Soka Qakkai

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Soka Qakkai
創価学会
(1946-cı ilə qədər 創価教育学会)
Loqonun şəkli
Tokioda baş qərargahı
Tokioda baş qərargahı
Növü Yeni dini hərəkət
Fəaliyyəti Din, təhsil, siyasət, mədəniyyət
Yaranma tarixi 18 noyabr 1930
Qeydiyyat tarixi 8 sentyabr 1952[1]
Mərkəzi Yaponiya Yaponiya, Tokio, Şincuku, Şinanomaçi 32
Qurucusu Tsunesaburo Makiquçi
Cosei Toda
Prezident Minoru Harada (9 noyabr 2006)
Üzvləri 12 mln.+
sokanet.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai?, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır.[2]

Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir.[3][4]

Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür".[5][6]

1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda[7] Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub.[8] O zaman, qurumun ilk məclisində onun adı Soka Kyoiku Qakkai (創価教育学会, "Dəyər yaranma təhsil cəmiyyəti") idi.[9] Vaxt getdikcə, sırf təhsilnən bağlı olmayan, qurumun dini cəhətləri ilə maraqlanan insanlar da onun üzvü olub.[10] 1940-cı ildə hərəkətin artıq 300 ibadətçisi var idi.[11]

II Dünya Müharibə zamanı Yaponiyanın hərbi hökumətinə və onun dindən və təhsildən Asiyanı zəbt etmək məqsədi ilə işlətdiyinə müxalif çıxan Soka Kyoiku Qakkai hərəkətin başçıları və o cümlədən, Makiquçi həbs olunublar. Makiquçi həbsdə həlak olub və beləliklə onu ən yaxın tərəfdarı olan Cosei Toda əvəzləyib.[12] 1945-ci ilin iyulun 3-də həbsdən azad olan Todanın sağlamlığı artıq korlanılıb, biznesləri isə məhv olunub. O, dərhal müharibə zamanı hökumətin repressiyalarına məruz qalıb ləğv olunan təşkilatını yenidən qurmağa başlayıb.[13][14]

1946-cı ildə II Dünya Müharibəsi bitəndən sonra, Todanın başçılığı altında bərpa olunan qurum öz adını dəyişib, Soka Qakkai olmuş. Bu dövrdə Soka Qakkai çox tez şəkildə genişlənirdi və eyni zamanda, onun baxışları həm dövlətin, həm də dominant KİV-lərin baxışları ilə getdikcə fərqlənirdi.[15] Toda həbsdə ikən elədiyi araşdırmalar artıq Soka Qakkai ideologiyasının tərkibi hissəsi olmuş. Bu dövrdə qurum Daibyaku Renge (大白蓮華) adlı aylıq jurnalı və Seikyo Shimbun qəzetini buraxmağa başlayıb. Bunların məqsədi aktiv gənclərin hərəkətə cəlb etmək idi. Belə cavanlardan biri Daisaku İkeda idi.[16][17]

1951–1958 illərin arası bəzən "Böyük təbliğat kampaniyası" adlanılır. O zaman hərəkətin üzvlüyü ildən-ilə ikiqat və ya üçqat artırdı.[18] Təbliğatın əsas alətindən biri müzakirə görüşləri (座談会; dzadankai) idilər.[19]

İkeda ilk dəfə 1947-ci ilin avqustun 14-də hərəkətin müzakirə görüşünü ziyarət edib. Bundan 10 gün sonra, avqustun 24-də o, artıq hərəkətə qoşulub, 1949-cu ilin yanvarında isə Todanın nəşriyyatında cavanlar üçün nəzərdə tutulmuş jurnalın baş redaktor roluna təyin olunub. Beləliklə, İkeda əvvəl Todanın sağ əli, sonra isə onun hələfi olmuş.[20]

İkeda 1960-cı ildə hərəkətin yeni prezidenti olan kimi onu beynəlxalq səviyyəsinə gətirməyə uğurunda işini başlayıb. 60-cı illərdə Soka Qakkai həmçinin Yapniyanın daxilində genişlənib.[21]

Soka Qakkai adı ancaq hərəkətinin Yaponiya şöbəsinə aiddir. Soka Qakkai ilə başqa ölkələrdəki şöbələr birlikdə Soka Gakkai International qurumu təşkil edir.[22]

Prezidentlərin siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Tsunesaburo Makiquçi – (18 noyabr 1930 – 2 may 1944)
  2. Cosei Toda – (3 may 1951 – 2 may 1960)
  3. Daisaku İkeda – (3 may 1960 – 24 aprel 1979) + (Soka Gakkai International qurumun Fəxri Prezidenti: 1979 – günümüz)
  4. Hiroşi Hoco – (24 apre 1979 – 18 iyul 1981)
  5. Einosuke Akiya – (18 iyul 1981 – 9 noyabr 2006)[23]
  6. Minoru Harada – (9 noyabr 2006 – günümüz)[23]

Soka Gakkai International 12 million üzvü olan,[24] dünyanın ən böyük buddist təşkilatı olduğu iddia olunur.[25]

Anne Mette Fisker-Nielsen yazır ki, Yaponiya cavanlarının təxminən 7–8%-i Soka Qakkai üzvləridir.[26]

