Süleyman Nəcəfov (aktyor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Süleyman Nəcəfov
Süleyman Paşa oğlu Nəcəfov
Doğum tarixi
Doğum yeri İrəvan, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2007

Süleyman Paşa oğlu Nəcəfov (6 avqust 1948, İrəvan9 may 2012, Bakı) — aktyor, Azərbaycan Respublikasının xalq artisti (2007).

Süleyman Paşa oğlu Nəcəfov 1948-ci ildə anadan olub[1].

S. Nəcəfov 1966-cı ildə Xoreoqrafiya Texnikumunu bitirmişdir. 1972-ci ildən o, Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas (solist) kimi fəaliyyət göstərmişdir.

1976-cı ildən S. Nəcəfov C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində işləyir. Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H. Cavid,"Maral"), Cena (G. Xuqayev, "Mənim qayınanam"), Oğru (M. B. Marinye,"Oğru"), Ziya Çalaqçı (Əziz Nesin, "Toros canavarı"), Ağamehdi (R. İbrahimbəyov, "Qum üstündə ev"), Tamada (Əli Əmirli, "Müqəddəs Valentin günü"), Kərəməli (Hidayət, "Məhəbbət yaşayır hələ"), Məmiş (Hidayət, "Məni qınamayın"), Səlim, (C. Cabbarlı, "Aydın"), Süleyman, Rza bəy (Ü. Hacıbəyov, "Arşın mal alan", "O olmasın, bu olsun"), Dərviş (M. F. Axundov, "Müsyö Jordan və Məstəli şah"), Təlxək (U. Şekspir, "Axırı xeyir olsun") kimi müxtəlif janrlı obrazlar aktyorun geniş yaradıcılıq diapazonuna malik olduğunu bildirir.

2000-ci ildə S. Nəcəfov Əməkdar Artist, daha sonra Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Novxanı qəbiristanlığında dəfn olunmuşdur[1].

Həyat yoldaşı və iki uşağı İrəvanda ermənilər tərəfindən öldürülən Süleyman Nəcəfov qoca anası ilə tək qalırdı. Evləri olmadığı üçün anası Qocalar evində, özü isə teatrın zirzəmisində yaşamışdır[1].

  1. Salur Qazanın evi talandığı boy (film, 2001)
  2. Oyun (film, 2003)
  3. Biz qayıdacağıq (film, 2007)
  4. Cavid ömrü (film, 2007)
  5. Buta (film, 2011)
  6. Mən evə qayıdıram (film, 2014)