Qlasinas
Qlasinas (serb. Гласинац / Glasinac), həmçinin Qlasinas platosu (serb. Гласиначка висораван) və ya Qalisinas çölü (serb. Гласиначко поље) — plato Bosniya və Herseqovina ərazisinə daxil olan Serb Respublikasının şərqində yerləşir. Romaniya regionuna və Sokolas icmasına daxildir. Səthinin sahəsi 22 km², uzunluğu 7 km,dəniz səviyyəsndən hündürlüyü 800 metrdir.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Keçmişdə Qlasinas vacib yoların kəsişdiyi nöqtə olmuşdur. Buradan Bosna və Drina çayları yonca yollar uzanır. Bosniyanın şərqi üçün xarakterik olan sərt suxurlardan təşkil olunmuşdur. Bura əsasən otlaqlardan ibarətdir. Platonun Romanii, Boqoviçki, Qradinı, Rabra, Srni-Vrxa, Kopıta Kratelya zirvələrinin ətrafları iynəyarpaqlı meşələrlə örtülüdür. Platoda çoxlu sayda arxeoloji tapıntı aşkarlanmışdır. Srkvinedəki məzar daşları fərqli bəzəkləri olan müxtəlif formaya sahibdir.
Arxeologiya
[redaktə | mənbəni redaktə et]Qlasinas XIX əsrin sonlarından bilinən Avropa əhəmiyyətli bir arxeoloji tapıntıdır. İlkin arxeolojib qazıntılar 1886 - 1891-cı illərdə aparılmışdır. Bu işlər Qlasinas çölündən Praça və Drina çayı sahillərinə qədər aparılmışdır. Qazıntılar nəticəsində təxminən 50 qədim şəhər, 1200-dən çox kurqan və məzar sahələri, nekropollar aşkarlanmışdır. Kurqanlar arasında ən tanınmışları: Taline, Laze, Kusaçe, Çavorine, Potpeçine, Çitluk, Maraviçi, Plane, Breze, İliyak, Rusanoviç, Qosinya, Osovo, Brankoviçi, Seversko, Pretejan. Şəhərlər: Kusaçe, Koşutisa, Kadiça brdo, İliyak, Loznik və s.
Xranologiya
[redaktə | mənbəni redaktə et]Qlasinas platonunun xronologiyasını Aloyz Bens və Borivoy Çoviç
- Ən qədim yaşayış izləri mis dövrünə aiddir.
- Erkən tunc dövrü Qalinas I: b.e.ə 1800 - 1500 illər. Köçəri maldarlıq, az saylı tayfalar..
- Orta tunc dövrü Qalinas II: b.e.ə 1500 - 1300 illər. Azsaylı əhali.
- Son tunc dövrü qalinas III: b.e.ə 1300 - 800 illər. stabilləşmə müşahidə edilir. Əhali artır. Şəhərlər meydana gəlir.
- Dəmir dövrü Qaçlinas IV: b.e.ə 800 - 500 illər. Çiçəklənmə.
- Dəmir dövrü Qalinas V: b.e.ə 500 - 250 illər. qalinas dəmir dövrü mədəniyyəti.
Qalinas mıədəniyyəti daha grniş ərazini əhatə edir:Cənub-qərbi Serbiya, Şərqi Herseqovina və Monteneqro. Şimalda və Mərkəzi Albaniyada Mati mədəniyyəti ilə sərhədlənir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Пројекат „Аеродром Соколац“ Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (serb.)