Uraankay
Uraankay, Uraangkay və ya Uranhay (tuvaca: Урааңгай saxaca: урааҥхай evenkcə: ураӈкай) – Çin və Monqolustanın şimalındakı meşələrdə yaşayan, əsasən türk soyundan gələn millətlərə deyilən tarixi adlandırma. Evenk dilində urankay deyilən söz "kişi" deyə tərcümə edilir. Saxa dilində uraanhay deyilən söz də eyni formada tərcümə edilir.
Region xalqlarının dastanlarında bu sözün işlənmə nümunələri vardır.
Türk qaynaqları
[redaktə | mənbəni redaktə et]XII əsrdə yaşamış olan Fəxrəddin Mübarəkşah "Tarix" adlı əsərində Sibir və Orta Asiyada türk kökündən gələn cəmiyyətləri sıralarkən Uran (Urağan) adı da keçir.[1]
Bu geniş regionda yaşayana türk soylu xalqların əksəriyyətinin dilində Uraankay sözünə bənzər və çox zaman da oxşar mənalar verən sözlər vardır. Lakin bəziləri bu sözün xarici dillərdən türk dillərinə keçdiyini iddia edir. Bu tipli xarici dillərə misal olaraq, Evenk dilini, Buryat dilini və Monqol dilini göstərmək olar.
Saxalar
[redaktə | mənbəni redaktə et]Saxaların dastanlarında "Saha uraanhay" deyilən sözlər var. Uranhayın mənası şəxsi, kişini ifadə etməkdə və "Saha uraanhay" deyildiyində "Saha kişi, Saha insanı" mənasına gəlir. Uraanhay Saha deyilən söz ilə Vilyuy çayının Sahaları da özlərini ifadə edirlər.
Baykal gölünün şimal sahillərində yaşamaqda olan türk soylu millət Tumaada ilə Erkeeni ovaları və düzlərinə qədər XIV əsrdən köçməyə başlamışdır. Bunların Saxa türklərinin ataları olması düşünülməkdədir.
Monqol qaynaqlarında
[redaktə | mənbəni redaktə et]Qədim monqol yazılarında "Uranhay" deyilən sözü latın hərfləri olaraq "uriyanqqay" şəklində tərcümə etmək olar. 1954-cü ildə Luvsandendevin hazırladığı monqolca-rusca lüğət nəşr edilmişdir.[2] Bu lüğətdə bu formada mənalar verilməkdədir:
Urianhay – 1. Tıva kişi ("Uranhaylar" – qədim zamanda tuvalıları adlandırmaq üçün istifadə eidlməkdə idi), 2. Tuva kişinin, Tuva millətinin özü.
Buryatlarda
[redaktə | mənbəni redaktə et]Buryatlarda "Tsonqool" adlı topluluqda "uraanhaad" deyilən sülalə var. Oka çayı həndəvərində yaşayan buryatlar ətrafdakı tuvalıları və tofaları uraanhad və uyqar helten (Uyğur dilli) deyə adlandırmışdırlar.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Peter B. Golden. Türk Halkları Tarihine Giriş (An Introduction to the History of the Turkic Peoples). KaraM yayınları. Ankara 2002. səh-191
- ↑ "Сокровенное сказание монголов" (rus. ). altaica.ru. 19 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2020.
- ↑ "Soyot dili. Сойотский язык. Языки народов Сибири, находящиеся под угрозой исчезновения". lingsib.iea.ras.ru. 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- АН СССР СО ЯФ Инаститут Языка Литературы и Истории. Г. В. Ксенофонтов "Эллэйада". Материалы по мифологии и легендарной истории якутов. Издательство "Наука" Москва 1977 год. Арын 45 биле 47–48.
- ВАРЛАМОВ А. Н. Специфика историзма в фольклоре эвенков. АВТОРЕФЕРАТ диссертации на соискание ученой степени доктора филологических наук. Специальность 10.01.09 – фольклористика. Работа выполнена в секторе эвенкийской филологии Института гуманитарных исследований и проблем малочисленных народов Севера СО РАН, Элиста 2011 год. [ölü keçid]
- Уоанхайцы как тунгусский элемент с культом Змеи.
- H.В. Кюнер. Восточные урянхайцы по китайским источникам.// УЗ ТНИИЯЛИ. Вып. VI. Кызыл: 1958. С. 202–216.
- Г. И. Варламова. Фразеологизмы в эвенкийском языке.// АН СССР СО ЯФ Интитут языка, литературы и истории. Новосибирск, издательство "Наука" Сибирское отделение. 1986 год, стр. 33.
- Коминтет наук МНР. Монгольско-русский словарь. Под общей редакцией А. Лувсандэндэва около 2200 слов. Гос. изд-во иностранных и национальных словарей. Москва – 1954.