Ramazanoğulları bəyliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bəylik
Ramazanoğulları bəyliyi
Bayraq
Bayraq
 
1352 — 1608

Paytaxt Adana
Dilləri türk dilləri
Rəsmi dilləri türk (danışıq dili)
Dövlət dini İslam
İdarəetmə forması Monarxiya
Sülalə Ramazanoğulları sülaləsi
Bəy
 • 1352-1378 Ramazan bəy
 • 1594-1608 Pir Mənsur bəy

Ramazanoğulları bəyliyi — Çukurova vadisində qurulmuş Anadolu bəyliyi. Bəyliyin mərkəzi Adana şəhəri idi. Bəyliyin əsası Ramazan bəy tərəfindən 1352-ci ildə qoyulmuşdur. Ramazanoğulları sülaləsi, bölgəni 1514-cü ildən Osmanlıların vasallığında 1608-ci ilə qədər idarə edir.

Yüreğir boyuna mənsub olan Ramazanoğulları Anadolu bəylikləri arasında ən uzun ömürlü bəylik olmaqla seçilir. Məmlüklərlə və Osmanlılarla bəzən dostluq, bəzən isə müharibə şəraitində öz varlığını qoruya bilmişdi. Ramazanoğulları Türkiyə və xüsusilə Adananın tarixində böyük rolu vardır.

Ramazanoğullarının Anadoluya gəlişi

[redaktə | mənbəni redaktə et]

1071-ci ildə Səlcuqlar Malazgird döyüşündə qəlib gəldilər. Bu döyüşdən sonra Çukurova bölgəsinində yerləşdiyi Anadolu torpaqları Səlcuqların tabeliyinə keçdi. 1097-ci ildə Səlibçilərin birinci yürüşü zamanı Anadolu torpaqları Səlcuqluların əlindən çıxdı.

Səlcuqluların Anadoludan çıxmasından istifadə edən Tavr dağlarında yaşayan ermənilər, bölgəyə köç etdilər. XII əsrdə öz çarlıqlarını qurdular. Erməni çarlığının Çukurovadakı torpaqları Adana, Tarsus və Kozan şəhərlərindən ibarət idi. 1216-cı ildən etibarən Erməni çarları Səlcuqlara vergi verirdilər. 1243-cü ildə Səlcuqlular Kösədağ döyüşündə Monqollara məğlub oldular. Ermənilərdə Səlcuqluların tabeliyindən çıxaraq Monqollara tabe oldular. Ancaq Məmlüklərin Monqolları məğlub etməsindən sonra Çukurova bölgəsi Məmlük dövlətinin tabeliyinə keçdi.

Monqolların yürüşü sırasında Anadoluya Xorasandan və Azərbaycandan çoxlu sayda oğuz türkü gəldi. Bu türklər Üçox və Bozox qəbilələri idi. Türklərin bir qismi Hülakü xanAbaqa xanın dövründə Bizans sərhədlərinə köçürüldü, digər hissəsi isə Məmlük dövlətinə sığındı. Məmlük sultanı Baybars türkləri Antakyadan Qəzzəyə qədər bölgəyə onları köçürmüşdür. Tarsus və Adana bölgələrinə köçürülən türkmənlərin çoxu Oğuzların Uçox boyuna mənsub idi. Uçox boyunun ən böyük boyları Yüreğir, Qınıq, Bayandur, Salur, İğdır idi.

Məmlüklərin dövründə Ramazanoğulları

[redaktə | mənbəni redaktə et]

Zülqədəroğulları bəyliyinin qurucusu Zeynəddin Qaraca bəy 10 yanvar 1353-cü ildə Qahirədə öldürüldükdən sonra yerinə Yüreğir tayfasından Ramazan bəy Çukurovaya hakim təyin edilmişdir. Bu tarixdən etibarən Ramazanoğulları bəyliyi yaranmışdı. 1354-cü ildə adı bilinməyən, Ramazanoğulları sülaləsindən bir bəy 1000 ədəd hədiyyə atla Qahirəyə qədər getmiş və Türkmən bəyliyi adını almışdı. Güman edilir ki, Ramazan bəy 1354-cü ildən əvvəl ölmüşdür. Türkmən bəyi adını alan bəyin İbrahim bəyin olduğu düşünülür. İbrahim bəyin bəyliyindən razı olmayan Zülqədəroğulları bəyi Zeynəddin Qaraca bəyin oğlu Xəlil bəy və ona bağlı bozoxlar ilk öncə bu vəziyyətlə razılaşmasalarda sonradan tabe olmuşlar. Türkmənlərin köməyi ilə Məmlüklər 1360-cı ildə Adana ətrafını ələ keçirdilər. İbrahim bəy 1383-cü ildə Adana hakimi təyin edilir.

Məmlüklər 1378-ci ildə Əlbistan hakimi Xəlil bəy Zülqədərin yerinə Mübarəkşah əl-Tazini təyin edir. Xəlil bəy bu dəyişikliyə razı olmadı. Yeni hakimin ordusu ilə döyüşə çıxdı. Ancaq sonralar sui-qəsd nəticəsində öldürüldü. İbrahim bəy Ramazanoğlu bu hadisədə Zülqədərliləri dəstəklədi və müstəqilliyini elan etdi. Şam hakimi Çoltamur və Hələb hakimi Teymurbəy Ramazanoğullarını cəzalandırmaq üçün Adanaya daxil oldu. Çoxlu sayda əsirlə geri qayıtdılar. Bu hadisədən sonra tez bir zamanda özlərini toparlayan türkmənlər, Qurdqulağı adlanan yerin şərqində, Payas-Misis yolu üzərində Məmlük ordusunu tələyə saldılar və çoxlu qənimət əldə etdilər.

1381-ci ildə Xəlil bəy Zülqədərdən sonra ilk hədəf İbrahim bəy Ramazanoğlu idi. Məmlüklər tərəfindən Hələb hakimi təyin edilən Yelboğa əl-Nasiri Osmaniyə bölgəsində yaşayan qınıqlarla Adana bölgəsində yaşayan Yüreğirlərin arasını vurdu. Yeni hakim ordusu ilə Amik düzənliyindən Misisə qədər gəldi. Məmlüklərin gəldiyini eşidən İbrahim bəy ordusu ilə dağlara çəkildi. Məmlüklər Sis hakimi İbrahim bəyi, qardaşı Qara Məhəmmədi və anasını əsir aldı. Yel Boğa Sisə gələrək əsirlərin hamısını öldürdü. Yel Boğa geri dönərkən basqına uğradı. Yel boğa gözündən yaralandı. Çoxlu sayda Məmlük sərkərdəsi öldürüldü.

Ramazanoğlu İbrahim bəydən sonra hakimiyyətə Birecik hakimi olan qardaşı Şəhabəddin Əhməd bəy Ramazanoğlu gəldi. 1399-cu ildə Sultan Bərkukun ölümündən sonra hakimiyyətə gələn Sultan Fərəcin uşaq olması və vilayət hakimləri ilə daima mübarizə aparması Çukurova bölgəsində türkmənlərin rahat hərəkət etməsinə şərait yaratmışdı. 1401-ci ildə Əhməd bəy və müttəfiqləri Hələb şəhərinə hücum etmiş və çoxlu sayda düşmən əsgəri öldürmüşdür. Həmin il Əmir Teymurun ordusunun Hələbdən ayrılması ilə bura hücum edən Suriya əmiri Nuayr bin Xəyyarın ordusuna qarşı Hələb hakimi Dəmirdaş Şəhabəddin Əhməd bəy Ramazanoğludən kömək istəmişdi. Hələbə gəlib düşməni məğlub edən Əhməd bəy böyük ad-san qazandı. Sultan Fərəc tərəfindən təltif edildi. Şam hakimi Tanrıverdi, Hələb hakimi Dəmirdaşla birlikdə Sultan Fərəcə qaşrı üsyanda iştirak etdi. 17 dekabr 1402-ci ildə Məmlük sərkərdəsi Tokmaka məğlub olan hakimlər Adanaya çəkildilər. Dəmirdaş bağışlanaraq Liviya valiliyinə göndərildi. Tanrıverdi isə 1 ilə yaxın Adanada qaldı.

Dəmirdaş 1404-cu ildə Tokmakın yerinə Hələbə hakim təyin edildiyi vaxt həbsdə olan Əmir Çəkimi yanına gətizdirir. Dəmirdaş Hələbdə Türkmənlərə məğlub olanda fürsətdən istifadə edim Çəkim Antakyadakı Doğancıoğlu türkmənlərin yanına qaçır. Dəmirdaş Əmir Qorxmazı Əhməd bəyin yanında göndərərək kömək istədi. Aralarında ixtilaflar olan Əli bəy Zülqədər ilə Əhməd bəyi barışdırdı. Hələb hakimi Dəmirdaşın, Əli bəy Zülqədərin və Əhməd bəy Ramazanoğlunun qüvvələri qarşısında dayana bilməyən Əmir Çəkim və Doğancıoğlu qüvvələri Antakyaya sığındılar. Sultan Fərəcdən Əmir Çəkimin bağışlanmasına dair əmri alan Əhməd bəy Adanaya geri döndü. Sonralar Hələb hakimi olan və Məmlüklərin hökmdarı olmaq xülyasına düşən Əmir Çəkim 1407-ci ildə Ağqoyunlular tərəfindən öldürüldü. .

