Logo (proqramlaşdırma dili)

Vikipediya, azad ensiklopediya
(Loqo səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Logo
Paradiqmalar Refleksiya
Yaradılma tarixi 1967
Müəlliflər Seymur Peypert
Tərtibatçılar Seymur Peypert
Təsirlənib Lisp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Logo – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. Loqo genişlənəbilən dildir; yəni proqramlar mövcud olan deyimlərə əsaslanaraq təyin olunmuş deyimlərdən qurulur.

Yəni: "Ekranı təmizlə (və bağanı mərkəzə yerləşdir), 50 addım (vahid) irəli (yuxarı) get, 90 dərəcə dön, 50 addım irəli get, 90 dərəcə dön və s.". LOQO tədris dili hesab olunsa da, bəzi firmalar onu daha geniş yaymağa çalışmışlar.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.