1957-ci ilin sentyabrın 8-də Cosei Toda elədiyi çıxışında nüvvə silahların ləğv olunmasına çağırış edərək, hərəkətin cavan üzvlərindən bu ləğvin uğurunda iş aparmağa xahiş edib. Bu çıxış hərəkətin pasifist aktivizminin başlanğıc nöqtəsi sayılır.[27]

Hərəkətin üzvləri 1964-cü ildə Komeito adlı mərkəz sağçı mühafizəkar siyasi partiyasını qurublar.[28] Hərəkətdən rəsmən azad olan bu partiya seçkilər zamanı Soka Qakkai üzvlərinin dəstəyindən fayda alır. 1999–2009 illərin arasında Komeito LDP ilə birgə koalisiya şəkildə hökumətdə idi.[29]

Hərəkətə aid olan Seikyo Shimbun (聖教新聞; müqəddəs təlib qəzeti) 2014-cü ildə ölkənin 3-cü ən çox satılan gündəlik qəzeti idi (5,5 million nüsxə).[30]

  1. "Significant Events in Daisaku Ikeda's Life". 2018-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  2. "History of the Soka Gakkai". SGI Quarterly. Soka Gakkai International. 2017-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-14.
  3. Fisker-Nielsen, Anne Mette. Religion and Politics in Contemporary Japan. Routledge. 2012. səh. 34.
  4. Seager, Richard. Buddhism In America. New York: Columbia University Press. 2012. səh. 92. ISBN 978-0-231-15973-9.
  5. Strand, Clark. Waking the Buddha. Santa Monica, CA: Middleway Press. 2014. səh. 74. ISBN 978-0-9779245-6-1.
  6. Seager, Richard. Buddhism In America. New York: Columbia University Press. 2012. səh. 92. ISBN 978-0-231-15973-9.
  7. Dobbelaere, Karel. Soka Gakkai: From Lay Movement to Religion. Studies in Contemporary Religion. Urbain, Olivier tərəfindən tərcümə olunub. Leumann (Torino), Italy: Signature Books/CESNUR. 1998. ISBN 978-1-56085-153-0.
  8. Dawson, Lorne L. "The Cultural Significance of New Religious Movements: The Case of Soka Gakkai". 62 (3). 2001. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12. p. 343
  9. Levi McLaughlin, Handbook of Contemporary Japanese Religions, Brill Handbooks on Contemporary Religion, ISBN 978 90 04 23435 2, page 282
  10. Hammond, Phillip E.; Machacek, David W. Soka Gakkai in America: accommodation and conversion (Reprinted.). Oxford [u.a.]: Oxford University Press. 1999. ISBN 978-0198293897.
  11. Kisala, Robert. Soka Gakkai: Searching for the Mainstream // Lewis, James R.; Aagaard Petersen, Jesper (redaktorlar ). Controversial New Religions. Oxford University Press. 2004. 141–142.
  12. "People's Decade. History". 2021-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  13. Murata, Kiyoaki. Japan's New Buddhism: An Objective Account of Soka Gakkai. New York & Tokyo: Walker/Weatherhill. 1969. səh. 89. ISBN 978-0834800403. Toda 'was burning with a desire for vengeance--not against the militarist government of Japan but against an invisible enemy who had caused his own suffering of more than two years as well as his teacher's death in jail and agony to tens of millions of his fellow countrymen.'
  14. Palmer, A. Buddhist Politics: Japan's Clean Government Party. Springer Science & Business Media. 2012. səh. 6. ISBN 978-9401029964. Toda's experience in prison had also been one of much suffering, including (it is reported) malnutrition, tuberculosis, asthma, heart trouble, diabetes, hemorrhoids and rheumatism. Besides breaking him physically, his imprisonment and the war had destroyed him financially.
  15. Fisker-Nielsen, p. 44
  16. Bethel, Dayle M. Makiguchi the value creator : revolutionary Japanese educator and founder of Soka Gakkai (1st paperback). New York: Weatherhill. 1994. 91–3. ISBN 978-0834803183.
  17. Offner, Clark B. Modern Japanese Religions: With Special Emphasis Upon Their Doctrines of Healing. New York: Twayne Publishers. 1963. 101–102.
  18. White, James W. (1970). The Sōkagakkai and mass society. Stanford, Calif.: Stanford University Press. ISBN 9780804707282. p. 303
  19. Stone, Jacqueline. "Rebuking the Enemies of the Lotus: Nichirenist Exclusivism in Historical Perspective" (PDF). Japanese Journal of Religious Studies. 21/2-3. 1994: 231–259. 2017-08-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-23.
  20. "Arxivlənmiş surət" (PDF). 2021-06-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-22.
  21. "Bharat Soka Gakkai. History". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  22. Handbook of Contemporary Japanese Religions, p. 269
  23. 1 2 "Minoru Harada appointed as Soka Gakkai President". Soka Gakkai International. 18 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
  24. Soka Gakkai International. "What is SGI?". sgi.org. 1 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2013.
  25. "Tricycle. Faith in Revolution". 2018-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.
  26. Fisker-Nielsen, p. 1
  27. "Soka Gakkai. History of the Soka Gakkai". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  28. Matsutani, Minoru. "Soka Gakkai keeps religious, political machine humming". The Japan Times, Ltd. 2 December 2008. 11 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2019.
  29. Fisker-Nielsen, p. 1
  30. Matsutani, Minoru, Soka Gakkai keeps religious, political machine humming, Tokyo, Japan: Japan Times, 2014