Sahib Paşazadə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sahib Paşazadə | |
---|---|
Sahib Ağaverdi oğlu Paşazadə | |
Ümumi məlumatlar | |
Ləqəbləri |
Tarın Paqaninisi[1] Mirzə |
Doğum tarixi | 24 oktyabr 1980[2] (44 yaş) |
Doğum yeri | |
Atası | Ağaverdi Paşayev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | tarzən, dirijor, musiqiçi |
Fəaliyyət illəri | 1996—h.h. |
Musiqi alətləri | tar, piano [3] |
Təhsili | Azərbaycan Milli Konservatoriyası |
Elmi dərəcəsi | Dosent |
Mükafatları |
Sahib Ağaverdi oğlu Paşazadə (24 oktyabr 1980[2], Bakı) — tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru (2023-cü ildən)[7] Əməkdar artist (2011), Prezident mükafatçısı (2011–2018), Tərəqqi medalı laureatı (2020), Beynəlxalq Müsabiqələr qalibi, dosent (2013).[1][8][9]
Həyat və yaradıcılığı
[redaktə | mənbəni redaktə et]1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə piano sinfi üzrə daxil olmuşdur. 1992-ci ci ildən Tar ixtisası üzrə təhsilini davam etdirmişdir. İlk müəllimi-atası xalq artisti, professor Ağaverdi Paşayev olmuşdur. Sonra isə not ixtisası üzrə Akif Novruzov, muğamdan isə Sərvər İbrahimovdan dərs almışdır.
1996-cı ildə Ümumrespublika üzrə keçirilən "Yaşıl yarpaq-96" — Respublika Radio Müsabiqəsinin qalibi olmuşdur −1-ci yer.
1997-ci ildə "Sadıqcan-150" ifaçıların 1-ci Respublika müsabiqəsinin laureatı-3-cü yer.
1998 ildə Orta ali tehsil məktəbləri arasında keçirilən 7-ci Ümumrespublika müsabiqəsinin qalibi-1 yer.
1998-ci ildə "Muğam-98" Respublika müsabiqəsinin laureatı — 3-cü yer.
1998-ci ildə məktəbi bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Burada ona ixtisas fənni üzrə xalq artisti, prof.görkəmli sənətkar Ramiz Quliyev, muğamdan isə xalq artisti Vamiq Məmmədəliyev dərs demişdir.
2001-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xalq Çalğı Alətləri Orkestrində fəaliyyətə başlamışdır.2008–2018-ci illərdə orkestrin konsertmeysteri olmuşdur.
2001-ci ildə Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə İİR-nın Tehran şəhərində 10 konsertdə solo çıxışlar etmişdir.
2002-ci ildən təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirir. Burada onun müəllimləri əməkdar incəsənət xadimi, prof. Məmmədağa Kərimov, muğamdan isə xalq artisti, prof. Ağasəlim Abdullayev olmuşdurlar.
2003-cü ildə Azərbaycan Milli Konservatoriyasını bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirir.
2005-ci ildə həmin ali təhsil müəssisəsinin magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışmağa başlamışdır;
2005–2009-cu illərdə aspirantura pilləsini bitirib.
2005-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Fəcr Festivalında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solisti kimi iştirak etmişdir.
2005-ci ildə Əhsən Dadaşov adına 1-ci Respublika müsabiqəsinin qalibi-1 yer.
2005-ci ildən AMK-nın müəllimi vəzifəsində çalışmağa başlamışdır.
2005 — Türkiyənin Bursa şəhərində dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Bursa Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo konsert proqramı ilə çıxış etmişdir.
2006 — Solist və milli üçlüyün rəhbəri kimi Qazaxıstanın Aktau şəhərində keçirilən "Xəzər Dostluq Dənizi" festivalında iştirak etmiş və 2-ci yer — Gümüş medala layiq görülmüşdür.
2007-ci ildə Belarusiyada, Moldaviyada və Qaqauziyada Azərbaycan mədəniyyəti günlərində solist kimi (XÇA orkestri ilə).
2007-ci ildə Qazaxıstanın Astana şəhərində Beynəlxalq "Şaşu" festivalında iştirak edib.
2007 — Yaponiyanın Tokio şəhərində keçirilən JATA Ümumdünya Turizm Sərgisində solist kimi çıxış etmişdir.
2007-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən "Muğam-2007" tele layihəsində rəhbərlik etdiyi trio ilə xanəndələri müşayiət etmişdir.
2008 — Almaniyanın Berlin şəhərində keçirilmiş Azərbaycan Mədəniyyət Günlərində Azərbaycan mədəniyyətini təmsil etmişdir.
2008-ci il May ayının 28-i Meksikanın paytaxtı Mexikoda — Azərbaycan Respublikası Müstəqilliyinin 90 illiyi və ümummilli lider Heydər Əliyevin 85 illik yubileyləri münasibətilə keçirilən konsertdə solist və rəhbərlik etdiyi trio ilə uğurla çıxış etmişdir.
2008 — Kanadanın Niagara şəhərində keçirilən Beynəlxalq Niagara Kamera Musiqi Festivalında Beynəlxalq Muğam Gününün təqdimat mərasimində iştirak etmişdir. Rəhbərlik etdiyi üçlük Qran Pri mükafatını qazanıb.
Musiqi tarixində ilk dəfə solist kimi "Tarın Paganinisi" və "Ağcaqayın yarpağı" – Qran Pri mükafatına layiq görülmüşdür.
Eyni zamanda, Niagara Festivalının İpək Yolu Komitəsinin Azərbaycan üzrə Muğam layihəsinin əsas koordinatoru seçilib; daha sonrakı illərdə bu festivalda 4 dəfə solist kimi iştirak edib.
2008 — ABŞ-də (Vaşinqtonda və Nyu-York) keçirilən konsertlərdə dünyaca məşhur "Kennedi Centre" konsert salonunda Kanadanın "İpək Yolu" Kamera Orkestri ilə solist və müşayiətçi kimi konsertlərdə çıxış edib.
