Ramazan

Vikipediya, azad ensiklopediya
(Ramazan ayı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İslam təqvimi

   1. Məhərrəm
   2. Səfər
   3. Rəbiüləvvəl
   4. Rəbiülaxır
   5. Cəmadiyələvvəl
   6. Cəmadiyəlaxır
   7. Rəcəb
   8. Şaban
   9. Ramazan
   10. Şəvval
   11. Zilqədə
   12. Zilhiccə


Bu gün: Çərşənbə
18 Cəmadiyələvvəl 1446 h. q.


VikisitatTarix çevirmə

İranda bir iftar süfrəsi

RamazanHicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir.[1] Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır.[2]

Ramazan ayının fəzilətləri və bərəkətləri

[redaktə | mənbəni redaktə et]

İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.

İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində söylədiyi xütbələrdən birində bu ayın əhəmiyyəti haqqında belə buyurmuşdur:

"Ey insanlar! Allahın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allahın nəzərində bu ay ən bərəkətli aydır, gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda sizlər Allahın verdiyi ziyafətə qonaq edilmiş, kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz qəbul olunur. Allah dualarınızı müstəcab edir. Allahdan təmiz ürəklə, saf niyyətlə diləyin ki, bu ayda oruc tutmağı cə Qurani-Kərimiz tilavətini sizə nəsib etsin. Çünki Allahın rəhmətinin ümman kimi dolub daşdığı bu ayda Onun mərhəmət və bağışlamasından məhrum olan insan bədbəxtdir…"

Bu sözlərdən sonra Rəsuli-Əkrəm bu ayda ehtiyacı olanlara sədəqə paylamağı, böyüklərə ehtiram göstərməyi, kiçiklərə məhəbbətlə yanaşmağı, qohum-qardaşdan xəbər tutmağı, dil, göz və qulağı günahlardan qorumağı, yetimlərə nəvaziş göstərməyi, günahlardan tövbə etməyi, davamlı olaraq dua etməyi (xüsusilə namaz vaxtlarında) təkidlə tövsiyə etdi.

Daha sonra İslam Peyğəmbəri (s) oruc tutanların başqalarına iftar verməsinin əhəmiyyəti barədə danışdı, hətta bildirdi ki, imkanı olmayan adamlar, heç olmasa, bir xurma dənəsi, yaxud bir içim su ilə bu xeyir işdə iştirak edə bilərlər.

Məhəmməd Peyğəmbər (s) öz xütbəsinin sonunda buyurdu:

"Ey insanlar! Bu ay behişt qapıları üzünüzə açıqdır. Dua edib Allahdan istəyin ki, bu qapıları üzünüzə bağlamasın. Bu ayda Cəhənnəmin qapıları bağlıdır, ona görə də Allahdan diləyin ki, həmin qapıları üzünüzə açmasın! Şeytanlar bu ay zəncirlənmişlər, Allahdan istəyin ki onların sizə ağalıq etməsinə imkan verməsin!".

Möminlərin əmiri İmam Əli (ə) buyurdu:

"Ya Rəsuləllah, bu ayda ən yaxşı əməl hansıdır?"

Buyurdu:

"Özünü günahlardan qorumaq!".

Xoşbəxt insanlar o kəslərdir ki, bu ayın ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, həmçinin bu ayın ibadətləri və orucu sayəsində özlərinin mənəvi və maddi problemlərini həll edirlər. Əlbəttə, mübarək Ramazan ayının maddi və mənəvi bərəkətlərindən, onun savablarından daha yaxşı bəhrələnmək üçün yalnız oruc tutmaqla kifayətlənmək olmaz, əksinə, günahlardan uzaq olmaq, özünü islah edərək mənəviyyata zidd əməllərdən kənar durmaq lazımdır.

İlahi! Bizim hamımıza dəstək və yardımçı ol. Öz lütf və mərhəmətinə yaxınlaşdır.


Ramazan ayı on dörd məsumun həyatında

[redaktə | mənbəni redaktə et]
ON DÖRD MƏSUM
Adı
1 Məhəmməd Peyğəmbər
2 Fatimeyi-Zəhra
3 İmam Əli

(1-ci imam)

4 İmam Həsən

(2-ci imam)

5 İmam Hüseyn

(3-cü imam)

6 İmam Səccad

(4-cü imam)

7 İmam Baqir

(5-ci imam)

8 İmam Cəfər Sadiq

(6-cı imam)

9 İmam Kazım

(7-ci imam)

10 İmam Rza

(8-ci imam)

11 İmam Cavad

(9-cu imam)

12 İmam Nəqi

(10-cu imam)

13 İmam Həsən Əskəri

(11-ci imam)

14 İmam Mehdi

(12-ci imam)

1. Mənəvi durumda dəyişiklik

[redaktə | mənbəni redaktə et]

Həzrət İmam Səccad (ə) haqqında belə nəql olunur ki, o, bu ayda büsbütün dua, ibadət, istiğfar və təkbirə qərq olurdu.

2. Müstəhəb namazlar

[redaktə | mənbəni redaktə et]

Müstəhəb və nafilə namazların qılınması əzəmətli imamlarınız (ə) üçün adi və gündəlik bir iş olduğuna baxmayaraq, Ramazan ayında ikiqat əhəmiyyət kəsb edirdi. Belə ki, mübarək Ramazan ayında, eləcə də Qədr gecələrində onlar xüsusi namazlar qılırdılar.

3. Quran tilavəti

[redaktə | mənbəni redaktə et]

Məsus imamlar (ə) mübarək Ramazan ayında Quran tilavətinə xüsusi diqqətlə yanaşmışlar. Həzrət İmam Səccad (ə) barəsində belə nəql olunmuşdur ki, o, mübarək ayda Qurani-Kərimi 40 dəfə oxuyub başa çatdırarmış.

4. Dua və ibadət

[redaktə | mənbəni redaktə et]

Məsum imamlardan (ə) mübarək Ramazan ayı ilə bağlı xüsusi dualar gəlin çatmışdır ki, onların yalnız adlarını çəkməklə kifatətlənirik:

  • Mübarək ayda Ayı görən zaman oxunan dua.
  • Mübarək Ramazan ayı daxil olduğu zaman Peyğəmbərin (s) oxuduğu dua.
  • Peyğəmbərin 1-ci gecə etdiyi dua.
  • Əbu Həmzə səmalinin hər gecə etdiyi dua.
  • Səhər duası.
  • "Səhifeye-Səccadiyyə"nin 1-ci duası.
  • İftar duası.
  • İmam Səccadın (ə) 19-cu və 21-ci gecələrdə etdiyi dualar.
  • Məhəmməd Peyğəmbərin (s), İmam Baqiri (ə), İmam Sadiqin (ə) və İmam Kazımın (ə) mübarək Ramazan ayında etdiyi dualar.
  • Məhəmməd Peyğəmbərin (s) və İmam Səccadın (ə) 27-ci gecə etdiyi dualar.
  • Məhəmməd Peyğəmbərin (s) hər ayın sonuncu gecəsində etdiyi dua.
  • Mübarək Ramazan ayı ilə vidalaşma duası.

5. Qədr gecələrində əhya saxlamaq

[redaktə | mənbəni redaktə et]

Məsumlar (ə) Qədr gecələri oyaq qalardılar. Nəinki təkcə özləri yatmaz, həm də ailə üzvlərini və övladlarını da bu gecə əhya saxlayıb ibadət etməyə təşviq edirdilər. Belə rəvayət olunur ki, İslam Peyğəmbəri (s) ayın 23-cü gecəsində ailə üzvləri içərisində yatmış olanları yuxudan oyadar, bunun üçün üzlərinə su da çiləyərdi.

Həzrət Fatimeyi-Zəhra (ə) da həmin gecə övladlarından heç birini yuxuya getməyə qoymazdı. Gündüzdən az yemək, bir qədər istirahət etməklə onları gecəyə hazırlayar və buyurardı ki, bu gecənin xeyrindən məhrum olan şəxs, həqiqətən, məhrumdur.

6. İftarın ədəb qaydaları

[redaktə | mənbəni redaktə et]

İmam Sadiq (ə) buyurur ki, Məhəmməd Peyğəmbər (s) iftar vaxtı bu duanı oxuyardı:

"Allahım, Sənin üçün oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar etdik, odur ki, onu bizdən qəbul et"

Peyğəmbər (s) imkan daxilində halva, xurma kimi şirin şeylərlə, bunlar olmadıqda isı ilıq su ilə iftar edərdi.

7. Səhər və iftar vaxtlarında Qədr surəsi oxumaq

[redaktə | mənbəni redaktə et]

Qədr surəsi

8. İftar vermək

[redaktə | mənbəni redaktə et]

İmam Sadiqdən (ə) belə rəvayət olunur: Həzrət İmam Səccad (ə) oruc tutduğu zaman göstəriş verərdi ki, bir qoyun kəsilsin, əti doğranıb qazana tökülsün. Həzrət (ə) qürub vaxtı yemək bişən qazanlara yaxınlaşıb ağzı oruc halda xörəyi qoxlayar və buyurardı:

"Kasaları gətirin, bu kasaya filankəs üçün, o birisinə isə filankəs üçün yemək çəkin!".

Beləcə bozbaşın hamısını kasalara doldurtdurar, xörək qutarandan sonra isə özü xurma və çörəklə iftar edərdi.

9. Yoxsullara yardım etmək

[redaktə | mənbəni redaktə et]

İbn Abbas deyir: "Ramazan ayı girəndə hər hansı bir xahişlə Peyğəmbərə (s) üz tutan insanların istəyi yerinə yetirilirdi".

Həzrət İmam Səccad (ə) haqqında isə belə nəql olunur ki, o, Ramazan ayının hər günü sədəqə paylayardı.

Məhəmməd Peyğəmbər (s) mübarək Ramazan ayının sonuncu ongünlüyündə hər gecə qüsl edərdi.

11. Ramazan ayı ilə vidalaşma

[redaktə | mənbəni redaktə et]

Cabir ibn Abdullah Ənsari belə nəql edir ki, Ramazan ayının cümə günündə Məhəmməd Peyğəmbərin (s) yanına getdim. Onun gözü mənə sataşanda buyurdu:

"Ey Cabir, bu cümə Ramazan ayının sonudur, odur ki, onunla vidalaş və de:".

اللهم لا تجعله آخر العهد من صيامنا اياه، فان جعلته

فاجعلني مرحوما، و لا تجعلنی محروما

"Allahım, bu Ramazanı bizim üçün axırıncı orucluq ayı etmə. Əgər buna qərar vermisənsə, bizə rəhm et və bizi Öz mərhəmətindən məhrum etmə".

Bunu deyən hər kəs iki yaxşılıqdan birinə nail olacaqdır: ya Allah ona ömür nəsib edəcək və o, gələn ilin Ramazan ayını qarşılayacaq, ya da Allahın mərhəmət və bağışlamasına layiq görüləcək.

Ali Məqamlı Rəhbərin Ramazan ayı ilə bağlı tövsiyələri

[redaktə | mənbəni redaktə et]

Quranı ayələrin mənası haqqında dərindən düşünərək oxumaq

[redaktə | mənbəni redaktə et]

Dostlar, çalışın heç vaxt, xüsusilə mübarək Ramazan ayında Quran tilavətini yaddan çıxarmayasınız. Quran sizin həyatınızdan qətiyyən kənarda qalmamalıdır. İmkan tapdıqca, hökmən, Quran oxuyun, Quranın tilavəti isə yalnız insanın oxuduğu ayələrin mənası haqqındadərindən düşündüyü zaman öz təsirini göstərir.

