Subtropik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Subtropik iqlimin yayıldığı ərazilər

Subtropik iqlim qurşağı -dünyanın tropik iqlim qurşağının şimal və cənubunda 23,5 °paralellərində yerləşən Xərçəng tropikiOğlaq tropiki ilə məhdudlanmış coğrafi ərazilərdir.Əsasən şimal və cənub yarımkürələrində 36° və 44° paralelləri arasındakı əraziləri əhatə edir. Lakin, iqlim tipi bu paralellərdən kənarda da müşahidə edilə bilər.Keçid iqlim tipi olduğuna görə özünəməxsus iqlim xüsusiyyətləri yoxdur. Yayda tropik hava kütlələri hakim olduğuna görə hava isti və quru, qışda isə mülayim hava kütlələri hakim olduğuna görə hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır

  1. Aralıq dənizi iqlim tipi — materikin qərbini əhatə edir. Yay isti quru, qış mülayim və rütubətli keçir. Azərbaycan da bu iqlim tipi daxilindədir
  2. Kontinental- materikin mərkəzi hissəsini əhatə edir. Yay quru və isti, qış quru və soyuq olur. Temperatur amplitudu böyükdür
  3. Musson — materikin şərqini əhatə edir. Yay rütubətli və sərin, qış quru və sərin olur.
  4. Cənub yarımkürəsində musson iqliminin əvəzində ilboyu bərabər rütubətli iqlim tipi geniş yayılıb.