Xarabalıq kələzi
Xarabalıq kələzi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Klad: Klad: Yarımdəstə: Klad: Fəsilə: Yarımfəsilə: Cins: ???: Xarabalıq kələzi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ.
Xariçi görünüşü
[redaktə | mənbəni redaktə et]Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.
Arealı
[redaktə | mənbəni redaktə et]Əsasən Anadolu, Suriya, Şərqi İordaniya, şimali Ərəbistan ərazisində, İran, İraq, Əfqanıstan və Pakistan ərazisində yayılmışdır. Üstəlik Azərbaycanın Cəbrayıl rayonu və Zəngilan rayonunun Araz çayı sahilləri boyunca, bir də Talış dağları və Zuvand ərazisində yayılmışdır. Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1 km-lik marşrutda 4-5 fərd xarabalıq kələzi saymaq olar[2]
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Azərbaycanda məhdud arealda yayılan bu növün Trapelus ruderatus ruderatus yarımnövü yayılmışdır. Digər yarımnöv olan Trapelus ruderatus baluchianus (M. Smith, 1935) əsasən Pakistanın şimal-qərbində yayılmışdır.
Yayılma əraziləri
[redaktə | mənbəni redaktə et]Xarabalıq kələzi yarımsəhra, öndağlıq ərazilərdə və dağ çöllərində yayılmışdır. Azərbaycanın cənub ərazilərində Arazın quraq sahil düzənliklərində 1 ha ərazidə 1-1,2 baş kələzə rast gəlmək olar[3]. Suriyada isə bu növün 2509-3000 metr yüksəklik ərazilərdə belə yayılmışdır. Bu isə çox nadir hadisə hesab edilir.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda kələzlər qışlamadan martın əvvəllərində çıxırlar. Cinsi yetkinliyə erkəklər ikinci ilində uzunluğu 58–60 mm olarkən çatırlar. Yumurta qoyma aprelin sonu, mayın əvvəllərinə təsadüf edir. İranda isə arelin sonu baş verir. 5-14 yumurta qoyurlar, bu isə dişinin ölçüsündən asılıdır. Balalar 28–33 mm olmaqla iyunun sonları yumurtadan çıxırlar.
Qidalanmasına gəldikdə xarabalıq kələzi əsasən böçəklər və diğər onurğasızlarla qidalanırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi (çd.). 2001.
- ↑ "Xarabalıq kələzi haqqında məlumat". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
- ↑ "Xarabalıq kələzi". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.