Vikipediya:Bilirsinizmi/aprel 2015

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bilirsinizmi arxivi


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 30 noyabr 2024, Şənbə (İlin 48. həftəsi); bu an saat 12:38 (UTC)
(yenilə)
Keşi təmizlə

14. Həftə

Vikipediya məqalələrindən

  • Fikrət Əmirov tərəfindən bəstələnmiş Gülüstan-Bayatı-Şiraz simfonik muğamı ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir.
  • Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
  • Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
  • Sonsuz düyüm (şəkildə) işarəsinin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir.
  • Otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir və ilk dəfə 1600-cü ildə naməlum müəllif tərəfindən külliyyat şəkilinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
  • Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunan Nikola Tesla Muzeyi üçün ləvazimatlar 7 sentyabr 1951-ci ildə Belqrada Nyu Yorkdan gəmi ilə göndərilib.
  • Ənənəvi yapon spirtli içkisi olan Sake düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir.

baxmüzakirə etredaktə ettarixçə


15. Həftə

Vikipediya məqalələrindən

  • Yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri üzrə ekranlaşdırılmış Ad günü filminə 1980-ci ildə Azərbaycan Dövlət Mükafatı verilmişdir.
  • Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pyesi əsasında yazdığı Turandot opera əsərinin orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami GəncəvininYeddi gözəl” əsərindəki slavyan gözəlinin hekayəsindən götürülmüşdür.
  • Latın sözlərindən əmələ gələn Citius, Altius, Fortius Olimpiya şüarı 1894-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub.
  • Müasir dövrdə Mamont mağara sisteminin labirint kimi bir-biri ilə bağlanan mağaralardan ibarət olduğu və ümumi uzunluğunun 640 km olduğu hesab edilir.
  • Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi Harri Potter və Fəlsəfə Daşı romanı da bəzi dini qrupların hücumlarına məruz qalmış, cadugərliyi təbliğ etməsi iddiası ilə bəzi ölkələrdə qadağan olunmuşdur. Lakin, bəzi xristian alimləri romanın özünə inam və özünü inkişaf etdirmə kimi xristian dəyərlərini təbliğ etdiyini bildirmişlər.
  • Praqa qəsrinin ərazisində yerləşən Qızıl küçəyə (şəkildə) daxil olan ziyarətçilər həyatın inkişafını əks etdirən unikal ekspozisiya yaradılmış 16 evdən 9-nu tədqiq və ziyarət edə bilərlər.
  • Prince of Persia: The Sands of Time oyununda olan saundtreklər rok ilə hind musiqilərinin qarışığını ifa edən, hal-hazırda fəaliyyət göstərməyən Kanadanın "The Tea Party" musiqi qrupunun əsasını qoyanlardan biri Stüart Çetvud tərəfindən hazırlanmışdır.

baxmüzakirə etredaktə ettarixçə


16. Həftə

Vikipediya məqalələrindən

  • Premyerası 1979-cu ildə baş tutmuş Min bir gecə baletini Fikrət Əmirov "Min bir gecə" nağıllarının süjetləri əsasında bəstələyib.
  • Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.
  • Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən Üsturlab cihazı tarixi mənbələrə görə ilk dəfə olaraq Eratosfen tərəfindən b.e.ə.250-ci ildə düzəldilmişdir.
  • Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli Nabukko operasının librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır.
  • 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-ın Men ştatından olan Samanta Smitin xatirəsinə hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir.
  • Sankt-Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan ikimərtəbəli I Pyotrun Yay sarayı on dörd otaqdan və iki mətbəxdən ibarətdir.
  • Əmək adamlarını təsvir edən rəssam kimi də tanınan Ferdinand Hodlerin 1910-cu ildə çəkdiyi "Odunçu" adlı rəsm əsəri bir il sonra – 1911-ci ildə buraxılmış nominal dəyərli 50 İsveçrə frankı (şəkildə) olan əsginaslarda çap olunmuşdur.

baxmüzakirə etredaktə ettarixçə


17. Həftə

Vikipediya məqalələrindən

baxmüzakirə etredaktə ettarixçə