Rodoslu Memnon
Rodoslu Memnon | |
---|---|
Doğum tarixi | təq. e.ə. 380 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 333 |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhərlənmə[1] |
Fəaliyyəti | Muzdlu döyüşçü, hərbi qulluqçu |
Rodoslu Memnon (yun. Mεμνων; təq. e.ə. 380, Rodos – e.ə. 333, Mitilini) Yunan əsilli İran sərkərdəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Memnon əslən Rodos adasından idi.
Kiçik Asiyada qazandığı uğurlara baxmayaraq Makedoniyalı İsgəndər İran donanması arxadakı fəaliyyətinə qarşı heç nə edə bilmirdi. Aralıq dənizinin şərq rayonlarında hakim mövqe tutmaqda olan bu donanma İsgəndərin materiklə əlaqəsini əsasən kəsmişdi. Yunanıstanda da vəziyyət o qədər möhkəm deyildi. Makedoniya hakimiyyətinə qarşı narazılıq əhvali-ruhiyyəsi genişlənməkdə idi. Hətta Afina III Daranın yanına xüsusi nümayəndə göndərərək onunla danışıqlar aparmış, Makedoniyaya qarşı birgə fəaliyyət göstərilməsi haqqında razılığa gəlinmişdi.
Egey dənizində başlıca dayaq məntəqələrini ələ keçirmiş İran donanmasının başcısı yunan mənşəli Memnon İsgəndərin arxasında makedoniyalılara qarşı ümumi üsyan hazırlığı ilə bağlı son tədbirləri görürdü. Bununla belə, başladığı işləri axıra çatdıra bilmədi. Memnonun qəfildən ölümü bu planı alt-üst etdi. Onun ölümü ilə bağlı müxtəlif etimallar irəli sürülürdü.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Hazel, John; "Who’s who in the Greek World", "Memnon", Routledge (2000)
- ↑ Γιάνης Κορδάτος. Μεγάλη Ιστορία της Ελλάδας. Αθήνα: 20ός Αιώνας, 1956-1959. ISBN 978-00-09996-30-6..