Ox (IV mövsüm)
IV Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 23 |
Ekranlaşdırma | |
Orijinal kanal | The CW |
Orijinal efir | 7 oktyabr 2015 | – 25 may 2016
Mövsüm xronologiyası | |
← Əvvəlki III mövsüm Sonrakı → V mövsüm | |
Ox teleserialının seriyaları |
“Ox” teleserialının dördüncü mövsümünün premyerası The CW telekanalında 7 oktyabr 2015-ci ildə baş tutmuş, 23 seriyalı mövsümün son seriyası 25 may 2016-cı ildə efirə verilmişdir. Dördüncü mövsümdə serialın şouranneri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. Dördüncü mövsümdə əsas diqqət Ox komandasının Demien Dark və onun terror təşkilatı ilə mübarizəsi üzərində cəmlənmişdir.
Dördüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür. Felisiti onun metainsan olduğunu düşünsə də, Oliver bu dəfə magiya ilə qarşılaşdıqlarını deyir. Tezliklə komanda cinayətkar dəstəyə Demien Dark adlı şəxsin rəhbərlik etdiyini öyrənir.
Rollarda
[redaktə | mənbəni redaktə et]
Əsas heyət[redaktə | mənbəni redaktə et]
|
İkinci heyət[redaktə | mənbəni redaktə et]
|
Qonaq ulduzlar
[redaktə | mənbəni redaktə et]- Paolo Mayolo - Alvarez
- Ceri Rayan - Cessika Denfort
- Tiera Skovbye - Medison Denfort
- J. R. Borne - Ceremi Tell
- Karmen Mur - Mina Fayad
- Rutina Uizli Liza Vorner / Ladi Kop
- Zoran Vukeliç - Vlad Venediktov
- Anna Hopkins - Samanta Kleyton
- Cek Mur - Uilyam Kleyton
- Ceyms Kidni - Milo Armitaj
- Linda Boyd - Faedra Nikson
- Erik Palladino - Coyner
- Nataşa Geyli - Mesi Natifa / Taliba
- Selina Jade - Şado
- Rila Fukuşima - Tatsu Yamaşiro / Katana
- Venus Terzo -Dr. Eliza Şvartz
- Reyçel Lattrell - Rozi
- Deniel Kadmor - Ceykhammer
- Mark Trottyer - Hardhat
- Emi Qumenik - Kerri Katter / Kupidon
- Edrian Holms - leytinant Frenk Pike
- Deni Alvardo - Şennon Qroff
- Preston Vanderslays - Bleyni Qroff
- Edrian Qlinn MakMorran - Maykl Amar / Murmur
- Emili Kinni - Bri Larvan
- Medison MakLaflin - Evelin Şarp/ Qara bülbül
- Aleks Kinqston - Dayna Lens
- Qabriella Rayt - Esrin Fortuna
- Vinni Cons - Deniel "Denni" Brikuell / "Kərpic"
- Nolan Cerard Fank - Kuper Seldon
- Qrant Qastin - Barri Allen / Fleş
- Mett Rayan - Con Konstantin
- Karlos Valdes - Sisko Ramon
- Daniella Panabeker - Keytlin Snou
- Kasper Kramp - Vandal Sevec
- Falk Henşel - Karter Holl / Qırğı-adam
- Siara Rene - Kendra Sanders/ Qırğı-qız
- Kolton Heyns - Roy Harper / Arsenal
- Meqalin Eçikanvoke - Mari MakKeyb/ Viksen
Seriyalar
[redaktə | mənbəni redaktə et]Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
70 | 1 | Yaşıl Ox | Tor Froydental | Hekayə: Qreq Berlanti və Bet Şvartz Ssenari: Mark Quqqenheym və Vendi Merkil | 7 oktyabr 2015 | 3J5801 | 2,67[1] |
Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Bu arada, Oliver Felisitiyə evlənmək təklif etməyə hazırlaşsa da, sonradan fikrini dəyişir. Ox komandası özlərini “ruhlar” adlandıran cinayətkarların qərargahını aşkara çıxarırlar. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür. Felisiti onun metainsan olduğunu düşünsə də, Oliver bu dəfə magiya ilə qarşılaşdıqlarını deyir. Onlar cinayətkar dəstənin qatarı partlatmağı planlaşdırdığını aydınlaşdırırlar. Oliverə yeni kostyum verilir və onlar Diqlla birlikdə cinayətin qarşısını almağa gedirlər. Qatarda Oliver “ruhlar”ın lideri ilə qarşılaşır və onun Ras al-Quldan adını eşitdiyi Demien Dark olduğunu öyrənir. Oliver komandaya Darkın kim olduğunu danışır, Diql isə Dedşota onun qardaşını öldürməyin məhz Dark tərəfindən sifariş edildiyini başa düşür. Dark kapitan Lensi ona kömək etməyə məcbur edir. Fleşbekdə göstərilir ki, Amanda Uoller Oliverə növbəti tapşırıq verərək onu yenidən Lian Yu adasına qaytarır. Altı ay sonrakı səhnədə Barri və Oliver qara geyimdə kiminsə məzarı üstündə dayanır. | |||||||
71 | 2 | Namizəd | Con Berinq | Mrk Quqqenheym və Keto Şimizu | 14 oktyabr 2015 | 3J5802 | 2,50[2] |
Yaşıl Ox. Spidi, Con və Qara bülbül “ruhlar”ın daha bir planını pozur. Felisiti Rey Palmerin şirkətinə geri dönür və işilərin kütləvi şəkildə ixtisara salınmasını görür. Mer olmaq üçün namizədliyini irəli sürmüş missis Denforda hücum edilir və Oliver hücumun qarşısını alır. Oliver Teyanın qəzəbinə nəzarəti itirdiyini müşahidə edir və buna səbəbin Lazar quyusu olduğunu başa düşür. Bir müddət sonra missis Denford Darkın köməkçisi tərəfindən qaçırılır. Lens Oliverə Demien Dark üçün çalışdığını etiraf edir. Teya və Lorel komandadan gizlin Teyanın qəzəbinə dərman tapmaq və Saranı diriltmək üçün Nanda Parbata yola düşür. Oliver Yaşıl Ox kimi mübarizə aparmağın yetərli olmadığını anlayır və merliyə namizədliyini irəli sürür. Fleşbeklərdə Oliverin adada hərbi dəstəyə qoşulması göstərilir. | |||||||
72 | 3 | Bərpa | Vendi Stansler | Vendi Merikl və Spid Uid | 21 oktyabr 2015 | 3J5803 | 2,40[3] |
Merlin Saranın dirildilməsinə razılıq verməyərək bunun pis nəticə verəcəyini bildirir. Yaşıl Oxu aradan götürmək üçün Dark İkiqat mərc adlı caniyə tapşırıq verir. Felisiti başa düşür ki, Oliverə qarşı mübarizə aparan şəxs metainsandır. Diql Oliverə deyir ki, Dedşota onun qardaşını öldürməyi sifariş edən şəxsin axtarışlarına başlayıb. Felisiti və Holt müəyyənləşdirirlər ki, Oliveri öldürməyə çalışan metainsan silah kimi istifadə etdiyi kartları hiss edir və həmin kartlardan biri Felisitidədir. Felisiti Holtu Oxun sığınacağına gətirir və canidən xilas olur. Nanda Parbatda Lorel, Merlin və Teya Saranı diriltməyə çalışırlar. Nisə quyunu doldurur və Merlini öldürməyə and içir. Felisiti gizli mesajlar almağa başlayır. | |||||||
73 | 4 | Günahını təmizləməyə ümidi olmadan | Leksi Aleksandr | Bet Şvartz və Ben Sokolovski | 28 oktyabr 2015 | 3J5805 | 2,64[4] |
Polis kimi geyinən şəxslər Star-sitidə qarətlər törədirlər. Teya və Lorel Saranın dirilməsini hələ də Oliverdən gizlədirlər. Felisiti qəribə mesajlar almağa davam edir. O, buna görə Holtdan şübhələnsə də, sonradan bunların rey tərəfindən ötürülən mesajlar olmasını başa düşür. Lorel dirildilmiş Saranı atasına göstərir. Lens Sara ilə neynəməyi öyrənmək üçün Demien Darkla görüşür və o, Saranı öldürməyi məsləhət görür. Oliver təsadüfən bu görüşdən xəbər tutur. Evə qayıdan Lens Saranı öldürməyə çalışsa da, Lorel ona imkan vermir. Oliver Lensdən Darkla görüşüb onlara məlumat ötürməyi xahiş edir. Növbəti dəfə Saranın saxlanıldığı zirzəmiyə gələn Lorel bacısının orda olmadığını görür. | |||||||
74 | 5 | İzlənilən | Con Bedhem | Brayan Ford Sallivan və Oskar Belderrama | 4 noyabr 2015 | 3J5804 | 2,60[5] |
"Konstantin" teleserialı ilə krossoverdir. Soyğunçular restoran işçisi xanıma hücum edirlər, hadisə yerinə gələn Sara əvvəlcə qızı xilas edir, daha sonra isə ona hücum edir. Kapitan Lens və Lorel bu haqqda məlumat alırlar. Felisiti Holta Rey tərəfindən göndərilən mesajı deşifrə etməyə icazə verir. Oliver kafedə qalmaqal yaradan sirrli qızı tapmağa çalışır. Yaşıl Ox, Spidi və Qara bülbül Saranı tapsa da, o, qaçmağa müvəffəq olur. Lorel və teya Oliverə Saranı diriltdiklərini etiraf etməli olurlar. Felisiti başa düşür ki, Sara Teyanı tapıb öldürməyə çalışır. Yaşıl Ox kömək üçün Con Konstantinə zəng edir. Konstantin deyir ki, Saranın bədəni qaydasında olsa da, ruhu Lazar quyusunun astralında ilişib qalıb. Astral səyahətə yola düşən Lorel və Oliver Saranın ruhunu xilas edərək canına qaytarırlar. Oliver Demienlə mübarizə aparmaq üçün Konstantindən məsləhət istədikdə o, ən yaxşı variantın şəhəri tərk etmək olduğunu deyir. Reyin mesajını deşifrə edən Holt, onun sağ olmasını öyrənir. Fleşbeklərdə Oliver adada Konstantinlə tanış olur. Konstantin hərbiçilərin əlindən qaçır və Oliveri əsir götürür. Birlikdə onlar Cona lazım olan relikviyanı tapırlar. Oliver magiyanın necə işlədiyinin şahidi olur. | |||||||
75 | 6 | İtirilmiş ruhlar | Antonio Neqret | Bet Şvartz və Emilio Orteqa Oldriç | 11 noyabr 2015 | 3J5806 | 2,30[6] |
Məlum olur ki, yarım il əvvəl hamının faciəvi partlayışda həlak olduğunu düşündüyü Rey Palmer əslində sadəcə kiçik ölçüyə kimi balacalaşmışdır. Oliver Aleks Devidlə birlikdə siyasi proqramı üzərində çalışır. Felisiti Reylə əlaqə yarada bilir və başa düşür ki, kiçildikdən sonra əsir düşən rey yenidən öz ölçüsünə qayıda bilmir. Felisitinin anası onun yanına gəlir. Ox komandası Reyin Demien Dark tərəfindən əsir saxlandığını öyrənir. Kapitan Lens Darkın başını qatır, Ox kamandası Reyin harda saxlandığını öyrənir və onu azad edirlər. Yamanın ona pis təsir edəcəyindən qorxan sara başqa şəhərə köçməyə qərar verir. Felisiti Oliveri sevdiyini başa düşür. Kapitan Lens Felisitinin anası ilə tanış olur. Demien Dark planının növbəti hissəsini reallaşdırmağa başlayır. | |||||||
76 | 7 | Qardaşlıq | Ceyms Bemford | Spid Uid və Keto Şimizu | 18 noyabr 2015 | 3J5807 | 2,69[7] |
“Ruhlar” bankdan pul aparan zirehli maşına hücum edirlər. Ox komandası oğurluğun qarşısını almaq istədikdə cinayətkarlar pulu yandıraraq qaçırlar. Con Diql Oliverə Kapitan Lensin onun qardaşı haqqında əldə etdiyi məlumatları göstərir. Rey və Felisiti nəyə görə DNA-larına əsasən “ruhlar”ın kim olduqlarını aşkarlaya bilmədiklərini öyrənməyə çalışırlar. “Ruhlar”la növbəti toqquşma zamanı Ox komandası dəstə üzvlərindən birinin o vaxta kimi Conun ölmüş hesab edilən qardaşı olduğunu başa düşürlər. Demien Dark Lensin onu satmasından şübhələnməyə başlayır. Teyanın görüşünə gələn Malkolm Merlin, qızının qəzəbini azaltmaq üçün ona cinayətkarları öldürməyi təklif edir. “Ruhlar”ın qərargahlarından birinə basqın edən Diql və Yaşıl Ox Darın insanları necə özünə tabe etməsinin şahidi olurlar. Ox dəstəsi Lensin məlumatına əsasən hücuma keçərək Diqlın qardaşı Endini ələ keçirir. | |||||||
77 | 8 | Sabahın əfsanələri | Tor Froydental | Hekayə: Qreq Berlanti və Mark Quqqenheym Ssenari: Brayan Ford Sallivan və Mark Quqqenheym | 2 dekabr 2015 | 3J5808 | 3,66[8] |
"Fleş" teleserialının ikinci mövsümü ilə krossoverdir. Karter və Kendranı müvəqqəti olaraq Vandal Sevecdən gizlətməyə çalışan Ox və Fleş komandaları Sentral-sitinin şəhər kənarında yerləşən evə gəlir. Qanadlarından istifadə edə bilməsi üçün, Karter Kendranı keçmiş həyatını xatırlamağa məcbur etməyə çalışır. Barri, Oliver və Merlinlə görüşən Sevec qanadlı cütlüyün təslim edilməyəcəyi təqdirdə Qor əsasının köməkliyi ilə Sentral-siti və Star-sitini məhv edəcəyinni bildirir. Oliver keçmişdə görüşdüyü qız Samanta ilə qarşılaşır və onun oğlunun atası olub-olmamasını öyrənməyə çalışır. Barrinin keçirdiyi test nəticəsində Oliverin oğlunun olması məlum olur. Uşağın anası Oliverdən bunu hər kəsdən gizlətməyi tələb edir və əks halda uşaqla görüşməyə imkan verməyəcəyini bildirir. Nəticədə bu hal, Oliver və Felisitinin münasibətlərinin gərginləşməsinə gətirib çıxarır. Karterin cəhdlərinə baxmayaraq, Kendra keçmişini xatırlayıb döyüşçü qıza çevrilə bilmir. Oliver Sevecə qalib gəlmək üçün plan hazırlasa da, həmin plan baş tutmur və Fleş istisna olmaqla bütün qəhrəmanlar ölürlər. Sevec Sentral-sitini məhv edir. Barri qaçaraq bir gün əvvələ qayıda bilir. O, Oliverə hadisələrin gedişini danışır və onlar başqa plan qurmağa çalışırlar. Bundan sonra Barri Siskonu Kendra ilə danışıb onu ürəkləndirməyə sövq edir, Sisko Kendranın keçmişini xatırlamağa kömək edir. Kendra başa düşür ki, o, Qədim Misirdə yaşamış kahinə Çay-Ayradır, onlar şahzadə Xufu ilə (Karter) birbirlərini sevsələr də, qısqanc rahib Hat-Set (Sevec) onları qətlə yetirmişdir. Bundan sonra Hat-Set sevgililərin ruhunun başqa canlarda dirilməsini təmin edərək hər dəfə onları öldürür və beləcə öz ölümsüzlüyünü təmin edir. Kendra başa düşür ki, Sevecə qalib gəlməyin açarı Qor əsasıdır. Kiçik komanda yerinə bu dəfə Oliver bütün qəhrəmanları döyüşə çağırır. Əsanın gücünü idarə edə bilmək üçün Sisko və Felisiti xüsusi əlcək hazırlayırlar. Bu dəfəki qarşılaşmada Kendra uça və döyüşə bilir. Barri və Oliver Seveci külə çevirmək üçün əsanı istifadə edirlər. Karter və Kendra döyüşdən sonra komandalara minnətdarlıq edərək köçürlər. Oliver və Felisiti isə komanda ilə birlikdə Star-sitiyə qayıdır. Sevecin ona borclu olduğunu düşünən Merlin onun külünü bir qaba yığır. | |||||||
78 | 9 | Qara sular | Con Berinq | Vendi Merikl və Ben Sokolovski | 9 dekabr 2015 | 3J5809 | 2,82[9] |
Star-siti sahillərinin təmizlənməsi üçün Oliverin seçki kompaniyası işə başlayır. Dark sahilə atıcı dronlar göndərərək uşaqları və ordakı insanları atəşə tutur. Buna cavab olaraq Oliver Darkın əslində kim olmasını və cinayətkar dəstəyə rəhbərlik etməsini mətbuata açıqlayır. Dark isə buna cavab olaraq Oliverin təşkil etdiyi ziyafətə gələrək Diql, Felisiti və Teyanı qaçırır. Oliver onunla əlaqə saxlayaraq əsir götüdüyü üç nəfərin yerinə özünü təklif edir. Dark onunla görüşərək gözləri önündə dostlarını öldürməyə çalışsa da, Ox kostyumu geyinmiş Malkolm Merlin və Lorel köməyə gələrək onları xilas edir. Bundan sonra ziyafət zamanı Oliver Felisitiyə evlənmə təklif edir və Felisiti razılaşır. Ziyafətdən çıxan zaman Darın adamları Oliver və Felisitinin olduğu avtomobili atəşə tuturlar və Felisiti ağır yaralanır. | |||||||
79 | 10 | Qan borcu | Cess Varn | Oskar Belderrama və Sara Tarkoff | 20 yanvar 2016 | 3J5810 | 2,83[10] |
Felisitinin bir neçə cərrahi əməliyyat keçirdiyi müddətdə Oliver və Ox komandası Darkı axtarmağa davam edir. Oliver Darın yerini öyrənmək üçün Kventin Lensə müraciət edir, Diql isə qardaşını dindirir. Onlar Darkın qərargahını tapsalar da orda yalnız bir neçə cəsəd və anarxiya simvolu ilə üzləşirlər ki, bu da Meyçinin qayıdaraq Darkdan qisas almağa çalışması anlamına gəlir. Oliver Meyçini dindirərək azad edir və izləməyə başlayır. Endi Darkın ailəsinin ünvanını deyir, hadisə yerinə gələn Oliver Meyçinin burda Darkın həyat yoldaşı və qızını əsir götürdüyünü görür və onları azad edir. Məlum olur ki, onurğası zədələnmiş Felisiti daha yeriyə bilməyəcək. Məlum olur ki, Darkın həyat yoldaşı Ruve də cinayətkar əməllərin iştirakçısıdı, onların təşkilatı isə dünyanı dağıdaraq istədikləri kimi yenidən qurmağı planlaşdırır. | |||||||
80 | 11 | Dezertir | Şarlotta Brendstorm | Brayan Ford Sillivan və Emilio Orteqa Oldriç | 27 yanvar 2016 | 3J5811 | 2,78[11] |
Xəstəxanadan buraxılan Felisiti əlil vəziyyəti ilə komandaya necə faydalı olacağı haqqında düşünür. Diql və Layla A.R.Q.U.S. agentinin qaçırılmasının şahidi olur və nə baş verdiyini öyrənmək üçün Amanda Uollerin yanına gedirlər. Amanda nə baş verdiyindən xəbərsiz olduğunu desə də, gizlincə Laylaya fleşkart ötürür. Diql və Layla fleşkarta baxadıqda öyrənirlər ki, cinayətin arxasında “Shadowspire” adlı təşkilat durur və Diql Əfqanıstanda hərbi xidməti zamanı həmin təşkilatla qarşılaşmasını xatırlayır. Shadowspire A.R.Q.U.S. bazasını zəbt edərək “Rubicon” layihəsi haqqında məlumatı ələ keçirməyə çalışır. Amanda Uoller şifrəni deməkdən imtina etdikdə onu öldürürlər. Oliver və Ox komandası A.R.Q.U.S. bazasının zəbt edilməsini öyrənib köməyə tələsir. | |||||||
81 | 12 | Zəncirdən açılmış | Kevin Feyr | Spid Uid və Bet Şvartz | 3 fevral 2016 | 3J5812 | 2,48[12] |
Komanda oğruları izləsə də, Teyanın huşunu itirməsi onların qaçmasına səbəb olur. Malkolm Oliverə deyir ki, başqasının həyatını almadığına görə Lazar quyusunun təsiklif edirri ilə yaranmış qan hərisliyi yavaş-yavaş Teyanı öldürür. Oliver oğurluq edənin Roy Harper olmasını öyrənir. Komanda Royu Kalkulyator ləqəbli caninin təsirindən xilas edir. Felisitinin mübarizəsi nəticəsində Kalkulyatorun terror planının qarşısını almaq mümkün olur. Məlum olur ki, Kalkulyator Felisitinin atası Noy Kattlerdir. Nanda Parbatda saxlanıldığı kameradan qaçmağa müvəffəq olan Nisə, Tatsunun yanına gələrək qan hərisliyindən müalicə edən Lotusu ona verməyi xahiş edir. Daha sonra Oliverlə görüşən Nisə, ondan Lotusun qarşılığında Merlinin öldürülməsini tələb edir. Ruve şəhər merliyinə namizədliyini irəli sürür. | |||||||
82 | 13 | Atanın günahları | Qordon Verhoyl | Ben Sokolovski və Keto Şimizu | 10 fevral 2016 | 3J5813 | 2,44[13] |
Nisənin təklifinə imtina edən Oliver Malkolmla danışaraq, dərman qarşılığında Qatillər Liqası üzərində hakimiyyətindən əl çəkərək Nisəyə təslim olmağı təklif edir. Malkolm Nisəyə inanmadığını bildirərək bu təklifdən imtina etsə də, dərmanın yoxlanmasının Teyaya faydalı olmasından sonra razılaşır. Görüş zamanı Malkolm sözünə dönük çıxaraq Nisəni öldürməyə çalışır. Oliver, Lorel və Diql Nisəni xilas edərək əsir götürürlər. Oliver Liqa üzərində hakimiyyət məsələsini həll etmək üçün, Merlindən Nisəni duelə çağırmağı tələb edir. Duel qabağı qədim ənənəyə əsasən Oliver həyat yoldaşı Nisənin yerinə duelə girişir. Duel zamanı Oliver qalib gəlsə də, öldürmək yerinə Merlinin bir əlini kəsir. Üzüyü dərmana dəyişən Oliver həm Malkolmu, həm də Teyanı xilas edir. Nisə Liqanı buraxaraq üzüyü məhv edir. Qəzəblənən Malkolm Darkla görüşərək ona Oliverin oğlu haqqında məlumat verir. | |||||||
83 | 14 | Susqunluq kodeksi | Ceyms Bemford | Vendi Merikl və Osskar Balderrama | 17 fevral 2016 | 3J5814 | 2,44[14] |
Ruve və Darın da daxil olduğu cinayətkar dəstəyə qoşulan Malkolm, onların planının icrasının beşinci fazasına start verildiyini öyrənir. