Məhəmməd Kallon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd Kallon
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Kenemo Syerra Leone
Vətəndaşlığı
Boyu 1,76 m
Çəkisi 71 kq
Mövqeyi hücumçu
Vəzifəsi Hücumçu
Karyerası
Syerra Leone
Klub karyerası[* 1]
1993 Syerra-Leone Old Edwardians 13 (4)
1994—1995 Livan Tadamon Sour 24 (15)
1995 İsveç Spania 24 (15)
1995—1997 İsveçrə Luqano 18 (1)
1997 İtaliya Boloniya 2 (0)
1998 İtaliya Cenoa 26 (10)
1998—2004 İtaliya İnternasional FK 42 (14)
1998—1999  İtaliya Kalyari 26 (6)
1999—2000  İtaliya Reccina 30 (11)
2000—2001  İtaliya Viçenza 24 (8)
2004—2007 Fransa Monako 48 (13)
2005—2006  Səudiyyə Ərəbistanı Əl-İttihad 26 (12)
2008 Yunanıstan AEK Afina 8 (2)
2008 Birləşmiş Ərəb Əmirlikləri Əl-Şahab 4 (1)
2009 Syerra-Leone Kallon 11 (2)
2010 Çin Şensi Çanba 21 (7)
2011—2014 Syerra-Leone Kallon ? (?)
Milli yığma[* 2]

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Məhəmməd Kallon (5 oktyabr 1979) — Syerra Leone futbolçusu.

Peşəkar karyerasına 1994-cü ildə qara qitədə başlayan Kallon 1995-ci ildə Avropaya üz tutaraq, İnter Milan klubu ilə anlaşıb, lakin heyətində gənc futbolçuya yer tapmayan milanlılar qarşıdakı dörd ildə onu İsveçrənin Luqano, İtaliyanın Boloniya, CenoaKalyari klublarına icarəyə verib. 1999-cu ildən 2001-ci ilədək ReccinaViçenzada oynadıqdan sonra İnterə dönüb. 2004-cü ilədək Milan klubunda çıxış edib və bu dəfə Fransaya üz tutub. 3 ildə Monakounun formasını geyindikdən sonra Səudiyyə Ərəbistanının Əl-İttihad, Yunanıstanın AEK AfinaBirləşmiş Ərəb Əmirliklərinin Əl-Şahab klublarında çıxış edib. Bu ilin əvvəlində isə vətəni Syerra Leoneyə dönüb. 30 min dollara ölkəsində futbol klubu alıb və öz adını ona verib. Demək olar ki, karyerasını başa vuran, yalnız həvəskar səviyyədə oynayan Kallon 2004-cü ildə İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Buna səbəb isə onun dopinq qəbul etməsi olub. Bu səbəbdən o, 8 ay futboldan kənarda qalıb.[1]

  1. "Məhəmməd Kallon Azərbaycana gəlir". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-22.