Ruben Orbeli
Ruben Orbeli | |
---|---|
erm. Ռուբեն Աբգարի Օրբելի; | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Elm sahələri | hüquq, tarix, arxeologiya |
Elmi adı | Professor |
İş yeri | SSRİ Elmlər Akademiyası |
Alma-mater | Sankt-Peterburq Dövlət Universiteti |
Təhsili |
|
Tanınır | SSRİ-də sualtı arxeologiyanın banisi |
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva)[1] — Sovet arxeoloq, tarixçi və hüquqşünası[2]. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin[3] böyük qardaşı.[4][5][6]
Həyatı
[redaktə | mənbəni redaktə et]Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı. 1934-cü ildə Ruben Orbeli Aleksey Krılovun tövsiyəsi ilə "Sualtı İşlər üzrə Xüsusi Ekspedisiya"ya (qısaca: EPRON adlanır; rus. Экспедиция подводных работ особого назначения; ЭПРОН) dəvət olundu. Bu zaman alim arxeoloji sualtı abidələri öyrənirdi. Epron ("Sualtı İşlər üzrə Xüsusi Ekspedisiya") 1937-ci ildən 1939-cu ilə qədər Qara dəniz və digər su hövzələrinə sualtı arxeoloji ekspedisiyalar etmişdir. Professor Orbeli su hövzəsinin dibindən səthinə qaldırılmış arxeoloji abidələrin qorunması üçün bir neçə üsul kəşf etdi. Onun kəşfi elmdə yeni bir elmə yeni bir termin - "hidroarxeologiya"nı daxil etdi. Professor Ruben Orbeli 1943-cü il, mayın 9-da Moskva şəhərində vəfat etmişdir.[7]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ռուբեն Օրբելի[ölü keçid] (erm.)
- ↑ Н. Григорьян Научная династия Орбели. М., Наука, 2002, 522 с.
- ↑ Семья Орбели (слева направо): Варвара Моисеевна Аргутинская-Долгорукая (мать), Иосиф Абгарович (младшый сын), Абгар Иосифович (отец), Левон Абгарович (средний сын), Рубен Абгарович (старший сын), около 1908 г. Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine (rus.)
- ↑ "Дело № 1204". 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
- ↑ "Дело № 1105". 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
- ↑ "Дело № 354". 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
- ↑ А. Н. Мельник Предисловие к фрагментам из социально-богословского наследия профессора Р. А. Орбели[ölü keçid]
- 26 yanvarda doğulanlar
- 1880-ci ildə doğulanlar
- 63 yaşında vəfat edənlər
- 9 mayda vəfat edənlər
- 1943-cü ildə vəfat edənlər
- Moskva erməni qəbiristanlığında dəfn olunanlar
- Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları
- Əlifba sırasına görə alimlər
- Naxçıvanda doğulanlar
- Moskvada vəfat edənlər