Nikos Maxlas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nikos Maxlas
yun. Νικόλαος Μαχλάς
Ümumi məlumatlar
Doğum tarixi 16 iyun 1973(1973-06-16)[1][2][…] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı Yunanıstan Yunanıstan
Boyu 183 sm
Çəkisi 73 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
Yunanıstan OFİ Krit
Klub karyerası[* 1]
1990—1996 Yunanıstan OFİ Krit 154 (48)
1996—1999 Niderland Vitess 92 (60)
1999—2003 Niderland Ayaks 74 (38)
2002—2003  İspaniya Sevilya 14 (2)
2003—2004 Yunanıstan İraklis Saloniki 26 (10)
2004—2006 Yunanıstan OFİ Krit 52 (21)
2006—2008 Kipr APOEL 51 (17)
Milli yığma[* 2]
1993—2002 Yunanıstan Yunanıstan 61 (18)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Nikos Maxlas (16 iyun 1973[1][2][…], İraklion) — futbolçu.

Karyerasının üç ilini "Vitess"ə həsr edən Nikos Maxlas komandası üçün dövrünün əvəzedilməz siması olub. Çıxış etdiyi 36 ayda "Vitess"in uğurları üçün 60 qol vuran yunan hücumçu az iş görməyib və insafən deyək ki, müsbət imic formalaşdırıb. Vurduğun qolların böyük hissəsi 1997/1998-ci illər mövsümünə (34 qol) təsadüf edir. Bir il sonra onun "Ayaks"a transfer edilməsi uzun müddət gündəmdən düşmədi. Hətta "Vitess" rəhbərliyi Maxlasın komandadan getməsinin əleyhinə idi. Amma yekun qərar qəbul edən futbolçu 1999-cu ildə "Ayaks"la razılığa gəlib. Transferin məbləğini isə 7,5 milyon dollar təşkil edib. Ki, "Ayaks"ın indiyə qədər transferə sərf etdiyi ən böyük məbləğdir. Amsterdam klubu hələ heç vaxt futbolçu gətirilməsinə bu qədər pul xərcləməyib. Bir adət olaraq, yunan forvard hər mövsümdə 10-dan az qol vurmayıb. Buna baxmayaraq, futbolçu "Ayaks"da uzun müddət qalmayıb. Maliyyə məsələsini əsas gətirən Nikos komandadan ayrılıb. 35 yaşlı hücumçu hazırda karyerasını Kipr "Apoel"ində davam etdirir.

  1. 1 2 Nikolaos Machlas // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Nikos Machlas // FBref (çd.).