2009-cu ildə "Eurovision-2009" yarışmasında "Always" mahnısında solo tar partiyasını ifa etmişdir.
2009-cu ildə Norveçin paytaxtı Osloda məşhur "Oslo Konserthus" salonunda solist kimi çıxış edib.
2009-cu ildə Ukraynada Azərbaycan mədəniyyəti günləri solist kimi (XÇA orkestri ilə).
2009 – Moskvada məşhur dirijor V. Fedoseyevin rəhbərliyi ilə B. S. O. ilə birlikdə "Şərq Konserti" ndə cıxış.
2010-cu ildə Mərakeşdə Azərbaycan mədəniyyəti günləri solist kimi(XÇA orkestri ilə).
2010-cu ildə İİR-da Beynəlxalq Fəcr festivalında solist kimi iştirak edib.
2010-cu ildə Şanxayda keçirilən EXPO-2010 ümumdünya turizim sərgisində cıxış.
2011-ci il Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən "Mugam-2011" televiziya layihəsi.
2011-ci ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
2011–2018-ci illərdə Prezident mükafatına layiq görülüb.
2012-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalında məşhur rus bəstəkarı, Rusiyanın Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Aleksandr Çaykovskinin Xocalı faciəsinə həsr olunmuş "Rekviyemin"premyerasında -dünya şöhrətli musiqiçi, SSRİ Xalq artisti Yuri Başmet, Azərbaycan və SSRİ xalq artisti Fərhad Bədəlbəyli (fortepiano), rus-amerikalı dirijor və violençel ifaçısı Dmitri Yablonsky və Novorossiya Dövlət Simfonik Orkestri ilə birlikdə solist kimi iştirak etmişdir.
2012-ci ildə Londonda məşhur "Kadogan Hall" konsert salonunda Kral Simfonik orkestri və dirijor xalq artisiti Yalçın Adıgözəlov ilə solo çıxış etmişdir.
2012–14-cü illərdə Heydər Əliyev fondunun və Mədəniyyət Nazirliyinin xətti ilə "Azərbaycan Qafqazın mirvarisidir" layihəsində Fransa, İtaliya və Almaniyada keçirilən 20-dən çox səfərdə müxtəlif orkestrlər, ansambllar ilə solo çıxışlar etmişdir.
2013-cü il Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən "Mugam-2013" televiziya layihəsi.
2013-cü ildən AMK-nın dosentidir.
2014-cü ildə BMA-nın kamera orkestri ilə Yunanıstanın Afina və Saloniki şəhərlərində solo çıxışlar etmişdir.
2015-ci il Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən "Mugam-2015" televiziya layihəsi.
2015-ci ildə Milanda keçirilən EXPO-2015 ümumdunya turizm sərgisində çıxış.
2015-ci ildə Nardaran muğam biliciləri tərəfindən verilən və tarzənlər arasında çox az sayda rast gəlinən "Mirzə" tituluna layiq görülüb.
2015-ci ildə Fransanın Sorbonna universitetinin Kardinal Rişelye adına konsert salonunda pianoçu Səidə Zülfüqarova ilə solo konsert vermişdir. 2015-ci ildə Braziliyanın San Paolo şəhərində keçirilən 14-cü Serrinha Festivalında iştirak edib. Festivaldan sonra San Paoloda "Casa do Nucleo" konsert salonunda solo konsert proqramı ilə cıxış edib.[10] Festivalda 10 gün ərzində səslənən musiqilərdən ibarət CD və DVD albom "Musica na Serrinha" 2017-ci ildə Braziliyada işıq üzü görüb.
2016-cı ildə SSRİ xalq artisti Fərhad Bədəlbəyli və Yerusəlim Simfonik okestri ilə məşhur bəstəkar Aleksandr Çaykovskinin "Xocalı" Rekviyemini Amerika Birləşmiş Ştatlarının 17 ştatiında 1 ay ərzində davam edən konsert turunda ifa edib.[11][12]
2016-cı ildə Yakutiyada keçirilən "YUNESKO şedevrlərinin Olonxo torpağında görüşü"devizi altında keçirilən Beynəlxalq festivalda iştirak edib, festival çərçivəsində Beynəlxalq konfransda Tar aləti haqqında tezislərlə cıxış edib.[13]
2016-cı ildə pianoçu və bəstəkar Kamalə Əlizadə ilə birlikdə İtaliyada Udine festivalında iştirak edib.
2017-ci il Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən "Mugam-2017" televiziya layihəsi.
Ümumilikdə 5 Muğam layihəsində rəhbərlik etdiyi "Muğam" instrumental ansamblı ilə 100-dən çox xanəndələri peşəkarlıqla müşayiət etmişdir.
2017-ci ildə Hollandiyanın "Nieuv" ansamblı ilə bəstəkar Fərəc Qarayevin "Xütbə-Muğam-Surə" əsərini ifa etmişdir.
2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli 11-ci "Şərq Təranələri" festivalında 70 ölkə arasında Qran Pri mükafatı qazanıb;Ölkəmizi bu festivalda ilk dəfə olaraq alət ifaçısı kimi təmsil edib və 20 ildən sonra 2-ci Qran Pri mükafatını Azərbaycana gətirmişdir. Ümumilikdə bütün festival tarixində Qran Pri qazanan ilk alət ifaçısıdır.[14]
2017-ci ildə Çinin Şansi əyalətində bir neçə şəhərdə-Sian, Syanyan, Çen Çen və s. 4-cü "İpək Yolu" Beynəlxalq festivalında iştirak edib.
2017-ci ildə Fransanın Bulon-Biyankur Kirxasında pianoçu Səidə Zülfüqarova ilə ikinci solo konsertimi vermişdir.