Allahın üstün və seçilmiş bəndələri üçün verdiyi ziyafət

[redaktə | mənbəni redaktə et]

Mübarək Ramazan ayının başlaması, əslində müsəlmanlar üçün böyük bayramdır. Yaxşı olar ki, möminlər Ramazanın gəlişi münasibətilə bir-birini təbrik etsinlər və bu aydan mümkün qədər çox faydalanmağı bir-birinə tövsiyə etsinlər. Ramazan Allahın ziyafət ayı olduğundan yalnız ilahi ziyafətə ayaq basmağa layiq olan mömin insanlar bu aya daxil olub Uca və Səxavətli Allahın süfrəsi arxasında otururlar. Bu Allahın Öz kərəmi sayəsində bütün insanlar, bəlkə, dünyadakı bütün varlıqlar üçün verdiyi və hər kəsin bəhrələndiyi ümumi nemətlər süfrəsindən fərqli bir süfrədir. Bu, Allahın üstün və seçilmiş bəndələri üçün üçılan xüssi bir süfrədir.

Ramazanda səmanın və Behiştin qapıları açıqdır

[redaktə | mənbəni redaktə et]

Rəvayətlərdə yazılıb ki, Ramazan ayında səmanın qapıları açıq olur, yəni digər aylarla müqayisədə bu ayda insanların Allaha qəlbən yaxınlaşması daha asandır. Rəvayətlərdə bu da var ki, Ramazan ayında Behiştin qapıları açıq olur, yəni orucluğun bərəkəti, bu ayda diqqətini Allaha yönəldib Rəbbi qarşısında itaətkarcasına təslim olmaq sayəsində insanın xeyir işlər görməsi üçün gözəl fürsət və mənəvi güc yaranır.

Nafilə namazları qılmaq

[redaktə | mənbəni redaktə et]

Gün ərzində və gecələr qılınan namazlar üçün tövsiyə olunmuş 34 rükətlik nafilə namazları olduqca qiymətlidir. Ramazan ayı bu namazların qılınması üçün gözəl bir fürsətdir.

Ayın əvvəlinin sübut olunması

[redaktə | mənbəni redaktə et]

Ayın əvvəli bir neçə yolla sübuta yetirilir:

  1. İnsanın özü ayı görsə.
  2. Sözlərindən yəqin hasil olan bir neçə nəfər "ayı gördük" desələr, həmçinin yəqinlik hasil olan bir şey vasitəsilə.
  3. Şaban ayının əvvəlindən 30 gün keçmiş olsa, bunun vasitəsilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.
  4. İki adil (ədalətli) kişi "gecə ayı görmüşük" deyə xəbər versələr, amma ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, yaxud verdikləri şəhadət həqiqətin əksinə olsa (məsələn, "ayın dairəsi üfüq tərəfdən idi" deyə xəbər versələr) ayın əvvəli olması sübuta yetmir. Amma əgər bəzi xüsusiyyətləri ayırd etməkdə ixtilaflı olsalar (məsələn, biri " ay ucada idi" digəri isə "ay ucada deyildi" desə), onların deməsi ilə ayın əvvəli sübuta yetir.

Ramazan ayının əməlləri

[redaktə | mənbəni redaktə et]

İnsanların mənəvi-psixoloji tərbiyəsinə olduqca böyük təsirə malik olan bu əməllər 2 qrupa bölünür:

1. Mübarək Ramazan ayının müştərək əməlləridir, konkret gecəyə, yaxud günə aid deyil.

[redaktə | mənbəni redaktə et]

Bunlar özləri də 4 qismə bölünür:

[redaktə | mənbəni redaktə et]
  1. Mübarək ayın hər gecəsi və hər gündüzü yerinə yetirilən əməllər.
  2. Mübarək ayın gecələrinə aid olan əməllər.
  3. Bu ayın olduqca fəzilətli səhərlərinə aid olan əməllər.
  4. Mübarək ayın gündüzlərinə aid olan əməllər.
*Mübarək Ramazan ayında hər gecə və hər gündüz yerinə yetirilən əməllər
[redaktə | mənbəni redaktə et]
  1. Quran oxumaq
  2. Günün vacib namazlarından sonra aşağıdakı dualar oxunur:

یا علی یا عظيم يا غفور يا رحيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير و هذا شهر عظمته و كرمته و شرفته و فضلته على الشهور و هو الشهر الذي فرضت صيامه على و هو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدي و الفرقان و جعلت فيه ليلة القدر و جعلتها خيرا من ألف شهر فيا ذًا الن و لا يمن عليک من على بفکاک رقبتى من التيار فيمن تم عليه أدخلني الجنة برحمتك يا أرحم الراحمين

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fazzəltəhu ələş şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi onzəltə fiyhil Quran. Hudən linnasi və bəyyinatin min əl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fiymən təmunnu ələyh. Və ədxilnil-cənnətə. Birəhmətikə ya ərhəmər -rahimin.

Tərcüməsi: Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o, Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi!

اللهم أدخل على أهل القبور الشرور اللهم أغن كلّ فقير اللهم أشبع كل جائع اللهم اكس كل عريان الهم اقض دين كل مدين اللهم فرج عن كل مكروب اللهم الم ف كل أسير اللهم أصلح گل رد كل غريب ال لهم فاسد من أمور المسلمين اللهم اشف كل مريض ال لهم شد فقرنا بغناك اللهم غير سوء حالنا بحسن حالک اللهم اقض عنا الدين و أغتنا من الفقر إنك على كل شيء قدير

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cai Əllahumməksu kullə uryan. Əllahumməqzsi dəynə kalli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahum məşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəynə və əğnina minəl-fəqr. İnnəkə əla kulli şəy'in qədir.

