Nəbahat Çehrə
Nəbahat Çehrə | |
---|---|
Doğum tarixi | 15 mart 1944 (80 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, televiziya aktrisası, müğənni, model[d] |
Fəaliyyət illəri | 1959-cu ildən |
IMDb | ID0959872 |
Vikianbarda əlaqəli mediafayllar |
Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası[2]
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır. Nəbahat Çehrənin "Büklüm büklüm" adlı mahnısı məşhurdur. Bəstəsi Sezen Aksuya aid olan bu mahnı haqqında Çehrə "1980-ci illərdə hörmətli Sezen Aksuya aid olan mahnını səsləndirdim. Hazırladığım albom və oxuduğum mahnı birinci yerə yüksəldi" demişdir.[3][4]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Yaban gülüm (1961)
- Memnu Meyva (1962)
- Məchula gedənlər (1962)
- Gümüş boyunbağı (1962)
- Eşq gözləyir (1962)
- Acı həyat (1962)
- Qanun qanundur (1962)
- Əsir quş (1962)
- Sevimli serseri (1962)
- İki Vətənli qadın (1963)
- Çiçəksiz bağça (1963)
- Barıt çəlləyi (1963)
- Avanta Kamal (1964)
- İki il məktəb tətili (1964)
- Gözəllər qumsalı (1964)
- Nəhəng adam (1964)
- Kral dostum (1964)
- Bağışlamayan qadın (1964)
- Kamalı Zeybək (1964)
- Ləkəli eşq (1964)
- Dağ başını duman almış (1964)
- Dağların oğlu (1965)
- Silaha and içmişdim (1965)
- Sürücünün qızı (1965)
- Qardaş bəlası (1965)
- Mələk üzlü canilər (1965)
- Silahların səsi (1965)
- İçimizdəki boşluq (1965)
- Doqquz canlı adam (1965)
- Aslanların qayıdışı (1966)
- Yalnız adam (1966)
- İntiqam fırtınası (1966)
- Böyük intiqam (1966)
- Döyüşmək şərt oldu (1966)
- Əşrəfpaşalı (1966)
- Yeddi dağın aslanı (1966)
- Fəlakət quşu (1967)
- Çirkin kral bağışlamaz (1967)
- Hacı Murad gəlir (1968)
- Qorxusuz qərib (1968)
- Eşqlərin ən gözəli (1968)
- Qızıl maska (1968)
- Torpağın gəlini (1968)
- Zorronun intiqamı (1969)
- Zorronun qara qamçısı (1969)
- Bəxtsiz gəlin (1969)
- Sürgünlər (1969)
- Çirkli üzlü mələk (1969)
- Tikanlı həyat (1969)
- Çılğınlar cəhənnəmi (1969)
- Ölüm şərt oldu (1969)
- Aprel yağışı (1969)
- Namus fədaisi (1969)
- Bir çirkin adam (1969)
- Adsız cəngavər (1970)
- Yaşamaq üçün öldürəcəksən (1970)
- Günahsız qatillər (1970)
- Əcəlin kölgəsində (1970)
- Ana kimi yar olmaz (1970)
- Sürgündən gəlirəm (1971)
- İntiqam qartalları (1971)
- Alçaqlar cəhənnəmə gedər (1972)
- Eyni yolun yolçusu (1972)
- Beş toyuq bir xoruz (1974)
- Yarış (1975)
- Günəşdəki ləkə (1986)
- Köhnə sevdalar kimi (1987)
- Yaşamaq (1988)
- Yeni həyat (2001)
- Gülüm (2002)
- Zalım (2002)
- İyun gecəsi (2004-2006)
- Candan ötə (2006)
- Dünən gecə bir yuxu gördüm (2006)
- Payız sancısı (2008)
- Aşk-ı Memnu (2008-2010)
- Möhtəşəm əsr (teleserial, 2011) (2011-2012)
- EŞQ (2013)
- Haram pul və eşq (2014)
- Qanlı Yanvar (film, 2015)
- Yuvamdakı düşmən
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.hurriyet.com.tr/kelebek/magazin/yilmaz-guneyin-eski-esi-nebahat-cehre-kimdir-kac-yasinda-41346930.
- ↑ "Nebahat Çehre ~ Sinematurk.com". web.archive.org. 2012-08-09. Archived from the original on 2012-08-09. İstifadə tarixi: 2024-10-02.
- ↑ "GEÇ KALMIŞ BİR NEBAHAT ÇEHRE". Milliyet (türk). 2011-10-16. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ "SABAH - 02/03/2005 - 30 yıl önce 30 yıl sonra". arsiv.sabah.com.tr. İstifadə tarixi: 2024-10-02.[ölü keçid]