Portal:Videooyunlar
Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
X-Men vs. Street Fighter — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq video oyunu. Bu, "Capcom" şirkətinin içərisində "Marvel" personajları olan üçüncü faytinq oyunudur və "Marvel vs. Capcom" video oyun seriyasındakı 1-ci əsas epizoddur. Video oyunda "Marvel" nəşriyyatının İks-adamlar və "Capcom" şirkətinin "Street Fighter" seriyasının personajları var. Video oyun ilk dəfə 1996-cı ildə arkada oyunu kimi buraxılmışdır. Video oyun daha sonra 1997-ci ildə Sega Saturn, 1998-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır.
"X-Men vs. Street Fighter" video oyununun geympleyi "Street Fighter" video oyun seriyasına çox oxşayır, ancaq cüt personaj seçimi və teq-tim əsaslı döyüş mexanikasına sahibdir. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Oyunçulara matç zamanı seçdiyi personajları bir-birlərini əvəz etmək imkanı verilir. Video oyun həmçinin, "X-Men: Children of the Atom" və "Marvel Super Heroes" video oyunlarından müxtəlif elementləri özündə daşıyır.
"X-Men vs. Street Fighter" video oyunu geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Əlavə olaraq, video oyunun 4 MB RAM genişləndirmə kartricindən istifadə edən Sega Saturn versiyası orijinal arkada təcrübəsinə layiq qaldığına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun mənfi rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel Super Heroes vs. Street Fighter" 1997-ci ildə buraxılmışdır.
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.
- ... "The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king" video oyununun ən uzun başlığa sahib video oyun olaraq Ginnesin Rekordlar Kitabına daxil olduğunu?
- ... "Bayonetta" video oyununun istehsal komandasının adı – "Kiçik mələklər komandası" (ing. Team Little Angels) "Devil May Cry" video oyununun istehsal komandası – "Kiçik iblislər komandası"na (ing. Team Little Devils) bir istinaddır.
- ... bəstəkar Hiroki Kikuta (şəkildə) baxmayaraq ki, iyirmidən çox video oyunun musiqisini bəstələyib, əslində musiqi üzrə formal bir təhsil almadığını?
- ... 2007-ci ildə "Hitman" seriyası əsasında bir filmin çəkildiyini və filmdə Agent 47 personajını Timoti Olifantın canlandırdığını?