Tərcüməsi: Allahım, qəbiristan əhlinə şadlıq verib, onları sevindir. Allahım, bütün kasıb və yoxsulları dövlətli et. Allahım, bütün acları doyuzdur. Allahım, paltarı olmayan bütün yoxsulları geyindir. Allahım, bütün borcluların borclarını ödə. Allahım, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. Allahım, bütün qəribləri öz vətənlərinə qaytar. Allahım, bütün əsirləri əsirlikdən qurtar. Allahım, möminlərin işlərinin fasidlərini islah et. Allahım, bütün xəstələrə şəfa ver. Allahım, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. Allahım, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. Allahım, bizim borclarımızı ödə və biza yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən!

*Mübarək Ramazan ayının gecələrinə aid olan əməllər
[redaktə | mənbəni redaktə et]

1. İftar vaxtlarında Məsumlardan (ə) gəlib çatan kiçik həcmli duaları oxumaq:

ال لهم لك مت، وعلى رزقک افطرت، وعلیک

توكلت. يا واسع المغفرة اغفر لي

Oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu. Ya vasiəl məğfirəti iğfirli.

Tərcümə: Allahım, Sənin üçün oruc tutdum va Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allah, məni bağışla.

2. İftar vaxtı "Qədr" surəsini oxumağın böyük mükafatı vardır.

3. İftar vaxtı dua etmək də çox yaxşıdır. Rəvayətdə deyilir ki, Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutan şəxsin hər iftar zamanında etdiyi bir dua müstəcab olar".

4. Ramazan əyinin hər gecəsində "İftitah" duasını oxumaq.

5. Hər gecəyə aid olan xüsusi namazı qılmaq.

*Ramazan ayının olduqca fəzilətli səhərlərinə məxsus əməllər
[redaktə | mənbəni redaktə et]

1. Səhər yeməyini yemək. Məhəmməd Peyğəmbərdən (s) belə bir rəvayət gəlmişdir ki, səhər yeməklərini tərk etməyin. Hətta bir xurma da olsa belə yeyin.

2. Səhər yeməyini yeyərkən Qədr surəsini oxumaq.

3. Səhər duasını oxumaq.

*Mübarək Ramazan ayının gündüzlərinə məxsus olan əməllər
[redaktə | mənbəni redaktə et]

1. Mübarək Ramazan ayının müstəhəb əməllərindən biri Məhəmməd Peyğəmbərə (s) hər gün 100 dəfə salavat göndərməkdir. Bundan da artıq salavat göndərməyin fəziləti daha çoxdur.

2. Ramazan ayının gündüzlərinə məxsus olan duaları oxumaq ("Məfatihül-Cinan" kitabına müraciət oluna bilər).

2. Konkret gecələrə və gündüzlərə aid olan əməllərdir ki, bunlar üçün kifayət qədər savab və mükafatlar qeyd olunmuşdur.

[redaktə | mənbəni redaktə et]

Həmin əməllər bunlardır:

[redaktə | mənbəni redaktə et]
  • Ayın ilk gecəsi
  • Ayın ilk gündüzü
  • 13-cü gecə
  • 14-cü gecə
  • 15-ci gecə
  • Ramazan ayının yarıya çatdığı gün
  • 17-ci gecə
*Ramazan ayının 1-ci gecəsi
[redaktə | mənbəni redaktə et]
  1. Yeni doğmuş Ayın hilalını görmək üçün cəhd etmək; bəziləri bunu vacib (kifayi) hesab edirlər.
  2. Ayın birinci gecəsi qüsl etmək; bəzi rəva yətlərə görə müstəhəbdir.
  3. İmam Hüseyni (ə) ziyarət etmək, yaxud o Həzrətin (ə) ziyarətnaməsini oxumaq.
  4. Ayın birinci gecəsindən etibarən Ramazan ayının 1000 rükət namazının qılınmasına başlamaq
*Ramazan ayının birinci günü
[redaktə | mənbəni redaktə et]
  1. Qüsl etmək.
  2. Gülabla ətirlənmək.
  3. İki rükət namaz qılmaq: 1-ci rükətdə "Həmd" və "Fəth" surələrini, 2-ci rükətdə "Həmd" surəsini, ardınca isə istənilən bir surəni oxumaq.
  4. Ayın başlanması münasibətilə 2 rükət namaz qılıb, sədəqə vermək.
*Ramazan ayının 13-cü gecəsi
[redaktə | mənbəni redaktə et]

"Ləyali-bəyz"in (aydın gecələrin) birincisi olan bu gecədə üç əməlin yerinə yetirilməsi vacib buyurulmuşdur:

  1. Qüsl etmək.
  2. 4 rükət namaz qılmaq (arada hər 2 rükətdən sonra salamları demək şərtilə) və hər rükətdə 1 dəfə "Həmd", 25 dəfə "Tövhid" surəsini oxumaq.
  3. Rəcəb və Şaban aylarının 13-cü gecəsində də qılınan 2 rükətli namazı qılmaq. Hər rükətdə "Həmd" surəsindən sonra "Yasin", "Mülk" və "Tövhid" surələrini oxumaq.
  4. Ayın 13-cü, 14-cü və 15-ci gecələrində "Mücir" duasını oxumaq.
*Ramazan ayının 14-cü gecəsi
[redaktə | mənbəni redaktə et]

Bu gecə eynilə 13-cü gecə üçün şərh edilən qaydada 4 rükət namaz qılınır (arada hər 2 rükətdən bir salamları demək şərtilə).

