32°42′54″ şm. e. 117°09′45″ q. u.HGYO

San-Dieqo

Vikipediya, azad ensiklopediya
(San-Diyeqo səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
San-Dieqo
San Diego
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
32°42′54″ şm. e. 117°09′45″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 16 iyul 1769
Sahəsi
  • 964,497168 km² (2016)[2]
Mərkəzin hündürlüyü 130 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.386.932 nəf. (2020, 1 aprel 2020)[3][4]
Rəqəmsal identifikatorlar
Telefon kodu 619, 858
Poçt indeksi 92101–92117, 92101, 92104, 92105, 92110, 92113, 92116
Digər
sandiego.gov
Xəritəni göstər/gizlə
San-Dieqo xəritədə
San-Dieqo
San-Dieqo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993[5] nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır.[6] Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizmkənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır.

San-Dieqo gecə vaxtı

Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur. O 1542-ci ildə İspaniya bayrağı altında üzən gəmisi San Salvador ilə bu əraziyə yetişmişdir. Xuan Rodrigez bu əraziləri İspaniya Krallığının ərazisi kimi elan etmiş və buranı San Migel adlandırmışdır. 1602-ci ildə bu ərazilərin xəritəsini qurmaq üçün göndərilən ekspedisiyanın tərkibində olan xristian missionerləri bu ərazidə daimi qalmağa qərar verirlər. Artıq 1769-cu ildə İspaniya ordusu burada El Presidio Reál de San Diego adlanan qala tikirlər. Həmin tarix San-Dieqo şəhərinin əsasının qoyulduğu tarix hesab olunur. 1830-cu illərdə Meksika bu şəhəri ələ keçirir. 1848–1850-ci illərdə davam edən Meksika-Amerika müharibəsi nəticəsində bütün Kaliforniya ərazisi, həmçinin San-Dieqo şəhəri ABŞ hakimiyyəti altına keçir. 1850-ci ildə San-Dieqoya şəhər statusu verilir. İkinci dünya müharibəsindən sonra San-Dieqo ərazisində çoxlu sayda hərbi baza salındı. Bununla əlaqədar olaraq şəhərdə hərbi məhsullar istehsal edən çoxlu müəssisələr açıldı.

Şəhərdə fəaliyyət göstərən San-Dieqo Ştat Universiteti 1897-ci ildə yaradılmışdır.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Thomson Reuters Open Perm ID. Thomson Reuters.
  2. United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
  3. https://data.census.gov/cedsci/table?q=United%20States&tid=DECENNIALPL2020.P1.
  4. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  5. California Department of Finance. Population Estimates for Cities, Counties and the State with Annual Percent Change — January 1, 2008 and 2009 Arxivləşdirilib may 3, 2009, at the Wayback Machine, may 2009
  6. Clemence, Sara. Richest Cities In The U. S. Arxivləşdirilib 2013-04-26 at Archive.today, Forbes, 28 oktyabr 2005.
  7. "Баку и Сан-Диего (США) намерены развивать сотрудничество - 1NEWS.AZ". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12.