Yu-Meks
Yu-Meks ("yuqoslav" və "meksikalı" sözlərinin ilk hərfləri ilə) – ənənəvi Meksika musiqisinin elementlərini (maryaçi və rançera kimi) özündə birləşdirən Yuqoslaviya musiqi üslubu.[1] Yu-Meks 1950 və 1960-cı illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasında populyar musiqi janrı olmuşdur.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]İkinci Dünya müharibəsindən başa çatmasından sonrakı dövrdə Yuqoslaviyanın öz film sənayesi yox idi və filmlərin çoxunu SSRİ-dən idxal edirdi. 1948-ci ildə baş verən Tito-Stalin bölünməsindən sonra sovet filmlərinin Yuqoslaviyada nümayişi dayandırılmışdır. Eyni zamanda ideoloji fərqliliklərə görə Yuqoslaviya prezidenti İosip Broz Tito ABŞ filmlərini idxal etmək istəmirdi. Nəticədə o, Meksika filmlərinə yönəlmişdir. "Qızıl dövr"ə aid olan və Meksika inqilabından bəhs edən Meksika filmlər siravi meksikalıların dövlətə qarşı döyüşməsindən bəhs edirdi. İkinci Dünya müharibəsində döyüşən yuqoslaviyalı partizanlarla Meksika inqilabınında döyüşən iştirakçılar arasında bənzərliklər var idi.[3]
Yuqolaviyada premyerası baş tutmuş ilk Meksika filmi 1950-ci il istehsalı "Həyatın bir günü" (isp. Un día de vida; serb-xorv. Jedan dan života) filmi olmuşdur. Film 1952-ci ildə buraxıldıqdan sonra Yuqoslaviyada böyük uğur qazanmışdır.[3][4] Meksika inqilabı zamanı edam edilən üsyançıdan bəhs edən film Yuqoslaviya tamaşaçıları tərəfindən bəyənilmiş və İkinci Dünya müharibəsindəki yaşanılan təcrübələrlə müqayisə olunmuşdur.[5]
Nisbətən daha az siyasi olan Meksika filmləri (komediya və romantika filmləri) də populyar olmuşdur. Gənc yuqoslaviyalılar Meksika film ulduzlarının üslubunu təqlid etməyə çalışırdılar.[6] 1950–1960-cı illərdə Yuqoslaviyada nümayiş etdirilən filmlərin çoxu Meksika filmləri olduğu üçün Meksika ilə bağlı hər şey ölkədə populyar olmuşdur. Bir çox Yuqoslaviya musiqiçisi sombrero taxmağa və Meksika musiqisi ifa etməyə başlamışdır. Onlar hər serb-xorvat, həm də orijinal ispan dilində oxuyurdular.[7][8] 1970-ci illərdən sonra Meksika musiqisinə olan maraq tədricən yox olmuşdur.
Nikola Karoviç, Slavko Peroviç, Lyubomir Miliç və onun ansamblı "Paloma",[9] Miroslava Mrda, Dorde Masaloviç, Ana Milosavlyeviç, Trio Tividi, Manyifiko, Nevenka Arsova kimi Yuqoslaviya müğənniləri Yu-Meks üslubunun nümayəndələri olmuşdurlar.[10] Predraq Tsune Qoykoviç və Mişo Kovaç kimi məşhur müğənnilər də Yu-Meks mahnıları ifa etmişdirlər.
Digər mediada
[redaktə | mənbəni redaktə et]Sloveniya yazıçısı Miha Mazzini 2013-cü ildə "Paloma Neqra" romanını nəşr etdikdən sonra Yu-Meks musiqisinə maraq yenidən oyanmışdır. Mazzini romanı üçün araşdırma apararkən protaqonistlər tərəfindən danışılmış hekayələri qeydə alaraq "YumMeks — Yuqoslav Meksika" adlı sənədli film hazırlamışdır.[11][12] "Croatia Records" 1951–2011-ci illərə aid Yu-Meks mahnıları "101 Meksikanska" adlı CD dəsti ilə buraxmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Čulić, Ilko. "YU-Mex fenomen: Zbog njih je sombrero bio glavni hit..." 24 Sata (xorvat). 16 July 2012. 4 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2024.
- ↑ "Zaboravljeni junaci sombrero ere". BETA (bosniya). Nezavisne novine. 14 October 2008. 4 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2024.
- ↑ 1 2 McKee Irwin, Robert. "Mexican Golden Age Cinema in Tito's Yugoslavia". The Global South. 4 (1). 2010: 151–166. 2024-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06 – Project MUSE vasitəsilə.
- ↑ Topalović, Manja. "YuMex Craze: How Mexican Film Won Over Yugoslavia". Sigedon Books & Antiques. 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2024.
- ↑ Muniz, Alvaro Amador. "Yugoslavia's secret weapon against Soviet influence: YuMex culture". Yucatán Magazine. 3 April 2022. 7 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2023.
- ↑ McKee Irwin, 2010. səh. 160
- ↑ McKee Irwin, 2010. səh. 160-161
- ↑ Osegueda, Rodrigo. "Yu-Mex, cuando la música mexicana enamoró la Ex Yugoslavia". México Desconocido (ispan). İstifadə tarixi: 6 noyabr 2024.
- ↑ Đurić, S. "Meksikanac na srpski način". Vesti Online (serb). 7 February 2011. 7 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2024.
- ↑ Mazzini, Miha. "YuMex or Yu-Mex: Mexican music in fifties Yugoslavia". mihamazzini.com. 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2024.
- ↑ "YuMex, Jugoslovanska Mehika". IMDb. 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
- ↑ Mazzini, Miha. "YuMex - Yugoslav Mexico". Youtube. 3 February 2022. 29 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2024.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Miha Manzzini. Paloma Negra. Open Books, 2014. ISBN 978-0692253656.