Macarıstan Milli Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milli muzeyin binası
Macarıstan Milli Muzeyi, Budapeşt

Macarıstan Milli Muzeyi (mac. Magyar Nemzeti Múzeum) — 1802-ci ildə təsis edilən və Macarıstanın tarixinə, incəsənətinə və arxeologiyasına, eləcə də, müasir dövrdə Macarıstanın sərhədlərinə daxil olmayan Transilvaniya kimi ərazilərinə aid maddi mədəniyyət nümunələrini özündə əks etdirən muzey. Muzeyin binası 1837-40-cı illərdə memar Mixai Pollakın memarlığı ilə neoklassik üslubda inşa edilmişdir.

Əsas pilləkanları

Macarıstan Milli Muzeyinin yaranma tarixi 1802-ci ildə Ferenç Seçeninin Macarıstan Milli Kitabxanasının əsasını qoyduğu vaxtdan hesablanır. Muzey kitabxana yaranandan bir il sonra Seçenin həyat yoldaşının minareal kolleksiyasını oraya təqdim etməsi ilə formalaşmışdır. Bu, Macarıstan Milli Muzeyinin ümumi və təbii tarix muzeyi kimi yaradılmasına gətirib çıxardı. 1807-ci ildə Macarıstan Milli Parlamenti yeni qurum haqqında qanunvericiliyi qəbul etdi və macar xalqından muzeyə vəsaitlər bağışlamasını xahiş etdi.

1832-1834-cü illərdə Macarıstan Parlamenti də muzeyin böyüməsinə kömək etdi. Parlament muzey üçün yeni binanın tikintisinə yardım etmək üçün yarım milyon avro ayrılmasının lehinə səs verdi. Bu dövrdə Macarıstan Milli Tarix Muzeyi rəsmi olaraq Macarıstan Milli Muzeyinin nəzdində yaradıldı. Sonralar 1846-cı ildə muzey indiki ünvanına köçürüldü. Burada muzey Mixai Pollakın memarlığı ilə neoklassik üslubda inşa edilmişdir.

Macarıstan Milli Muzeyi 1848-ci ildə Macarıstan inqilabında böyük rol oynadı. İnqilab muzeyin giriş pilləkanlarında Şandor Petöfinin və məşhur şair Nemzetinin çıxışı ilə daha da gücləndi. Bu muzeyin Macarıstan üçün böyük bir milli sərvət kimi tanınmasına kömək etdi. İnqilabın xatirəsini əbədiləşdirmək üçün muzeyə iki dənə heykəl əlavə etdilər. Birinci heykəl Yanoş Arana, digəri isə Şandor Petöfiyə aid idi. Bununla yanaşı, bu dövrdə Parlamentin yuxarı palatası muzeyin zalında iclaslar keçirmişdir. Parlamentin yeni binası inşa edilənə qədər bu ənənə davam etdi. Bu gün 1848-ci ildə baş verən Macarıstan İnqilabının ildönümü mərasimləri qarşısında keçirilir.

1949-cu ildə Macarıstan Milli Muzeyinin etnoqrafik və təbii tarixi hissəsinin əsas muzeydən ayrılması və indiki Macarıstan Təbiət Tarixi Muzeyi və Etnoqrafik Muzeyi adı altında yaradılması haqqında qanun qəbul edildi. Bu da Seçeni adına Milli Kitabxananın yaradılmasına kömək etdi. Bu ayrı-ayrı muzeylər hələ də bir-biri ilə əlaqəli fəaliyyət göstərir və zamanla digər muzeylər və abidələr də onlarla qarşılıqlı işləyirlər. Onlara qoşulan ən son muzey 1985-ci ildə Eserqomdakı Qala muzeyidir.

Macarıstan Milli Muzeyində 7 davamlı sərgi var.

Macarıstan Milli Muzeyinin hazırda yerləşdiyi bina 1837-1847-ci illərdə inşa edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]