2018-ci ildə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq "MAKOM "Festivalında rəhbərlik etdiyi "Muğam" ansamblı ilə I yer qazanıb.[3]
2018-ci ildə İtaliyanın Laqulia və Roma şəhərində Prezident Kvirinal sarayında Belcan-Tar ansamblı -(Tar, Çello, Violin və Piano)-İtaliyalı musiqiçilər ilə birlikdə solo Konsert proqramı ilə cıxış etmişdir.[15] Konsert canlı olaraq Rai Radio kanalı vasitəsilə bütün dünyaya yayımlanıb.
2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Manuel Belqrano konsert salonunda məşhur pianoçu Roberto Siri ilə solo konsert proqramında çıxış etmişdir.[16]
2018-ci ildə 17 may tarixində Özbəkistanın əməkdar artist M. Urinbayevin rəhbərliyi ilə Özbəkistan simfonik orkestri ilə Türkistan Sarayında solist kimi iştirak etmişdir.
2018-ci ildə iyun ayında Nigeriyanın Lagos şəhərində İpək Yolu adlı konsertdə solist kimi çıxış etmişdir; və bu ölkədə S. Zülfüqarova ilə ilk dəfə Azərbaycan musiqisini səsləndirmişlər.
2018-ci ilin oktyabr ayında yenidən Nigeriyaya dəvət almış 22-ci Beynəlxalq Muson festivalında ilk dəfə Azərbaycanı təmsil etmişdir.(piano ifaçısı Səidə Zülfüqarova ilə birlikdə).
2018-ci ildə H. Əliyev fondunun dəstəyi ilə Pekində dunyaca məşhur Pekin Milli Sənət Mərkəzində Q. Qarayev adına Dövlət Kamera orkestri ilə solist kimi cıxış etmişdir.
2018-ci ildə Polşada Azərbaycanın fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov tərəfindən Polşa və Azərbaycan Respublikalarının müstəqilliyinin 100 illiyi şərəfinə həsr olunmuş Medal ilə təltif olunub.
2019-cu il 7–26 yanvar tarixlərində Sahib Paşazadə nağara ifaçısı Kamran Kərimovla biryerdə Almaniyanın Klangkosmos NRW sənət və musiqi layihəsi çərçıvəsində Almaniya, Hollandiya və Belçikada 10 solo Konsert və 5 ustad dərsi daxil olmaqla böyük konsert turnesində iştirak etmişdir.[17][18][19][20][21] Konsertlərdən biri Almaniyanın məşhur WDR3 radio kanalı vasitəsilə yazılıb və yayımlanıb.
2019-cu il mart ayında isə WDR3 kanalında Sahib Paşazadəyə həsr olunmuş 2 saatlıq proqram yayımlanıb.
2019-cu ildə Sami Yusuf ilə YUNESKO-nun 43-cü sessiyasının açılış mərasimində iştirak edib və birləşmiş orkestrə rəhbərlik edib.
2019-cu ildə İİR-da Beynəlxalq Fəcr festivalında rəhbərlik etdiyi "Mugam" ansamblı ilə solist kimi iştirak edib.
2019-cu ilin aprel ayında, Çinin paytaxtı Pekində 2-ci Beynəlxalq "İpək yolu" Festivalında alət ifaçıları arasında 1-ci yerə layiq görülüb.[22]
2019-cu ildə xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Sankt-Peterburq Filarmoniyasında məşhur Andryev Orkestri ilə solo çıxış etmişdir.
2019-cu ildə Qazaxıstanın Tattimbet xalq çalğı alətləri okestri ilə Turkiyə və Rumıniyanın bir neçə şəhərində solo cıxışlar etmişdir.
2019-cu ildə Moskva Konservatoriyasının Raxmaninov zalında 16-cı Müasir Musiqi Festivalında bəstəkar Fərəc Qarayevin "Xütbə-Muğam-Surə" əsərini "Yeni Musiqi studiyası" ansamblı ilə Rusiyada ilk dəfə ifa etmişdir.[23]
2019-cu ildə Qazaxıstanın Karaqanda şəhərində 21-ci "Sarıarka" festivalında Tattimbet adına qazax xalq çalğı alətləri orkestri ilə solo çıxış etmişdir.
2019-cu ildə Fransanın Karyer-su-Puassi şəhərinin Meri tərəfindən üzərində "Fəxri Tar ifaçısı " həkk olunan şəhər Medalı ilə təltif edilib.
2020-ci ildə Moskvada Çaykovskiy adına Konservatoriyanın Böyük zalında məşhur Svetlanov adına simfonik orkestr və dirijor Fuad İbrahimov ilə birlikdə H. Xanməmmədovun 2 nömrəli konsertini ifa edir. Konsert Fransanın dünyaca məşhur MEZZO TV kanalı tərəfindən çəkilərək yayımlanıb.[24]
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
2021-ci ildə Polşada Azərbaycanın fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov tərəfindən Polşa və Azərbaycan Respublikaları arasında diplomatik əlaqələrin 100 illiyinə həsr olunmuş Medalla ilə təltif olunub;
2021-ci il may ayında Şuşa şəhərində keçirilən "Xarı Bülbül" festivalında simfonik orkestrə solo çıxış edib.
Portuqaliyanın Porto şəhərində keşirilən dünya şöhratli WOMEX 21 festivalında ilk dəfə olaraq Azərbaycan muğamını instrumental şəkildə təqdim etmişdir.
Dünyanın bir çox məşhur TV və radio kanallarında çıxışları olmuşdur:
WDR 3 radio kanalı-Almaniya;Rai Radio-İtaliya;Mundofonias Radio-İspaniya;Euronews TV;MEZZO TV və s.
