45°25′50″ şm. e. 12°20′05″ ş. u.HGYO

Santa Mariya della Salute kilsəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Santa Mariya della Salute
Basilica di Santa Maria della Salute
Xəritə
45°25′50″ şm. e. 12°20′05″ ş. u.HGYO
Ölkə  İtaliya
Şəhər Venesiya
Yerləşir Venesiya
Aidiyyatı Roma-Katolik kilsəsinin Venesiya yeparxiyası
Memar Baldassare Longena
Sifarişçi doj Nikolo Kontarini və Böyük Sovet
Tikilmə tarixi 1631-1687
Üslubu barokko
Uzunluğu
  • 70 m
Eni 47 m (154 ft)
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt basilicasalutevenezia.it
Santa Mariya della Salute (Venesiya)
Santa Mariya della Salute
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Venesiyanın Santa Mariya della Salute kilsəsinin görnüşü

Santa Mariya della Salute (it. Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır.

Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir. Məbədin daxili talarla əhatələnmiş geniş səkkizguşəli sahədən ibarətdir. Kümbəzin oturmuş olduğu sütunların uzunluğu 60 metrdir. Mərmər döşəmə konsentrik çevrə şəkilli döşənmişdir. Mərkəzi şəkkizguşənin ətrafında bazilika perimetrli 6 kapella yerləşir.

Bazilikanın Mərkəzi qurbangahı Bakirə Məryəmin şəhərin taundan xilas etmə möcuzəsinə həsr edilmiş mərmər heykəl ilə bəzədilmişdir. Qurbangahın mərkəzində Krit adasından gətirilmiş müqəddəs Məryəmin şəfaverci ikonası: Madonna della Saluta yerləşir. Bazilika ətrafı kapellaların birindən başqa hamısı Bakirə Məryəmə həsr edilmişdir. Burada Tisian Veçellio tərəfindən "Həvari Mark taxtda" məharətlə işlənilmişdir. Bazilikada Tintorettonun məşhur "Kanda nikah" əsəri saxlanılmaqdadır.

Fasad heykəlləri
Həvari Mark
Həvari Luka
Həvari Matfey
Giriş və interyeri
Məbədin portalı
Mərkəzi qurbangah
Məbədin mərkəzi kümbəzi
Kümbəz sütunları