Tütək səsi (film)

Vikipediya, azad ensiklopediya
(Tütək səsi (film, 1975) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Tütək səsi
Filmin afişası.
Filmin afişası.
Janr dram
Rejissor Rasim Ocaqov
Ssenari müəllifi İsa Hüseynov
Baş rollarda Akif Məhərrəmov — Tapdıq
Mixail Volontir — Cəbrayıl
Məmmədrza Şeyxzamanov — İsfəndiyar kişi
Zemfira Sadıqova — Xədicə
Yusif Vəliyev — Qılınc Qurban
Liya Eliava — Sayalı
Səfurə İbrahimova — İsmət
Xalidə Quliyeva — Milli
Şükufə Yusupova — Tutu
Ötkəm İsgəndərov — Nuru
Operator Teyyub Axundov
Bəstəkar Aqşin Əlizadə
Rəssam Elbəy Rzaquliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 20 mart 1976
Filmin növü tammetrajlı bədii film
Müddət 82 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1975
Texniki məlumatlar 9 hissə
2373 metr
genişekranlı
35 mm
Rəng ağ-qara
IMDb ID0174363

Tütək səsi — rejissor Rasim Ocaqovun filmi.[1] 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb.

Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.

Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1976-cı ildə Frunzedə (indiki Bişkek) IX Ümumittifaq kinofestivalı
  • Ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplomu və prizi verilmişdir.
  • Film qrim rəssamı Elbrus Vahidovun kinoda ilk müstəqil işidir.
  • Film aktyor Ötkəm İsgəndərovun kinoda ilk işidir.
  • Film yazıçı İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır.
  • Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak etmişdir.
  • Filmdə İsfəndiyar kişinin sazda ifa etdiyi hava "Ruhani"dir. Bu epizod 9 dubla çəkilmişdir. Aktrisa Xalidə Quliyevanın dediklərinə görə İsfəndiyar kişini canlandıran Məmmədrza Şeyxzamanov hər dublda həqiqətən ağlayırmış.
  • Natura çəkilişləri (Qusarın Xuray, Əniğ, Urva və digər kəndlərində çəkilib), kütləvi səhnələrdə kənd əhalisinin (500 nəfərə yaxın kənd sakini) iştirakı, real portret planlar əhvalata dokumental ton gətirir.
  • "Tütək səsi" Rasim Ocaqovun "Qatır Məmməd"dən sonra ikinci tammetrajlı bədii filmidir. O, Cəbrayıl rolunda Qatır Məmməd obrazına çəkdiyi Şahmar Ələkbərovu görmək istəyirdi. Çəkilişlər başlananda Şahmar Ələkbərov ağır xəstələnir. Ona görə rejissor moldavan aktyoru Mixail Volontiri dəvət edir. Onun personajını isə Şahmar Ələkbərov səsləndirib.
  • Tapdıq rolunun ifaçısı Akif Əli uzun müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib.
  • Cəbrayılla Sayalının evinin qarşısındakı səhnə milis maşınlarının nəzarəti altında çəkilib. Kənd camaatına elə gəlib ki, aktyor doğrudan da əsgər namusuna sataşıb. Ona görə Volontiri döymək istəyiblər.
  • Filmdəki "Ürfani" ("Ruhani") aşıq havasının ifaçısı Aşıq Hüseyn Saraçlıdır (1916–1987).

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: İsa Hüseynov
Quruluşçu rejissor: Rasim Ocaqov
Quruluşçu operator: Teyyub Axundov
Quruluşçu rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Akif Nuriyev
Rejisor: Ramiz Əliyev
Operator: R. Silonyan
Qrim rəssamı: Elbrus Vahidov
Montaj edən: Gülşən Səlimova
Rejissor assistenti: Cəfər Əsədov, Aydın Mahmudbəyov, S. Kaşiyev, E. Muradova
Rəssam assistenti: Fikrət Ələkbərov
Operator assistenti: Rəsul Bayramov (R. Bayramov kimi)
Redaktor: Fərman Kərimzadə
Filmin direktoru: Əli Məmmədov
Kadrarxası mətn: Həsənağa Turabov
Akif Məhərrəmov (Akif Əli) — Tapdıq
Mixail Volontir — Cəbrayıl
Məmmədrza Şeyxzamanov — İsfəndiyar kişi
Yusif Vəliyev — Qılınc Qurban
Liya Eliava — Sayalı
Səfurə İbrahimova — İsmət
Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Milli
Şükufə Yusupova — Tutu
Ötkəm İsgəndərov — Nuru
Sadıq Hüseynov — Rza
Süsən Məcidova — Suğra xala
Gümrah Rəhimov — Muxtar
E. Paşayev
Zemfira Sadıqova — Xədicə
K. Rəsulova
Z. Fətəliyeva
Aqşin Rəsulov
Vaqif Mustafayev
İ. Babayev
Muxtar Avşarov
Sədaqət Zülfüqarova — kənd sakini
Səmayə Musayeva
M. Rəsulzadə
F. Məmmədov
Məmmədsadıq Nuriyev — Səlim
Sadıq Həsənzadə — Zahid
Gəray Əlibəyov
Şamil Süleymanov — Cümrü
Cəvahir Bayramova — kənd sakini
Şəmsi Şəmsizadə — Tahir

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Rasim Balayev — Nuru (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov — Cəbrayıl (Mixail Volantir) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Sayalı (Liya Eliava) (titrlərdə yoxdur)
Ofeliya Sənani — İsmət (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Səməndər Rzayev — Muxtar (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
Əzizağa Qasımov — Zahid (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Ramiz Məlikov — Tapdıq (Akif Məhərrəmov) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Rəhman (titrlərdə yoxdur)
  1. Ramilə. 35 yaşlı "Tütək səsi": Bu film Rasim Ocaqovun rejissor kimi ilk və ən çox sevdiyi filmdir //Mövqe.- 2011.- 29 yanvar.- S. 13.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 304; 511.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 220–223; 227–232; 268.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  • Sevda Sultanova "Cəbrayılla Sayalını NKVD məcburi evləndiribmiş – "Tütək səsi"nə çəkilməyənlər" Kulis.az
  • Kərimov Hafiz. "Ürfani" havalarının variantlarına dair". Konservatoriya jurnalı, N:1–2(47), Bakı-2020

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Filmin musiqisi

[redaktə | mənbəni redaktə et]
Musiqi-1