgidən məhrum olmalarıdır.
İ
- İnsan məmur, bağban və ya polis kimi işləmək mümkün olmayan yaşa çatanda, onun ölkəsinin taleyini həll etmək üçün yetişmiş hesab olunur.
- İnsan ömrünün qalan hissəsini onunla keçirmək istəmədən bir qadına çox aşiq ola bilər.
- İnsanlar öz fikrimizi bildirməyimizi desələr də, bizdən tərif gözləyirlər.
- İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir.
- İnsanlara öz sevdikləri şeyi etmək üçün səbəb lazım deyil, – onlara bəraət lazımdır.
- İnsanın hər töhvəsində onun ruhunun macəraları öz əksini tapmalıdır.
- İnsanların sənə baxmağını istəyirsənsə, sən də onlara baxmalısan.
- 25 yaşlı subay qız və həmin yaşda olan evli qadın arasında uçurum qədər fərq var.
K
- Keçmiş barədə düşünməyə başlayırsansa, deməli artıq sənin gələcəyin yoxdur.
Q
- Qısa və aydın yazmaq səmimi xə xeyirxah olmaq qədər çətindir.
M
- Mən bilmirəm” deməyin nə qədər asan olduğunu anlamısınızsa demək ki, çox gecikməmisiniz.
P
- Pul bir növ altıncı hissdir, onsuz qalan beşi natamamdır.
R
- Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olduqları heç kəsə məlum deyil.
S
- Sənin üçün əhəmiyyətsiz olan insanlarla xoş davranmaq daha asandır.
Y
- Yalnız bir qadın digər qadının nəyə qadir olduğunu bilir.
- Yalnız qadına hörmət edən kişi onu alçaltmadan ondan ayrıla bilər.