Tuntszıdan
Çincə: | 童子蛋 | ||||||
Tərcüməsi: | oğlan yumurtası | ||||||
| |||||||
digər variant | |||||||
ənənəvi: | 童子尿煮雞蛋 | ||||||
sadələşdirilmiş.: | 童子尿煮鸡蛋 | ||||||
hərf.: | oğlan sidiyində bişirilmiş toyuq yumurtası | ||||||
|
Tuntszıdan (çin. 童子蛋) və ya bakir oğlan yumurtası – Çinin Çjetszyan əyalətinin Dunyan şəhərinə aid ənənəvi yemək. Oğlan sidiyində qaynadılmış yumurtalardan hazırlanır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tuntszıdan Çinin Dunyan şəhərinə aid ənənəvi yeməkdir və əsrlərlə hazırlanır.[1] Yeməyin hazırlanmasında məhz oğlanların sidiyindən istifadə olunmasının dəqiq izahı yoxdur. Tarixən Çjetszyan regionu sidikdən müxtəlif müalicəvi məqsədlər üçün geniş istifadə olunurdu.[1][2][3]
Sidikdə qaynadılmış yumurtaların bədən hərarətini azaltdığı və qan dövranını yaxşılaşdırdığı iddia olunur. Yerlilər yeməyin günvurmanın qarşısını aldığını iddia edirlər. Lakin bu iddialar elmi cəhətdən sübut olunmayıb.
Hazırlanması
[redaktə | mənbəni redaktə et]Əvvəlcə toyuq yumurtaları oğlan sidiyində isladılır, daha soba üzərində qızdırılır. Yumurtalar qaynadıqdan sonra yumurta qabıqlarının səthi çatladılır və sidiyə geri qoyulur. İstifadə olunmuş sidik yeni sidiklə əvəz olunur və proses təkrarlanır. Bütün proses adətən 1 gün çəkir.[2][3] Bəzi reseptlərdə yeməyə otlar əlavə olunur. Bişirmə prosesi bitəndə yumurtaların ağı açıq qızılı rəngdə, yumurtanın sarısı isə yaşıl rəngdə olur.[4] Yemək hazırlanma prosesinə görə əsr yumurtasına yeməyinə oxşayır.[5]
Müasir istifadə
[redaktə | mənbəni redaktə et]Tuntszıdan Dunyan şəhərində ənənəvi yemək kimi qəbul olunur. Satıcılar sidik yığmaq üçün şəhərdə yerləşən ibtidai məktəblərə gedirlər. Onlar 10 yaşından kiçik oğlanların sidiyinə üstünlük verirlər. Şəhərdə böyümüş uşaqlar bu praktikaya öyrəşiblər və satıcıların qoyduqları ləyənlərə ifrazatlarını boşaldırlar. Müəllimlər qızdırması və ya başqa xəstəliyi olan oğlanların sidik verməməsi barədə xəbərdarlıq edirlər.[2][4]
Bəzi satıcılar parklarda və ya ictimai tualetlərdə dayanaraq uşağının sidik verməsinə icazə verən valideynlər axtarırlar.[2][4] Dunyan sakinləri bu yeməyi evdə də hazırlayırlar və evdəki oğlanların sidiyindən istifadə edirlər. Müasir tibb tədqiqatları yumurtanın sidiklə bişirilməsinin müalicəvi olması barədə sübutun olmadığını göstərsə də, yemək istehlak olunmağa davam edir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Chan, Royston. "'Virgin Boy Eggs' Cooked In Urine Are Spring Delicacy In Dongyang, China". Huffington Post. May 29, 2012. December 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2024.
- ↑ 1 2 3 4 "Boys' urine-soaked eggs listed as local specialty, intangible cultural heritage | Ministry of Tofu 豆腐部". Ministryoftofu.com. March 11, 2011. December 31, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2024.
- ↑ 1 2 3 Song, Aly. "Urine-soaked 'virgin boy eggs' are a springtime taste treat in China". NBC News. March 29, 2012. August 3, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2024.
- ↑ 1 2 3 Levin, Dan. "Recipe for a Chinese Ritual Dish: Eggs, Time and Plenty of Urine". The New York Times. July 22, 2016. January 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2024.
- ↑ Deutsch, Jonathan; Murakhver, Natalya. They Eat That? A Cultural Encyclopedia of Weird and Exotic Food from Around the World. United States of America: Jonathan Deutsch and Natalya Murakhver. January 1, 2012. 190, 204, 205. ISBN 978-0-313-38059-4.