Sahib Paşazadə, eyni zamanda çoxlu sayda dünya miqyaslı turlarda iştirak etmiş və dünyanın bir çox orkestr və dirijorları ilə 50-dən çox ölkədə,200-ə yaxın şəhərdə Azərbaycan muğamını və musiqisini layiqincə təmsil etmişdir: ABŞ, Kanada, Yaponiya, Braziliya, Argentina, Avstriya, Macarıstan, Fransa, İtaliya, Almaniya, Belçika, Hollandiya, Böyük Britaniya, Rumıniya, Yunanistan, Mərakeş, Nigeriya, Çin, Latviya, Litva, İsveç, İsveçrə, Norveç, Koreya, Səudiyyə Ərəbistanı, Pakistan, Meksika, Polşa və s.
Ümumilikdə 70 dən yuxari Beynəlxalq Festivalda iştirak edib.
Dünyada 40-a yaxın solo konserti baş tutmuşdur.
Tar və orkestr üçün bəstələnmiş 8 irihəcmli konsert , ümumilkdə isə 15-ə yaxın əsər Sahib Paşazadəyə həsr olunmuşdur.
60-a yaxın əsərin ilk ifaçısıdır.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 2008-ci ildə Kanadanın Niaqara şəhərində Niaqara Beynəlxalq Kamera Musiqi Festivalında "Tarın Paqaninisi" xüsusi titulu və Qran-pri mükafatı[1]
- 2011-ci ildə Azərbaycan Azərbaycan Respublikasının Əməkdar artisti adı[8]
- 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə Prezident mükafatı[25][26][27][28][29][30][31][32]
- 2013-cü ildən Azərbaycan Milli Konservatoriyasının dosenti
- 2015-ci ildə Nardaran muğam biliciləri tərəfindən verilən və tarzənlər arasında çox az sayda rast gəlinən "Mirzə" titulu
- 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli "Şərq Təranələri" festivalında Qran-pri mükafatı[33][34][35]
- 2018-ci ildə Varşavanın Kral Sarayında Polşa Respublikası və Azərbaycan Respublikasının müstəqilliyinin 100 illiyi Medalı
- 2019-cu ildə Fransanın Karyer-Su-Puassi şəhərinin Medalı[6][36]
- 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı[9]
- 2021-ci ildə Polşa və Azərbaycan arasında diplomatik əlaqələrin 100 illiyi Medalı
- 2022-ci ildə Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən qızıl medal[37]
Müsabiqə və festivallar
[redaktə | mənbəni redaktə et]Sahib Paşazadə bir sıra Respublika və Beynəlxalq Müsabiqə və Festivalların laureatı olmuşdur.
(qısaldılmışdır)
- 1996-cı ildə Ümumrespublika üzrə keçirilən "Yaşıl yarpaq-96" -Respublika Radio Müsabiqəsi 1-ci yer;
- 1997-ci ildə "Sadıqcan-150" ifaçıların 1-ci Respublika müsabiqəsi 3-cü yer;
- 1998-ci ildə Orta ali tehsil məktəbləri arasında keçirilən 7-ci Ümumrespublika müsabiqəsi 1-ci yer;
- 1998-ci ildə "Muğam-98" Respublika müsabiqəsi 3-cü yer;
- 2005-ci ildə Əhsən Dadaşov adına 1-ci Respublika müsabiqəsi 1-ci yer;
- 2004–2005-ci illərdə İran İslam Respublikasında keçirilən Beynəlxalq Fəcr Festivalı;
- 2006-cı ildə solist və milli üçlüyün rəhbəri kimi Qazaxıstanın Aktau şəhərində keçirilən "Xəzər Dostluq Dənizi" festivalı 2-ci yer və gümüş medal;
- Mazandaranda Beynəlxalq Ortaq İrs Festivalı;
- 2007-ci ildə Qazaxıstanın Astana şəhərində Beynəlxalq "Şaşu" festivalı;
- 2008 — Kanadanın Niagara şəhərində keçirilən Beynəlxalq Niaqara Kamera Musiqi festivalı Qran Pri-"Tarın Paqaninisi";
- 2010-cu ildə İİR-da Beynəlxalq Fəcr festivalı;
- 2012-ci ildə ABŞ-nın Texas ştatının Hyuston şəhərində TÜRKSOY Beynəlxalq təşkilatının təşkil etdiyi Beynəlxalq "İpək Yolu" festivalı;
- 2012–14-cü illərdə Norveçdə "Çoxmillətli Sagene" Beynəlxalq Festival;
- 2015-ci ildə Braziliyanın San Paolo şəhərində keçirilən 14-cü Beynəlxalq Serrinha festivalı;
- 2016-cı ildə Yakutiyada keçirilən "YUNESKO şedevrlərinin Olonxo torpağında görüşü" devizi altında keçirilən Beynəlxalq festival;
- 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli 11-ci "Şərq Təranələri" Beynəlxalq Musiqi festivalı — Qran Pri;
- 2017-ci ildə Çinin Şansi əyalətində bir neçə şəhərində-Sian, Syanyan, Çen-Çen və s. 4-cü "İpək Yolu" Beynəlxalq festivalı;
- 2018-ci ildə Nigeriyada 22-fi Beynəlxalq Muson Festivalı;
- 2018-ci ildə Qazaxıstanda Astana-Arkau Beynəlxalq Festivalı;
- 2018-ci ildə Özbəkistanın Şəhrisabz şəhərində keçirilən I Beynəlxalq "MAKOM" Festivalı 1-ci yer;
- 2019-cu ildə İİR-da Beynəlxalq Fəcr festivalı;
- 2019-cu ilin aprel ayında Çinin paytaxtı Pekində 2-ci Beynəlxalq "İpək yolu" Festivalı 1-ci yer;
- 2019-cu ildə Qazaxıstanda Beynəlxalq "Sarıarka" festivalı;
- 2019-cu ildə Moskvada 16-cı Müasir Musiqi Festivalı;
- Qəbələ Beynəlxalq Musiqi Festivalı −2009–2018 ;
- Şəki İpək Yolu Beynəlxalq Musiqi Festivalı-2009–2016 ;
- Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı — 2011;
- Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı — 2014;
- Muğam Dünyası Beynəlxalq musiqi festivalı 2011–2018;
- 2018-ci ildə "Nəsimi" Festivalı;
- Şuşada keçirilən "Xarıbülbül Musiqi Festivalı-2021" festivalı.
- Portuqaliyanın Porto şəhərində keşirilən dünya şöhratli WOMEX 2021 festivalı;
- Avstriyanın Vyana şəhərində çox məşhur Salam Orient-2022 festivalı ;
Solo konsertlər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda
[redaktə | mənbəni redaktə et](qısaldılmışdır)
- 1996-cı ildə BMA-nın Böyük zalında ilk solo Konserti baş tutmuşdur.
- 1997-ci ildə 15 saylı musiqi məktəbində solo Konsert.
- 2000-ci ildə BMA-Böyük zalında solo Konsert.
- 2004-cü il fevral ayında Alman-Azərbaycan mədəniyyət mərkəzi "Kapellhaus" da solo Konsert.
- 2004-cü il dekabr ayında Alman-Azərbaycan mədəniyyət mərkəzi "Kapellhaus" da növbəti solo Konsert.
- 2012-ci il fevral ayında Bakıda Rusiya səfirliyində şəxsən səfir Vladimir Doroxonin dəvəti ilə "Diplomatik işçi günü" münasibətilə solo Konsert proqramı ilə çıxış etmişdir.
- 2015-ci il fevral aylnda Bakıda Rusiya səfirliyində səfir Vladimir Doroxinin dəvəti ilə "Diplomatik işçi günü" münasibətilə növbəti solo Konsert proqramı ilə çıxış etmişdir.
- 2015-ci il mart ayında Novruz Bayramı münasibətilə "Nikoil Bank"-ın rəhbərliyinin dəvəti ilə solo Konsert.
- 2017-ci ildə Əmircan Musiqi məktəbində Sahib Paşazadə ilə görüş keçirilib.
- 2018-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində Sahib Paşazadənin solo konserti keçirilib.
Xaricdə
[redaktə | mənbəni redaktə et](qısaldılmışdır)
- 2012-ci il Kanadanın Niaqara Beynəlxalq Kamera Musiqi Festivalı çərçivəsində solo Konsert.
- 2015-ci ildə Braziliyanın San-Paolo şəhərində "Casa do Nucleo" zalında solo Konsert.
- 2015-ci ildə Fransanın Sorbonna universitetinin Kardinal Rişelye adına konsert salonunda pianoçu Səidə Zülfüqarova ilə solo konsert vermişdirlər.
- 2016-cı ildə Yakutiyada Filarmonik simfonik orkestr ilə "Ulu Tarın möcüsəsi" adlı solo konsert proqramı ilə çıxış edib.
- 2016-cı ildə Yakutiya Gənc Tamaşıçılar Teatrında Sahib Paşazadə ilə yaradıcı görüş keçirilib.
- 2017-ci ildə Fransada Parisdə Bulon-Biyankur Kirxasında pianoçu Səidə Zülfüqarova ilə ikinci solo konsertini vermişdirlər.
- 2017-ci ildə İranda Təbriz şəhərində bir neçə gün ərzində "Şəhriyar" musiqi məktəbində Ustad dərsləri vermişdir.
- 2018-ci ildə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əməkdar artist, tarzən Sahib Paşazadənin solo konserti olub.
- 2018-ci ildə iyun ayında Nigeriyanın Lagos şəhərində Azərbaycanın dostları cəmiyyətinin sədri Billurə Bayramova Bernardın təşkil etdiyi "İpək Yolu" adlı konsertdə pianoçu Səidə Zülfüqarova ilə solo proqramla çıxış etmişdirlər.
- 2018-ci ilin oktyabr ayında yenidən Nigeriyaya d 22-ci Beynəlxalq Muson festivalında ilk dəfə piano ifaçısı Səidə Zülfüqarova ilə birlikdə Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqisindən ibarət solo Konsert.
- 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Manuel Belqrano konsert salonunda məşhur pianoçu Roberto Siri ilə solo konsert proqramı ilə çıxış etmişdir.
- 2019-cu il nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə biryerdə Almaniyanın 8 şəhərində, Hollandiya və Belçikada ümumilikdə 10 solo Konsert və 5 Ustad dərsi daxil olmaqla geniş konsert proqramı ilə yüksək səviyyədə çıxış etmişdir.
- 09.01.2019 Düsseldorf-Almaniya;
- 15.01.2019 Hamm-Almaniya;
- 16.01.2019 Köln-Almaniya;
- 17.01.2019 Vuppertal-Almaniya;
- 18.01.2019 Detmold-Almaniya;
- 21.01.2019 Leiden-Hollandiya;
- 22.01.2019 Solingen-Almaniya;
- 23.01.2019 Münhenqladbax-Almaniya;
- 25.01.2019 Bielefeld-Almaniya;
- 26.01.2019 Belçika-Brüssel;
Repertuar
[redaktə | mənbəni redaktə et]Sahib Paşazadənin repertuarı çox geniş və masştablidir. Klassik muğam və əsərlərdən tutmuş ən müasir əsərlərə qədər böyük bir kolleksiyanı əhatə edir. Tar və orkestr üçün bəstələnmiş 9 irihəcmli konsert , ümumilkdə isə 15-ə yaxın əsər Sahib Paşazadəyə həsr olunmuşdur. 60-a yaxın əsərin ilk ifaçısıdır. Aşağıdakı siyahıda əsərlərin bəziləri yer alıb. Adı çəkilən bütün əsərlər Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
İri həcmli
[redaktə | mənbəni redaktə et]- Qarabağnamə, 2005 (Vasif Allahverdiyev)
- Tar ilə orkestr üçün konsert, 2006 (Ədviyyə Rəhmətova)
- Tar ilə orkestr üçün konsert, 2006 (Nazim Paşa Quliyev)
- Tar ilə orkestr üçün konsert, 2009 (Ramiz Mirişli)
- Tar ilə orkestr üçün konsert № 1, 2009 (Yaşar Xəlilov)
- Tar ilə skripka üçün ikili konsert, 2010 (Tofiq Bakıxanov)
- Tar ilə orkestr üçün konsert, 2011 (Məmmədağa Umudov)
- Tar ilə orkestr üçün konsert № 3, 2012 (Hacı Xanməmmədov)
- Tar ilə orkestr üçün konsert, 2014 (Ramiz Mirişli)
- Tar ilə orkestr üçün ikinci konsert, 2014 (Süleyman Ələsgərov)
- Türk rapsodiyası, 2015 (Tofiq Bakıxanov)
- Xocalı rekviyemi, 2016 (Aleksandr Çaykovski)
- Tar ilə orkestr üçün konsert, 2016 (Zakir Bağırov)
- Xütbə, muğam və surə, 2017 (Fərəc Qarayev)
- Tar ilə orkestr üçün konsert, 2017 (Tofiq Bakıxanov)
- 1 konsert, 2018 (Tofiq Bakıxanov)
- 3 Konsert, 2018 (Hacı Xanməmmədov)
- Tar ilə orkestr üçün konsert, 2019 (Ramiz Mirişli)
- Qarabağnamə, 2019 (Vasif Allahverdiyev)
- Tar ilə orkestr üçün konsert № 2, 2020 (Hacı Xanməmmədov)
Kiçik həcmli
[redaktə | mənbəni redaktə et]- Sevilya bərbəri operasından Üvertura (Coakkino Rossini)
- Sərgidən şəkillər silsiləsindən Köhnə qala (Modest Musorqski)
- Karmen operasindan Üvertura (Jorj Bize)
- Məhəbbət əfsanəsi baletindən 2 fraqment (Arif Məlikov)
- 1001 gecə baletidən Orgiya (Fikrət Əmirov)
- 1001 gecə baletidən üçüncü nağıl (Fikrət Əmirov)
- Faust operasından Vals (Şarl Fransua Quno)
- Dörd fəsil silsiləsindən Yay. I hissə (Vivaldi)
- İvan Susanin operasından Vals (Mixail Qlinka)
- Şuşa (Fərhad Bədəlbəyli)
- Düşüncə (Azər Rzayev)
- Qaytağı (Azər Rzayev)
- Çahargah rapsodiyası (Həsən Rzayev)
- Ave Maria (İohann Sebastyan Bax, Şarl Fransua Quno)
- Çardaş (Vittorio Monti)
- Oblivion (Astor Pyatsolla)
- Polka (Sergey Raxmaninov)
- Komdenin arzuları (Arif Məlikov)
- Vokaliz (Sergey Raxmaninov)
- Rəqs-tokkata (Həsən Rzayev)
- Rondo kapriççiosu (Feliks Mendelson Bartoldi)
- Noktürn №1 (Frederik Şopen)
- Skertso (Həsən Rzayev)
- Don Kixot simfonik qravürlərindən Səyahət (Qara Qarayev)
- Sonatina (Süleyman Ələsgərov)
- Qaytağı (Tofiq Quliyev)
Muğamlar
[redaktə | mənbəni redaktə et]- Zabul (2005)
- Segah (2005, 2014, 2019)
- Şur (2018, 2019)
- Mahur-Hindi (2019)
- Bayatı-Şiraz (2016)
- Orta Mahur (2005)
Orkestr, dirijor və konsert salonları
[redaktə | mənbəni redaktə et]Orkestrlər
[redaktə | mənbəni redaktə et]Xarici
[redaktə | mənbəni redaktə et]- Kanadanın İpək Yolu Kamera Orkestri ;
- Qlen Quld adına kvartet-Kanada;
- İsrael-Yerusəlim Simfonik orkestri;
- London Kral Simfonik Orkestri;
- Italiya Filarmonik orkestri;
- Rusiya-Böyük Simfonik Orkestr;
- Svetlanov adına Dövlət Akademik Simfonik Orkestri;
- Rusiyanin "Novaya Rossiya" kamera orkestri;
- Moskva-"Müasir Musiqi Studiyası" Ansamblı;
- Sankt Peterburq -Andreyev adına Rus Xalq Calgı Alətləri Orkestri,
- Hollandiyanin "Niew" ansambli"
- Avstriya-Vyana kamera orkestri;
- Qazaxıstan — Tattimbet adina xalq calgi aletleri orkestri;
- Estrada Milli simfonik orkestri;
- TÜRKSOY-un yaratdiğı birləşmiş xalq calğı alətləri orkestri,
- Turkiyə — Bursa Dövlət Simfonik Orkestri;
- Yakutiyanın Filarmonik Orkestri;
- İran-Tehran -İran Milli Simfonik Orkestri;
- Ukrayna- Dövlət simfonik orkestri,
- Ukrayna Dövlət Kamera orkestri;
- Latviya- Riqa kamera orkestri;
- Özbəkistan Simfonik Orkestri və s.
Yerli
[redaktə | mənbəni redaktə et]- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri;
- Qara Qarayev adına Dövlət Kamera orkestri;
- Fikrət Əmirov adına Dövlət Xalq Calğı Alətləri Orkestri,
- Teleradionun Niyazi adina simfonik orkestri;
- S. Rustəmov adına Xalq Calğı Alətləri orkestri;
- Dövlət Opera ve Balet teatrinin simfonik orkestri;
- Dövlət Xor Kapellasi;
- Dövlət Simli Kvarteti;
- Baki Musiqi Akademiyasinin Kamera Orkestri;
- Bəstəkarlar Ittifaqının Nəzdində kamera orkestri və s.
Dirijorlar
[redaktə | mənbəni redaktə et]Xarici
[redaktə | mənbəni redaktə et]- Vladimir Fedoseyev,
- Yuriy Başmet,
- Dmitriy Xoxlov,
- Vladimir Ponkin-Rusiya;
- Dmitriy Yablonskiy-Amerika,
- Natalya Bazelyeva-Yakutiya,
- Vladimir Runçak,
- Valeri Matyuxin-Ukrayna;
- Pierluici Destro İtaliya;
- Duseyn Ukibay-Qazaxıstan;
- Maqsud Urinbayev-Özbəkistan;
Yerli
[redaktə | mənbəni redaktə et]- Rauf Abdullayev
- Ağaverdi Paşayev
- Yaşar İmanov
- Yalçın Adıgözəlov,
- Azad Əliyev,
- Teymur Göyçayev,
- Ismayil Hacıyev,
- Gülbacı İmanova,
- Fəxrəddin Kərimov,
- Nəriman Əzim Gəncəli,
- Elşad Bağırov,
- Nazim Hacıəlibəyov,
- Fuad İbrahimov,
- Əyyub Quliyev,
- İlahə Hüseynova,
- Mustafa Mehmandarov,
- Cavad Tagizade,
- Orxan Həşimov,
- Türkan Manafzadə və s.
Konsert salonları
[redaktə | mənbəni redaktə et]- ABŞ Vaşinqton-Kennedi Center;
- Florida-Vest Palm Biç-Kravis Centre;
- Massaçusets-Vuster-Mexanik Hall;
- Florida -Fort Laderdeyl -Brovard Centre;
- Nyu York-Brukvill-Tills Centre;
- Böyük Britaniya- London, Cadogan Hall;
- İtaliya -Roma, Auditorium ;
- Plazza del Gurinale;
- Norveç — Oslo, Konserthus;
- Fransa — Paris, UNESCO-nun mənzil qərargahı;
- Sorbonna universitetinin Kardinal Rişelye amfiteatrı;
- Çin — Pekin- İfaçılıq Sənətləri Milli Mərkəzi;
- BƏƏ-Şarja, Al-Majaz Amfiteatrı;
- Braziliya — Sao Paulo, Casa do Nucleo Hall;
- Argentina — Buenos Aires, Manuel Belgrano Hall,
- Kirchen Centre;
- Polşa-Varşava Kral Sarayı;
- Litva-Vilnüs , Litva Milli Filarmoniyası;
- Rusiya Moskva, P. İ. Çaykovskiy adina Konsetvatoriyanın Böyük Zalı,
- Konservatoriyanın Raxmaninov zalı;
- St. Peterburq — D. Şostakoviç adına Filarmoniyanın Böyük zalı,
- Ukrayna-Kiyev, Kiyev Filarmoniyası;
- Nigeriya-Lagos, Muson Centre;
- Belçika-Brüssel-Molyer adına Teatr;
- Almaniya-Köln-Domforum;
- Berlin Mərkəzi Konsert Salonu;
- Türkiyə-İstanbul Cemal Reşit Rey salonu;
- İran-Tehran Talar Vahdat Hall;
- Özbəkistan-Daşkənd-Turkistan sarayı
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]- Musica na Serrinha (2017)[38]
Musiqilər
[redaktə | mənbəni redaktə et]- Tofiq Quliyev: Nokturn
- Polka italienne, TN ii/21 (Tar)
- Rondo Capriccioso in E Major
- Xəyallar
- Çahargah rapsodiyası
- Uvertyura Rossini
- Komdenin Arzuları (İki qəlbin dastanı baletindən)
- Qaytağı
- Rəqs tokkata
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 2008 - Qala (bədii film) [39]
- 2008 - Ömrün nəğməsi. Ramiş Mirişli (televiziya filmi)
- 2011 - Bəstəkar Müslüm Maqomayev (sənədli film)
- 2011 - Qorxma, mən səninləyəm! 1919 (bədii film)
- 2013 - Qəlbin monoloqu (sənədli film)
- 2014 - Dünyanı dolaşan nəğmələr. Ramiz Mirişli (televiziya filmi)
- 2016 - El sənəti (televiziya filmi)
- 2016 - 11 teldə simfoniya. Hacı Xanməmmədov (sənədli film)
- 2016 - Tar (qisametrajlı sənədli film)
- 2017 - Məsamələrdən musiqi (port. Música pelos poros) (sənədli film)
- 2017 - Əsrlərlə dostluq əlaqələri (özb. Azaliy do'stlik rishtalari) (sənədli film)
- 2018 - Novator (sənədli film)
- 2019 - Miras (televiziya filmi)
- 2020 - Telesəyahət. Azərbaycan (özb. Telesayohat. Ozarbayjon) (televiziya filmi)
- 2021 - Vətənim (televiziya filmi)
Elmi fəaliyyət
[redaktə | mənbəni redaktə et]Məqalələr
[redaktə | mənbəni redaktə et]- Azərbaycan musiqisində yeni addım — BMA-nın Şərqi jurnalı № 1(4) (2000)
- Muğam Azərbaycan bəstəkarlarının yaradıcılığında — Musiqi dünyası № 3–4/41 (2009)
- Milli musiqi mədəniyyətində tar alətinin rolu və əhəmiyyətinə dair 2/47 (2011)
- Tar aləti Azərbaycan bəstəkarlarının yaradıcılığında
- Azərbaycan bəstəkarlarının tar üçün birhissəli proqramlı əsərləri[40]
- Issues of using mugham for tar in the works of Azerbaijani composers[41]
- Azərbaycan bəstəkarlarının tar üçün irihəcmli əsərlərində muğam tətbiqi məsələləri — Musiqi dünyası № 3–4 (2020)
- Muğam — Azərbaycan bəstəkarlarının tar üçün proqramlı əsərlərində
- Azərbaycan bəstəkarlarının tar üçün əsərlərində muğamdan istifadə məsələləri (2020)
- Azərbaycan bəstəkarlarının tar üçün konsertlərində muğamdan istifadə məziyyətləri (2020) — Sənət akademiyası № 2(10)
Dərs vəsaitləri
[redaktə | mənbəni redaktə et]- Xarici ölkə bəstəkarlarının tar üçün köçürülmüş əsərləri (2014)
Metodik vəsaitlər
[redaktə | mənbəni redaktə et]- Uşaq xor repertuarında milli xüsusiyyətlərin təzahürü (2014)
Konfranslar
[redaktə | mənbəni redaktə et]- I Tələbə elmi-praktik konfransı (2003) — Azərbaycan bəstəkarlarının tar üçün yazılmış orijinal əsərləri və bu əsərlərin tar ifaçılığının inkişafında rolu
- Türksoylu xalqların konfransı (2011) — Tar aləti Azərbaycan bəstəkarlarının yaradıcılığında
- "YUNESKO şedevrlərinin Olonxo torpağında görüşü" devizi altında keçirilən Beynəlxalq festival çərçivəsində konfrans (2016) — Tarın tarixi, keçdiyi inkişaf yolu, müasir tar ve tar ifaçılığı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Tarın Paqaninisi". www.respublica-news.az (az.). Respublika qəzeti. 2021-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2021.
- ↑ 1 2 https://www.albakultur.de/detailsprofil_58151.html.
- ↑ 1 2 "Sahib Pashazadeh – Interview by Visual Collaborative". visualcollaborative.com. 3 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ Mədəniyyət TV. "Əməkdar artist, tarzən Sahib Paşazadə Yakutiyada qızıl medalla təltif olunub" (az.). Youtube.com. 05.07.2022. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ "Награды Якутии" (rus). Wikipedia. 2024-04-25 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Впервые азербайджанский музыкант удостоен именной медали французского города Карьер-су-Пуасси (ВИДЕО, ФОТО)". Trend.Az (rus). 4 iyun 2021. 7 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2021.
- ↑ https://apa.az/az/culture-policy/sahib-pasazade-beynelxalq-mugam-merkezine-direktor-teyin-edilib-764773
- ↑ 1 2 "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.e-qanun.az (az.). 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2021.
- ↑ 1 2 "Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). İstifadə tarixi: 20 mart 2021.
- ↑ "Casa do Núcleo (SP) recebe Sahib Pashazadeh e Kyungso Park, atrações do Azerbaijão e da Coréia do Sul". barulhodeagua.com (portuqal). Barulho d'Água Música. 17 iyul 2015. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Jerusalem Symphony Orchestra Performs in St Augustine". FirstCoast.TV. 27 fevral 2016. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Jerusalem Symphony Orchestra Gallery". dbss.org. Daytona Beach Symphony Society. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Встреча шедевров ЮНЕСКО на земле Олонхо в Орто Дойду!". dnevniki.ykt.ru. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "The music festival has won hearts". globalconnect.uz. 2021-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "La musica azerbaigiana incanta alla Cappella Paolina del Palazzo del Quirinale". ilmessaggero.it (italyan). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ Global, Equilibrium. "Música Túrquica en Buenos Aires". medium.com (ingilis). 14 oktyabr 2018. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Künstler-Duo aus Aserbaidschan zu Gast in der Hallenschule". come-on.de (alman). 24 yanvar 2019. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Theater und Konzerthaus Solingen" (alman). 2021-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Kraftvoller Mugham aus dem Land des Feuers". radiorundehamm.de (ingilis). 2021-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "De X – Sahib Pashazade Duo in QBus-zaal van het Muziekhuis". de-x.nl. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Sahib Pashazade Duo – Mugham-muziek uit Azerbeidzjan". www.worldmusicforum.nl (holland). World Music Forum NL. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Belt and Road Forum: contests held to celebrate diverse cultures". news.cgtn.com (ingilis). 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "XVI Международный фестиваль современной музыки «Московский форум». Москва. 22 октября 2019 | «Музыкальная карта»". muzkarta.info. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "На французском телеканале Mezzo звучат произведения азербайджанских классиков (ВИДЕО, ФОТО)". Trend.Az (rus). 4 iyun 2021. 7 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2021.
- ↑ "Əməkdar artist Sahib Paşazadə "Şərq təranələri" ХI Beynəlxalq Musiqi Festivalının baş mükafatına layiq görülüb". kultura.gov.az (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 31 avqust 2017. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2021.
- ↑ "Гран-при "Шарк тароналари" выиграли музыканты из Азербайджана". uz.sputniknews.ru (özbək). Sputnik Özbəkistan. 31 avqust 2017. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2021.
- ↑ "XI Sharq Taronalari Festival August 2017 Samarqand - Uzbekistan". diplomatmagazine.eu (ingilis). Diplomat magazine. 5 oktyabr 2017. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2021.
- ↑ "Əməkdar artist Sahib Paşazadə Fransada təltif olunub". medeniyyet.az (az.). 8 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
- ↑ Mədəniyyət TV. "Əməkdar artist, tarzən Sahib Paşazadə Yakutiyada qızıl medalla təltif olunub" (az.). Youtube.com. 05.07.2022. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ "Núcleo Contemporâneo | CD + DVD MÚSICA NA SERRINHA". nucleocontemporaneo.com.br (portuqal). 18 yanvar2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2021.
- ↑ "Azərbaycan kinosunda "Qarabağ" mövzusu"". filmfond.az (az.). Azərbaycan Dövlət Film Fondu. 18 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2021.
- ↑ Paşazadə, Sahib. "Azərbaycan bəstəkarlarının tar üçün birhissəli proqramlı əsərləri" (PDF). konservatoriya.az (az.). Azərbaycan Milli Konservatoriyası. 3 aprel 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 aprel 2021.
- ↑ Paşazadə, Sahib. "Issues of using mugham for tar in the works of Azerbaijani composers" (PDF). aphn-journal.in.ua (ingilis). 3 aprel 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 aprel 2021.