Qranita

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nanəli qranita

Qranita (it. Granita) — Siciliya deserti. Buzlu, şəkərli, meyvə qarışıqlı desertdir.

Şərbətdən daha qatı struktura malikdir. Kulinar Cefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar[1].

Limonlu, portağallı sok, çərəzlər, badam, qəhvə, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər. Məsələn, araq, viski, brendi, likör və s.

Şokoladlı qranita əsasən Kataniyada rast gəlinir və Steynqartenin fikrincə, Siciliyanın başqa heç bir yerində ona rast gəlmək olmur.

  1. ↑ Steingarten, Jeffrey. The Mother of All Ice Cream // The Man Who Ate Everything. — Vintage Books, 1997. — P. 361–380. — ISBN 0-375-70202-4. The chapter is an essay first published in June 1996.