Perikardit
Naviqasiyaya keç
Axtarışa keç
Perikardit | |
---|---|
| |
XBT-10 | I , I , I -I |
XBT-9 | |
DiseasesDB | 9820 |
MedlinePlus | 000182 |
eMedicine | med/1781 |
MeSH | D010493 |
Vikianbarda əlaqəli mediafayllar |
Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Etioloji təsnifat (E. E. Qoqin 1979)
[redaktə | mənbəni redaktə et]- İnfeksion:
- Revmatik;
- Vərəmli;
- Bakterial: (qeyri spesifik – kokk mənşəyli, septiki spesifik qarın yatalağı, dizenteriya, qarayara, vəba, taun, tulyaremiya ilə əlaqəli)
- Göbələk;
- Viral;
- Rikketsioz
- Aseptik perikarditlər:
- Allergik;
- Qan xəstəlikləri və hemorragik diatezlərlə əlaqəli;
- Birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli;
- Travmatik;
- Şüa təsirindən;
- Post infarkt (Dressler sindromu)
- Maddələr mübadiləsi pozğunluğu ilə (uremiya, podaqra) əlaqəli;
- Qlükokortikosteroid müalicəsi ilə əlaqəli;
- C vitamini çatışmazlığı ilə əlaqəli;
- İdiopatik perikarditlər
Kliniki təsnifat
[redaktə | mənbəni redaktə et]- kəskin perikardit:
- Quru (fibroz);
- Eksudativ: seroz-fibroz, hemmoragik, irinli;
- Ürək tamponadalı;
- Tamponadasız.
- Xroniki perikardit:
- Eksudativ;
- Adheziv;
- Simptomsuz
- Ürək funksiyası pozğunluqlu;
- Zirehli ürək
- Konstriktiv perikardit
E. S. Valiqura görə təsnifat
[redaktə | mənbəni redaktə et]- Xroniki eksudativ perikardit
- Xroniki konstriktiv perikardit
- Zirehli ürək