Ramazanoğlu Əhməd bəy 1408-ci ildə Şam hakimi Şeyx ilə Əmir Çəkim tərəfdarı Novruz arasındaki ixtilaflarda Şeyxi dəstəklədi. Şeyx, Amik düzənliyində Əhməd bəyi Antakyaya göndərdi. Əhməd bəy, Antakyada Novruzu tutdu. Doğancıoğlu isə ailəsi ilə birlikdə qaçmışdı. Əhməd bəy bilinməyən səbəblərdən yolda Novruzu sərbəst buraxır. Ardından Sultan Fərəc tərəfindən göndərilmiş çoxlu sayda hədiyyəni qəbul edir və 1401-cu ildə qızını Sultan Fərəcə göndərir. Ancaq nikah diplomatiyası gözlənilən nəticəni vermədi. 1412-ci ildə Sultan Fərəc Şam yaxınlığında öldürüldü və Şam hakimi Əmir Şeyx Məmlük sultanı oldu.

Şəhabəddin Əhməd bəy 1417-ci ildə öldü. Məmlük tarixçiləri onun haqqında çox cəsur, güclü bir şəxs olduğunu yazır. Onun zamanında Ramazanoğulları ən parlaq dövrü idi. Onun hakimiyyəti dövründə Adana, Misis, Ayas və Kozan (Sis) bölgələri də Ramanzanoğullarının tabeliyinə keçdi. Əhməd bəyin ölümündən sonra oğulları arasında hakimiyyət üçün çəkişmələr başlamışdı. Ancaq, İbrahim bəy qardaşlarını məğlub edərək Sarıməddin İbrahim bəy adı ilə hakimiyyətə gəldi.

1417-ci ildə Məmlük sultanı Şeyx Müəyyən ordusu ilə Çukurova bölgəsinə yürüşə çıxdı. Sultanın ordusu Humusa yaxınlaşanda Ramazanoğulları və Özəroğulları böyük elçi dəstəsi ilə sultanın yanına getdi və bağışlanmalarını istədi. Nəyə görə bağışlanmalarını istəməsi məlum deyil. Sultan Ramazanoğlunu hədiyyələr verərək geri göndərdi. Şeyxin hücumunun əsas səbəbi Tarsus və Malatya kimi hakimiyyətdən çıxmış bölgələri yenidən zəbt etmək idi.

1418-ci ildə Qaramanoğlu bəyi II Damad Bəngi Əlaəddin Əli bəyin təsiri ilə Ramazanoğlu İbrahim bəy sultana qarşı çıxdı. Elə həmin il İbrahim bəyin yerinə Adana hakimliyinə və Türkmən bəyliyinə qardaşı İzzəddin Həmzə bəy təyin edildi. Ancaq, real hakimiyyət Sarıməddin İbrahim bəydə qalırdı.

İbrahim bəy anasını Qahirəyə göndərərək bağışlanmasını istədi. Ancaq anası heç bir etimad görmədi və geri dönməsinə icazə verilmədi. Bu sırada Qaramanlılar Tarsusu yenidən tutmuşdular. Məmlük sultanı Tənbəyin rəhbərliyi ilə bir ordu göndərdi. Amik yaxınlığında bu orduya Ramazanoğlu Həmzə bəy və Özəroğulları birləşdi. 1419-cu ilin may-iyun aylarında Misis, Adana və Tarsus tutulmuşdu. Adananın şimalında Qaramanoğlu Məhəmməd bəyin oğlu Mustafa bəyin və İbrahim bəyin qüvvələri məğlub edildi. Tənbəy bin Malik Müəyyən isə Kayseri, Niğde şəhərlərini ələ keçirib 1419-cu ildə Hələbə döndü.

Məhəmməd bəy Qaramanoğlu Sultan ordusunun Hələbə dönməsindən istifadə edərək Kayserini mühasirəyə aldı. Kayseri hakimi təyin edilmiş Nəsirəddin Məhəmməd bəy Qaramanoğullarını məğlub edərək Məhəmməd bəyi ələ keçirdi və Qahirəyə yola saldı. Qaramanoğlu Məhəmməd bəy 1421-ci ilə qədər Qahirədə qaldı.

1427-ci ildə Məmlük sultanı Sultan Baybars Əmir Şadı bəyi II İbrahim bəy Qaramanoğlunun yanına göndərərək İbrahim bəy Ramazanoğlunun təslim edilməsini istədi. İbrahim bəy Qaramanoğlu İbrahim bəy Ramazanoğlunu və ailəsini sultanın elçilərinə təhvil verdi. Fürsətdən istifadə edərək Məhəmməd bəy Ramazanoğlu Qahirəyə gələrək qardaşından sultana şikayət etdi. Sultan 15 dekabr 1427-ci il tarixində İbrahim bəy Ramazanoğlunu edam etdirdi və Məhəmməd bəy Ramazanoğlunu Adana hakimliyinə göndərdi. Məhəmməd bəy Ramazanoğlu Məmlüklərə bağlılığını göstərmək məqsədilə tez-tez Qahirəyə səfərlər etmişdi. Onun kimin tərəfindən öldürüldüyü barədə dəqiq məlumatlar yoxdur. Ondan sonra hakimiyyətə Əmir Əylük adında birinin Ramazanoğullarına başçılıq etdiyi məlumdur.

Əylük bəy Ramazanoğlu bəylik taxtında keçdikdən sonra Qahirəyə səfər edərək Varsak bəyi Musa bin Qaranın cəzalandırılmasını istədi. Sultan Çaxmaq Əylükün istədiyi qərarı verdi və Hələb hakiminə əmr göndərdi. Hələb hakiminin və Özəroğullarının hərbi yardımı ilə Əylük bəy Ramazanoğlu Varsak bəyi Musa bin Qaranın üstünə hərəkət etdi. Döyüşdə Əylük və Musa bin Qara öldürüldü. Əylükün ölümü ilə Ramazanoğullarına məxsus xeyli torpaqlar Varsakların əlinə keçdi.

1440-cı ildə hakimiyyətə Dündar bəy Ramazanoğlunun keçdiyi məlumdur. Dündar bəy Tarsusu II İbrahim bəy Qaramanoğludan geri almaq üçün Məmlüklərlə birləşdi. Dündar bəydən sonra hakimiyyətə Həsən bəy Ramazanoğlu, Qazi bəy RamazanoğluÖmər bəy Ramazanoğlu keçdi.

Ömər bəy Ramazanoğlunun hakimiyyət dövrü çox mürəkkəb bir siyasi vəziyyətə təsadüf edir. Belə ki, Osmanlı dövləti yüksəlməkdə və artıq Çukurova bölgəsi üçün təhlükə törətməkdə idi. Məmlüklərlə Osmanlılar arasında mübarizə qızışmaqda idi. Şahsuvar bəy Zülqədər Osmanlıların köməyi ilə qardaşı Şahbudaq bəy Zülqədəri məğlub edərək bəylik taxtını ələ keçirmişdi. Məmlüklər Şahbudaq bəyin qisasını almaq üçün Bərdi bəyin rəhbərliyində ordu göndərsədə Zülqədərlilər bu ordunu məğlub edirlər. Bu mübarizədə Ramazanoğulları Məmlüklərin tərəfində idi. Belə ki, onlar Məmlük sərkərdəsini ölümdən qurtarmışdı. Şahsuvar bəy Züqədərlə Ömər bəy Ramazanoğlu arasında münaqişədə torpaqlar dayanmadan əl dəyişirdi. Sonda Məmlük sərkərdəsi Yasbəyin tərəfindən Şahsuvar bəy Zülqədər və qardaşları həbs edilərək Qahirəyə göndərildi və orada öldürüldü.

Osmanlılar dövründə Ramazanoğulları

[redaktə | mənbəni redaktə et]

Ömər bəy Osmanlıların Adananı tutmasına qədər hakimiyyət sürdü. Əsir alınaraq II İldırım Bəyazidin yanına göndərildi. Ömər bəydən sonra bəylik taxtına Xəlil bəy keçdi. 30 illik hakimiyyəti dövründə o həm Məmlüklərlə, həm də Osmanlılarla dostluq münasibətini saxlamağa çalışırdı.. Qaraman bəyliyinin Osmanlıların tərkibinə keçməsindən sonra Turqutoğulları Ramazanoğulları torpaqlarına hücum etdi. Xəlil bəy onları məğlub etdi. Qiyasəddin Xəlil bəydən sonra hakimiyyətə Mahmud bəy keçdi. Mahmud bəydə xələfinin siyasətini davam etdirdi. Onun bu siyasətindən narazı olan Məmlüklər onun yerinə Səlim bəyi Adanaya hakim təyin etdi. Mahmud bəy Osmanlı sultanı I Səlimdən kömək istədi. 1516-cı ildə Sultan I Səlimin Misir səfərində Mahmud bəy Ramazanoğluda onun yanında idi. Osmanlıların qələbəsi ilə başa çatan Mərcidəbik döyüşündən sonra Mahmud bəy keçmiş bəyliyinə qaytarıldı. Ridaniyə döyüşündən sonra Məmlük sultanı Tomanbayın göndərdiyi sui-qəsdçilər tərəfindən Sədrəzəm Sinan Paşa ilə birlikdə Mahmud bəy Ramazanoğluda öldürüldü.

Mahmud bəyin cənazəsini Hələbə göndərən Sultan I Səlim bəyliyin başına Qubad bəy Ramazanoğlunu təyin etdi. Ancaq baş verən qarışıqlıq sonrası Çukurova hakimliyi Piri bəyə, Adana hakimliyi Qubad bəyə qalmışdı. Bu vəziyyət 1519-cu ildə Piri bəyin hakimiyyəti tam ələ keçirməsi ilə sona çatmışdı.

Ramazanoğulları bəyliyinin sona çatması

[redaktə | mənbəni redaktə et]

Piri bəydən sonra bəylik taxtına kiçik oğlu Dərvis bəy keçdi. O, əvvəllər Tarsus sancağı idi. 6 ay davam edən bəylikdən sonra 1569-cu ildə əvəzinə Sis sancaqbəyisi İbrahim bəy təyin edildi. Heç bir fəaliyyəti ilə yadda qalmayan İbrahim bəy 1580-cı ildə öldü və yerinə oğlu İsmayıl bəy gəldi. 1595-ci ildən etibarən bəyliyə sonuncu bəy Pir Mənsur bəy Ramazanoğlu gəldi. 1609-cu ildə Pir Mənsur bəyin istəyi üzərinə Ramazanoğulları bəyliyi ləğv edilərək torpaqları HələbəKipr sancaqlığına birləşdirildi. Sonralar bu torpaqlarda Adana sancaqlığı qurulmuş və sancaqlığın mərkəzi Adana şəhəri olmuşdur.

Ramazanoğullarının varisləri

[redaktə | mənbəni redaktə et]

Ramazanoğulları bəyləri

[redaktə | mənbəni redaktə et]
Bəyin adı Bəylik tarixi Qeydlər
Ramazan bəy Yüreğir 1352–1353 Bəyliyin qurucusu
İbrahim bəy Ramazanoğlu 1354–1383
Şəhabəddin Əhməd bəy Ramazanoğlu 1383–1416
II İbrahim bəy Ramazanoğlu 1416–1418
Izzəddin Həmzə bəy Ramazanoğlu 1418–1426
Məhəmməd bəy Ramazanoğlu 1426–1435
Əylük bəy Ramazanoğlu 1435–1439
Dündar bəy Ramazanoğlu 1439–1470
Ömər bəy Ramazanoğlu 1470–1485
Qiyasəddin Xəlil bəy Ramazanoğlu 1485–1510 Osmanlılardan vassal asılılığı qəbul etmişdi
Mahmud bəy Ramazanoğlu 1510–1514, 1516–1517
Səlim bəy Ramazanoğlu 1514–1516
Qubad paşa Ramazanoğlu 1517–1520
Pir Məhəmməd paşa Ramazanoğlu 1520–1568
Dərviş bəy Ramazanoğlu 1568–1569
III İbrahim bəy Ramazanoğlu 1569–1589
II Məhəmməd bəy Ramazanoğlu 1589–1594
Pir Mənsur bəy Ramazanoğlu 1594–1608 Sonuncu bəy
  • Cüneyt Kanat, "Memlükler ve Çukurova", İstanbul, 2000, s-101.
  • Faruk Sumer, "Ramazan oğulları", İA, c. IX, s-613.
  • Enver Kartekin, "Ramazanoğulları beyliği tarihi, İstanbul, 1979
  • Faruk Sümer, "Çukurova tarihine dair araştırmalar".