*Ramazan ayının 15-ci gecəsi
[redaktə | mənbəni redaktə et]

Bu gecə çox dəyərli və fəzilətli gecələrdən biridir və onun üçün də bəzi əməllər nəzərdə tutulmuşdur:

  1. Qüsl etmək.
  2. 6 rükət namaz qılmaq (arada hər 2 rükətdən bir salamları demək şərtilə). Hər rükətdə "Həmd", "Yasin", "Mülk" və "Tövhid" surələri oxunmalıdır.
  3. 100 rükət namaz qılmaq. Hər rükətdə Həmd dən sonra on dəfə "İxlas" surəsi oxunmalıdır.
  4. İmam Hüseyni (ə) ziyarət etmək.
*Ramazan ayının yarıya çatdığı gün
[redaktə | mənbəni redaktə et]

Hicri tarixi ilə 3-cü ilin Ramazan ayının 15-i İmam Müctəbanın (ə) anadan olduğu gündür. Bəzi məlumatlara görə Imam Məhəmməd Təqinin (ə) təvəllüdü də hicri 195-ci ilin bu gününə təsadüf edir. Lakin bu məlumat o qədər də geniş yayılmamışdır

Hər halda, bu gün çox böyük fəziləti olan bir gündür, bu gündə sədəqə vermək, xeyir işlər görmək və yoxsullara yardım etməyin çoxlu mükafatı vardır.

*Ramazan ayının 17-ci gecəsi
[redaktə | mənbəni redaktə et]

Bu gecə çox mübarək bir gecədir. Bu gecə İslam peyğəmbəri (s) Bədr torpağında Qüreyş kafirlərindən ibarət bövük bir ordu ilə üz-üzə gəlmiş, 17-ci gün Bədr döyüşü baş vermiş və Allahın köməyi ilə İslam ordusu müşriklərə qalib gəlmişdir. Halbuki, bu döyüşdə müsəlmanlar həm sayca az olmuş, həm də çox az hərbi sursata malik olmuşlar. Bu qələbə İslam dininin ən böyük qələbələrindən biri hesab olunur. Ona görə də alimlər deyirlər ki, həmin gün qüsl etmək, sədəqə vermək, Allaha şükür etmək müstəhəbdir. Ayın 17-ci gecəsi ibadət etməyin də saysız-hesabsız fəzilətləri vardır.

Nafilə namazları

[redaktə | mənbəni redaktə et]

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 15 dəfə "İxlas" surəsi oxunur.

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 20 dəfə "Qədr" surəsi oxunur.

10 rükət (5 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur.

8 rükət (4 dəfə 2rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 20 dəfə "Qədr" surəsi oxunur.

2 rükət namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 50 dəfə İxlas" surəsi oxunur. Namazın salamından sonra isə 100 dəfə salavat deyilir.

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 1 dəfə "Mülk" surəsi oxunur.

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 13 dəfə "Qədr" surəsi oxunur.

2 rükət namaz. Hər rükət də "Fatihə" surəsindən sonra 10 dəfə İxlas" surəsi oxunur. Namazın salamından sonra isə 1000 dəfə "Subhanallah" zikri deyilir.

Şam namazı və İşa namazı arasında 6 rükət (3 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 7 dəfə "Ayətül-kürsü" oxunur. Bundan sonra isə 50 dəfə salavat deyilir.

20 (10 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 30 dəfə "İxlas" surəsi oxunur.

2 rükət namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 20 dəfə "Kövsər" surəsi oxunur.

8 rükət (4 dəfə 2rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 30 dəfə "Qədr" surəsi oxunur.

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 30 dəfə "Qədr" surəsi oxunur.

6 rükət (3 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 30 dəfə "Zəlzələ surəsi oxunur.

4 rükət (2 dəfə 2 rükətli) namaz. 1-ci 2 rükətdə "Fatihə" surəsindən sonra 100 dəfə "İxlas" surəsi oxunur. 2-ci 2 rükətdə isə "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur.

12 rükət (6 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 12 dəfə "Təkasur" surəsi oxunur.

2 rükət namaz. 1-ci rükətdə "Fatihə" surəsindən sonra istənilən surə, ikinci rükətdə isə 100 dəfə "İxlas" surəsi oxunur. Namazdan sonra isə 100 dəfə "La ilahə illallah" zikri deyilir.

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 25 dəfə "Kövsər" surəsi oxunur.

50 rükət (25 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 1 dəfə "Zəlzələ" surəsi oxunur.

20-ci gecədən 24-cü gecəyə qədər (20-ci, 21-ci, 22-ci, 23-cü və 24-cü gecələr)

[redaktə | mənbəni redaktə et]

Hər gecə 8 rükət (4 dəfə 2rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra istənilən surə oxuna bilər.

8 rükət (4 dəfə 2rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 10 dəfə "İxlas" surəsi oxunur.

8 rükət (4 dəfə 2rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 100 dəfə "İxlas" surəsi oxunur.

4 rükət (2 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 25 dəfə "İxlas" surəsi oxunur.

6 rükət (3 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 100 dəfə "Ayətül-kürsü", 100 dəfə "İxlas" və 100 dəfə "Kövsər" surəsi oxunur.

Namazdan sonra isə 100 dəfə salavat deyilir.

2 rükət namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 10 dəfə "İxlas" surəsi oxunur.

12 rükət (6 dəfə 2 rükətli) namaz. Hər rükətdə "Fatihə" surəsindən sonra 20 dəfə "İxlas" surəsi oxunur. Namaz dan sonra isə 100 dəfə salavat deyilir.

Ramazan ayının gündəlik duaları

[redaktə | mənbəni redaktə et]

Allah Qurani-Kərimin Ğafir surəsinin 60-cı ayəsində buyurur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim".

Həmçinin Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dua möminin silahıdır".

İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: "Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoxlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoxlu savab və fəziləti olan məxsus bir duanın olmasını buyurdu".

Həmin dualar aşağıdakılardan ibarətdir:

1-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعل صيامى فيه صيام الصائمين و قیامی فيه قيام القائمين و نبهني فيه عن نومة القافلين و هب الى جزمی فيه يا إله العالمين و اعف عني يا عافيا

عن المجرمين

Oxunuşu: Əllahumməc’əl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaiminn və nəbbihni fihi ən nəumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!

Tərcümə: Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaxud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaxud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuxusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!

2-ci günün duası

[redaktə | mənbəni redaktə et]

الله قرینی فيه إلى مرضاتک و جبنى فيه من سخطک و تقما تک و وفقني فيه لقراءة آیا تک

برحمتك يا أرحم الراحمين.

Oxunuşu: Əllahumə qərribni fihi ila mərzatik və cənnibni fihi min səxətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Tərcümə: Allahım, mən bu ayda öz razılığına yaxınlaşdır, məni bu ayda Öz qəzəb va intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oxumağa nail et, rəhmətin xatirinə ey mehribanların ən mehribanı!

3-cü günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم ارزقني فيه الذهن و التنبيه وباعدني فيه من الالهة و المويه و اجعل لى نصيبا من كل خير تنزل

فيه بجودگ يا أجود الأجودين

Oxunuşu: Əllahummərzuqni fihiz-zihnə vət-tənbih və ba’idni fihi minəs-səfahəti vət-təmvih vəc’əl li nəsibən min kulli xəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Tərcümə: Allahım, mənə bu ayda zehin itiliyi və ayıqılıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün xeyirlərdən bir pay ver, səxavətliliyinə xatir ey səxavətlilərin ən səxavətlisi!

4-cü günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم قوني فيه على إقامة أمرگ و أذقني فيه حلاوة ذكر و أوزعني فيه لأذاء شکرک بکرمک و احفظني فيه بحفظک و سترك يا أبصر الناظرين

Oxunuşu: Əllahummə qəvvini fihi əla iqaməti əmrikə və əziqni fihi həlavətə zikrikə və əuzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni fihi bihifzikə və sitrikə ya əbsərən-nazirin!

Tərcümə: Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver, mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükürünü yerinə yetirməyi mənə ilham et, kərəminə and verirəm, məni bu ayda nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!

5-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعلني فيه من المستغفرين و اجعلني فيه من عبادك الصالحين القانتين و اجعلني فيه من أولیائک

النقبين برأفتك يا أرحم الراحمين

Oxunuşu: Əllahumməc’əlni fihi minəl-mustəğfirin vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc’əlni fihi min övliyaikəl-muqərrəbin birə’fətikə ya ərhəmər-rahimin!

Tərcümə: Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et, məni bu ayda itaətkar və saleh bəndələrindən et, məni bu ayda yaxın övliyalarından et, mehribanlığına xatir ey mehribanların ən mehribanı!

6-cı günün duası

[redaktə | mənbəni redaktə et]

الله لا تخذلني فيه لنَرّض مغصیتک ولا تضرینی بساط نقمتک و زحزحنی فيه من موجبات سخطک

بمنک و أیادیک يا منتهى رغبة الراغبين.

Oxunuşu: Əllahummə la təxzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səxətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Tərcümə: Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətinə xatir, ey istəyənlərin istəklərinin sonu!

7-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم أعتى فيه على صيامه و قيامه و جنبني فيه من هفواته و آثامه و ارزقني فيه ذكرک بدوامه

بتوفيقک يا هادى المضلين.

Oxunuşu: Əllahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuq ni fihi zikrəkə bidəvamih bitövfiqikə ya hadiyəl-muzillin!

Tərcümə: Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onu günah və büdrəmələrindən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə xatir ey yolunu azmışların bələdçisi!

8-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم ارزقني فيه رَحُةّ الأيتام و إطعام الطعام وَ إفشاء السلام و صحبة الكرام بطولک یا ملجا

الآملين.

Oxunuşu: Əllahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və suhbətəl-kirami bitəulikə ya məlcəəl-amilin!

Tərcümə: Allahım, bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına xatir ey arzu edənlərin sığınacağı!

9-cu günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعل لي فيه نصيبا من رحمته الواسعة واهدني فيه لبراهين الساطعة و ځذ بناصيتي إلى ممرضات الجامعة بمحبتك يا أمل المشتاقين

Oxunuşu: Əllahumməc'əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburahinikəs-satiəti və xuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!

Tərcümə: Allahım, bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığa tərəf yönəlt, məhəbbətinə xatir ey həsrətini çəkənlərin arzusu!

10-cu günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعلني فيه من المتوكلين علیک و اجعلنی فيه من الفائزين لدیک و اجعلني فيه من المقربين

إِليک باحسانک يا غاية الطالبينَ.

Oxunuşu: Əllahumməc'əl fihi minəlmutəvəkkilinə ələykə vəc'əlni fihi minəlfaizinə lədəyk vəc'əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğayətət-talibin!

Tərcümə: Allahım, məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaxın olanlardan et, ehsanına xatir ey axtaranların hədəfi!

11-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم حبب إلى فيه الإحسان و كره إلي فيه الفوق و العصيان و حرم على فيه الخط و الثيران بعونک

يا غياث المستغيثين.

Oxunuşu: Əllahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səxətə vən-niran biəunikə ya ğiyasəl-mustəğisin!

Tərcümə: Allahım, ehsan və yaxşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et, yardım etməyinə xatir, ey kömək istəyənlərin dadına çatan!

12-ci günün duası

[redaktə | mənbəni redaktə et]

ال لهم زيني فيه بالستر وَ العفاف و استرني فيه بلباس القنوع و الكفاف و احملني فيه على العدل و الإنصاف و آمنى فيه من كل ما أخاف بعمتک یا عصمة الخائفين

Oxunuşu: Əllahummə zəyyinni fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfafi vəhmilni fihi ələl-ədli vəl-insafi və əminni fihi min kulli ma əxaf biismətikə ya ismətəl-xaifin!

Tərcümə: Allahım, məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorxduğum hər bir şeydən qoru və amanda saxla, qarumağına xatir ey qorxanları qoruyan!

13-cü günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم طهرني فيه من الدنس و الأقدار و بزنی فيه على كائنات الأقدار و وقني فيه للقى و صحبة

الأبرار بعؤنک يا قرة عين المساكين

Oxunuşu: Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biəunikə ya qurrətə əynil-məsakin!

Tərcümə: Allahım, məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pəhrizkar olmağa və yaxşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə xatir ey aciz qalmışların yeganə ümid yeri!

14-cü günün duası

[redaktə | mənbəni redaktə et]

ال لهم لا تاخذني فيه بالعترات و أقلنى فيه من الخطايا و الهفوات و لا تجعلني فيه غرضا ل لبلایا و

الآفات بعتک یا ع المسلمين.

Oxunuşu: Əllahummə la tuaxizni fihi bil-əsərat və əqlini fihi minəl-xətaya vəl həfəvat və la təc'əlni fihi ğərəzən libəlaya vəl-afat biizzətikə ya izzəl- muslimin!

Tərcümə: Allahım, məni bu ayda xəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə xatir ey müsəlmanların izzəti!

15-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم ارزقني فيه طاعة الخاشعين و اشرح فيه صدری بانانية المخبتين بأمانک يا أمان الخائفين.

Oxunuşu: Əllahummərzuqni fihi taətəl-xaşiin vəşrəh fihi sədri biinabətil-muxbitin biəmanikə ya əmanəl xaifin!

Tərcümə: Allahım, bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlnimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə xatir, ey qorxanların sığınacağı!

16-cı günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم وفقني فيه الموافقة الأبرار و جنی فیه مافقة الأشرار و آونی فيه برحمتك إلى في دار القرار بالهنک يا إله العالمين.

Oxunuşu: Əllahummə vəffiqni fihi limuvafəqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərar biilahiyyətikə ya ilahəl-aləmin!

Tərcümə: Allahım, mənə bu ayda yaxşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub durmaqdan uzaq et, rəhmətinə xatir məni rahatlıq evində yerləşdir, Allahlığına xatir ey aləmlərin Allahı!

17-ci günün duası

[redaktə | mənbəni redaktə et]

الله المدني فيه لصالح الأعمال و افض لي فيه الحوائج و الآمال يا من لا يحتاج إلى التفسير و السؤال یا عالما بما في دور العالمين صل على

محمد و آله الطاهرين

Oxunuşu: Əllahumməhdini fihi lisalihil-ə'mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-suali ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!

Tərcümə: Allahım, məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqların qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!

18-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم نبهني فيه لبركات أسحاره و نور فيه قلبی بضياء أنواره و خذ بكل أعضائي إلى اتباع آثاره بورک یا نور قلوب العارفينَ.

Oxunuşu: Əllahummə nəbbihni fihi libərəkati əsharih və nəvvir fihi qəlbi biziyai ənvarih və xuz bikulli ə'zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!

Tərcümə: Allahım, məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt, nuruna xatir ey ariflərin qəlblərini nurlandıran!

19-cu günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم وفر فيه حظى من بركاته و سهل سبيلي إلى خيراته و لا تحرمنی قبول حناته يا هاديا إلى الحق

المبين

Oxunuşu: Əllahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil ila xəyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!

Tərcümə: Allahım, bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaxşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaxşılıqlarından məhrum etmə, ey aşkar haqqa hidayət edən!

20-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم افتح لي فيه أبواب الجنان و أغلق عني فيه أبواب الثيران و وفقني فيه لتلاوة القرآن يا منزل

السَكيئة في قلوب المؤمنين

Oxunuşu: Əllahumməftəh fihi əbvadəl-cinani və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu'minin!

Tərcümə: Allahım, bu ayda cənnətin qapılarını mənim üzümə aç və cəhənnəmin qapılarını üzümə bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq nazil edən!

21-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعل لي فيه إلى مرضاتک دليلا و لا تجعل للشيطان فيه على سبيلا و اجعل الجنية الى منزلا و

مقيلا يا قاضى حوائج الطالبينَ.

Oxunuşu: Əllahummə'əl li fihi ila mərzatikə dəlilən və la təc'əl liş-şəytani fihi ələyyə sabilən vəc'əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicit-talibin!

Tərcümə: Allahım, mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et, ey istəyənlərin hacətini rəva edən!

22-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم افتح لي فيه أبواب فضلک و أنزل على فيه بركاتک و وفقني فيه لموجبات مرضاتک و أسکنی

فيه بحبوحات جناتک يا مجيب دعوة المضطرين.

Oxunuşu: Əllahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də'vətil-muztərrin!

Tərcümə: Allahım, bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir, ey sıxıntıda olanların duasını qəbul edən!

23-cü günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اغسلني فيه من الذنوب وطهرني فيه من العيوب و امتحن قلبي فيه بتقوى القلوب يا مقيل عثرات المذنبين

Oxunuşu: Əllahumməğsilni fihi minəz- zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!

Tərcümə: Allahım, məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pəhrizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!

24-cü günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم إني أسألك فيه ما يرضيک و أغو بک مما يؤدیگ و أسألك التوفيق فيه لأن أطیعک و لا

أغصیک يا جواد السائلينَ

Oxunuşu: Əllahummə əs'əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu'zikə və əs'əlukət-tofiqə fihi li ən utiəkə və la ə'siyəkə ya cəvadəs-sailin!

Tərcümə: Allahım, bu ayda mənim Sənə Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən sənə pənah gətirirəm, bu ayda Səndən mənim sənə itaət etməyimə və Sənə qarşı çıxmamağıma kömək göstərməyini diləyirəm, ey möhtaclara əta edən!

25-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعلني فيه محبا لأوليائک و معاديا لأغدانک مشتا بسنة خاتم أنبيائک یا عاصم قلوب النبيين.

Oxunuşu: Əllaumməc'əlni fihi muhibbən liəvliyaikə və muadiyən liə'daikə mustənnən bisunnəti xatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!

Tərcümə: Allahım, məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!

26-cı günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعل سُعبي فيه مشكورا و بی فيه مغفورا و عملى فيه مقبولا وَ عيبي فيه مستورا يا أسمع

السامعين.

Oxunuşu: Əllahumməc'əl sə'yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməəs-samiin!

Tərcümə: Allahım, mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!

27-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم ارزقني فيه فضل ليلة القدر و صبر أموری فيه من العشر إلى الیسر و اقبل معاذیری و ځط عنى

الذنب و الوزر يا روفا بعباده الصالحين.

Oxunuşu: Əllahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya raufən biibadihis-salihin!

Tərcümə: Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çatinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan ağır yükü və günahı tök, ey saleh bəndələrinə mehriban olan!

28-ci günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم وفر حظى فيه من النوافل و أكرمنى فيه بإحضار السائل و قرب فيه وسيلتي إليک من بين الرسائل يا من لا يشغله إلحاح الملحين

Oxunuşu: Əllahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin!

Tərcümə: Allahım, bu ayda mənim müstəhəb əməllərimdən olan payımı çoxalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içərisində Sənə tərəf olan vasitəmi yaxınlaşdır, ey o kəs ki, israr edənlərin israrı Onu digərlərinə nəzər yetirməkdən saxlamır!

29-cu günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم غشني فيه بالرحمة و ارقني فيه التوفيق و العمة وطهر قلبي من غياهب التهمة يا رحيما

بعباده المؤمنين.

Oxunuşu: Əllahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismətə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!

Tərcümə: Allahım, məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq xisləti ver, qəlbimi töhmət zülümlərindən təmizlə, ey mömin bəndələrinə rəhmli olan!

30-cu günün duası

[redaktə | mənbəni redaktə et]

اللهم اجعل صيّامي فيه بالشكر و القبول على ما ترضاه و يرضاة الرول محكمة فروعه بالأصول بحق سيدنا محمد و آله الطاهرين و الحمد لله رب العالمين

Oxunuşu: Əllahumməc'əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul muhkəmətən furu'uhi bil-usul bihəqqi səyyidina Muhəmmədin və alihit-tahirinə vəlhəmdu lillahi Rəbbil-aləmin!

Tərcümə: Allahım, mənim bu aydakı orucumu ayinlər üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə xatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!

Tarixi günlər

[redaktə | mənbəni redaktə et]
  1. Ramazan ayının 10-u. Məhəmməd peyğəmbərin 1-ci xanımı Hz. Xədicənin vəfatı.
  2. Ramazan ayının 15-i. Həsən ibn Əlinin doğum günü
  3. Ramazan ayının 17-si. Hicri tarixi ilə 2-ci ildə Bədr döyüşündə qazanılmış qələbənin ildönümü günüdür.
  4. Ramazan ayının 18-dən 19-na keçən gecə. Birinci Əhya gecəsi (Qədr gecəsi)
  5. Ramazan ayının 19-u. Əli ibn Əbu Talibin zəhərli qılıncla zərbətlənməsi.
  6. Ramazan ayının 20-dən 21-nə keçən gecə. İkinci Əhya gecəsi (Qədr gecəsi)
  7. Ramazan ayının 21-i.Əli ibn Əbu Talibin vəfatı.
  8. Ramazan ayının 22-dən 23 — nə keçən gecə. Üçüncü Əhya gecəsi (Qədr gecəsi)
  9. Ramazan ayının 26-dan 27 — nə keçən gecə. Dördüncü Əhya gecəsi (Qədr gecəsi)

Peyğəmbərimizin Orucla bağlı olan mübarək sözlərindən

[redaktə | mənbəni redaktə et]
  1. Oruc tutun, sağlam olun.
  2. Uca Allah buyurur:Oruc mənim üçündür, onun mükafatını Mən verəcəyəm.
  3. Oruclunun sükutu zikr, yuxusu ibadət, duası isə məqbul əməllərin savabı kimi qiymətləndirilir.
  4. Oruc və Quran qiyamət günündə sahibinə şəfaətci olacaqdır.
  5. Oruc səbrin yarısıdır.
  6. Ümmətim Ramazan ayının xeyrini və yüksək şərəfini bilmiş olsaydı bütün ilin Ramazan olmasını arzu edərdi.
  1. Bukhari-Ibn-Ismail, AbdAllah-Muhammad. "Sahih Bukhari – Kitap 031 (Oruç Kitabı), 124. Hadis". hadithcollection.com. 19 mart 2016 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 25 iyun 2012
  2. Muslim-Ibn-Habaj, Abul-Hussain. "Sahih Muslim – Kitap 006 (Oruç Kitabı), 2378. Hadis". hadithcollection.com. 23 may 2016 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 25 iyun 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]