Mattias Şvayqhöfer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mattias Şvayqhöfer
alm. Matthias Schweighöfer
Mattias 2019-ci ilin Berlinale kinofestivalında
Mattias 2019-ci ilin Berlinale kinofestivalında
Doğum tarixi (43 yaş)
Doğum yeri Anklam, Meklenburq-Ön Pomeraniya, Almaniya Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Partnyoru
  • Ruby O. Fee[d] (2019–)
Fəaliyyəti Aktyor
rejissor
ssenari müəllifi
Fəaliyyət illəri 1998— Bu günə kimi
Təhsili
  • Berlin Dramatik İncəsənət Akademiyası[d]
IMDb ID0777788
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mattias Şvayqhöfer (alm. Matthias Schweighöfer‎; doğ. 11 mart 1981) — Almaniyalı kino aktyor və rejissor.

Mattias keçmiş ADR-in Anklam şəhərində anadan olmuşdu[1]. O aktyor cütlüyü olan Mixael və Gitta Şvayqhöferin oğludur. Artıq yeniyetməlik yaşında Mattias ciddi şəkildə teatrla maraqlanır; onun arzularından biri də səhnə təcrübəsi toplamaq idi. Xemnitz şəhərində yerləşən Dr.-Wilhelm-André Gimnaziyasından "yetkinlik attestatı" aldıqdan sonra, Mattias "Ernst Buş" adına teatr və mədəniyyət universitetinə qəbul olur, lakin bir ildən sonra Mattias orada təhsilini dayandırır.

1997-ci ildə, Mattias rejissor Andreas Drezenin Raus aus der Haut telefilmində rol alır. Debüt rol ona 2001-ci ildə ekranlaşdırılmış Herz im Kopf filmi gətirdi. 2003-cü ildə Mattias Nora Çirnerlə birgə Solo albom filmində baş rola çəkilir, bu rol ona Almaniyada məşhurluq gətirir. O vaxtdan Şvayqhöfer bir çox alman və beynəlxalq film istehsal edən şirkətlərlə çalışırdı, eləcə də Almaniya teatrlarında yaxşı nüfuza malik idi. O həmçinin ən istedadlı gənc aktyor qismində Qızıl Kamera Bembi mükafatlarına layiq görülmüşdü.

2009-cu ildə o Yoko Vinterşaydt, moda dizayneri Kilian Kerner və musiqi prodüseri Sebastian Radlmeierlə birgə German Garment adlı Moda leyblını yaratmışdı[2]. 2010-cu ildən Şvayqhöfer artıq həm də rejissor kimi çalışır. Onun rejissor qismində ilk işi komediya janrında çəkilmiş What a Man filmi ilə başlayır; o burada həmçinin həmmüəllif, baş rolların ifaçısı və film şirkəti sayılan Pantaleon Films'də birgə istehsal üzrə əməkdaşı qismində çıxış etmişdi[3]. 2011-ci ilin avqust ayında film Almaniya kinoteatrlarında nümayiş olunur. Ümumilikdə Almaniyada filmi 1,8 milyon insan seyr etmişdi. 2013-cü ilin yanvar ayının 10-da Mattiasın rejissorluğu və baş rolu ilə Ayrılmağa kömək edərik adlı ikinci bədii filmi nümayiş olunur. Film yenə də Pantaleon Films şirkəti tərəfindən ekranlaşdırılır[4].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mattias 2000-ci ildə Berlin şəhərinə köçür, lakin artıq 2009-cu ildə o sevgilisi ilə birgə Brandenburqda yerləşən "Firzaythof" (alm. Vierseithof‎) fermasında məskunlaşır[5]. Özəl müsahibələrdə o daha çox Berlin dialektində danışmağı üstün tutur[5][6][7]. Mattias 2004-cü ildən 2012-ci ilə qədər rejissor assistenti Anjelika Şrom ilə əlaqədə olub və bu birgə həyatdan cütlüyün bir qızı da var[8]. 2013-cü ilin oktyabr ayında ZDF-Show kanalında yayımlanan "Wetten, dass..?" proqramında Mattias yenidən ata olacağını bildirir. 2012-ci ildən Mattiasın mum fiquru Berlində yerləşən Madam Tüsso muzeyində rəsmən eksponatlar içərisinə daxil olur[9].

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Boyu 180 sm
  • Təmiz fransız və ingilis dillərində danışa bilir.
  • Fortepiano və skripkada çala bilir.
  • Poema yazmağı sevir, onun pərəstiş etdiyi müəllif — Maks Frişdir.
  • İdman növlərindən qaçış və üzgüçülüyü çox sevir.
Filmlər
İl Ad Rol
2001 Herz im Kopf Dirk
2002 Nachts im Park Tom
2002 FearDotCom
2002 Dostlar, rəfiqələr Gregor
2003 Solo albom Ben
2003 99-cu ilin məktəbi, şagirdlər dünən və onların həyatı bu gün Felix
2004 Kammerflimmer Paul Crash Partenheimer
2004 Gold – The Tulse Luper Suitcases
2005 16. Kombat Daniel
2005 Mavigözlü Polli Ronald "Ronny" Helske
2007 Vəhşi həyat Rainer Langhans
2007 Fata Morgana Daniel
2007 Qulaqsız dovşan Moritz
2008 Qırmızı baron Manfred von Richthofen
2008 Valkiriya əməliyyatı Franz Herber
2008 Memar Jan Winter
2009 Gecə qatarı Frankie
2009 İkiqulaqlı cücə Moritz
2009 12 metrə başsız Gödeke Michels
2009 Must Love Death
2010 Dostluq! Tom
2010 3faltig Christl
2011 What a Man Alex
2011 Aşiq qadın Aleksander Honk
2012 Rus diskotekası Wladimir
2013 Ayrılmağa kömək edərik Paul Voigt
2013 Kokowääh 2 Matthias Schweighöfer
2013 Frau Ella Sascha

Qısametrajlı filmlər

[redaktə | mənbəni redaktə et]
  • 2000: 3 Tage 44
  • 2000: Mein Freund, seine Mutter und die Elbe
  • 2001: Ballett ist ausgefallen
  • 2005: Hypochonder
  • 2005: Happy End
  • 2005: Der blaue Affe

Səsləndirmə/Sinxron

[redaktə | mənbəni redaktə et]
  • 2003: True (Kurzfilm – dt. Synchronstimme)
  • 2005: Weiße Raben – Alptraum Tschetschenien (Sprecher)
  • 2010: Sammys Abenteuer animasiya filmi – "Sammy" animasiya filminin sinron səsləndirilməsi
  • 2013: Qulaqsız dovşan və İkiqulaqlı cücə Animasiya filminin sinxron səsləndirilməsi

Musiqi videoları

[redaktə | mənbəni redaktə et]
  • 2004: Die LewinsGita Lehr
  • 2005: Meene KleeneAriane Grundies
  • 2005: Lieb michTorsten Feuerstein
  • 2005: BaalBertolt Brext
  • 2006: Der Schatten des WindesCarlos Ruiz Zafon
  • 2007: Schöne VerhältnisseEdward St Aubyn
  • 2008: SlamNick Hornby
  • 2008: Die TraumnovelleArthur Şnitzler

Bembi Mükafatı

  • 2007: Bester männlicher Hauptdarsteller, national
  • 2013: in der Kategorie Film national für Schlussmacher

Bayerischer Filmpreis

  • 2005: Bester Nachwuchsschauspieler für die Rolle des Crash in Kammerflimmern

de:Berliner Bär (B.Z.-Kulturpreis)

  • 2013: Kategorie: Film/Regie

Deutscher Fernsehpreis

  • 2001: Bester Nachwuchsdarsteller für die Rolle des Ben in Verbotenes Verlangen

DIVA-Award

  • 2006: Schauspieler des Jahres für Kammerflimmern, Schiller, Polly Blue Eyes

Baden-Baden Beynəlalq Film Festivalı

  • 2004: Sonderpreis der Jury für herausragende darstellerische Leistungen in Kalter Frühling und Baal

Goldene Henne

  • 2012: Publikumspreis – Schauspiel

Qızıl kamera

Grimme Mükafatı

  • 2003: für seine Rolle als Gregor in dem Film Die Freunde der Freunde

Günter-Strack-Fernsehpreis

  • 2002: Bester Nachwuchsschauspieler für die Darstellung des Jacky Bräutigam im TatortGewaltfieber

New Faces Award

  • 2003: Bester Schauspieler für die Rolle des Ben in Soloalbum

Undine Mükafatı

  • 2005: Bester jugendlicher Schauspieler in einem Fernsehfilm
  • 2007: Bester jugendlicher Hauptdarsteller in einem Kinospielfilm für Das wilde Leben

Hessischer Fernsehpreis

Video Champion

  • 2010: Artist Award

Romy

  • Matthias Schweighöfer im Gespräch mit Béatrice Ottersbach: Die Seele muss etwas zu erzählen haben. In: Béatrice Ottersbach, Thomas Schadt, Nina Haun: Schauspieler-Bekenntnisse. UVK Verlagsgesellschaft, Konstanz 2007, ISBN 978-3-89669-685-4.
  1. Tagesspiegel: Schweighöfer spielt Literaturkritiker: Der junge Reich-Ranicki Arxivləşdirilib 2019-01-05 at the Wayback Machine (5. April 2009)
  2. "German Garment" — Wenn vier Freunde Mode machen Arxivləşdirilib 2016-11-30 at the Wayback Machine. welt.de. Abgerufen am 5. Mai 2012
  3. What a Man Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine bei Filmportal.de
  4. Schlussmacher Arxivləşdirilib 2020-11-13 at the Wayback Machine bei mediabiz.de
  5. 1 2 Frankfurter Allgemeine Zeitung: Matthias Schweighöfer: "Ich gehe nie auf Partys" Arxivləşdirilib 2022-01-09 at the Wayback Machine (17. Februar 2010)
  6. Frankfurter Rundschau: Matthias Schweighöfer: "Ich habe hier immer tolle Zeiten" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (25. August 2011)
  7. Hamburger Abendblatt: Matthias Schweighöfer: Himmelsstürmer mit Bodenhaftung Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine (14. Januar 2010)
  8. Trennung — Matthias Schweighöfer ist wieder solo Arxivləşdirilib 2012-05-03 at the Wayback Machine. spiegel.de. Abgerufen am 5. Mai 2012
  9. Madame Tussauds Berlin Arxivləşdirilib 2013-12-22 at the Wayback Machine bei madametussauds.com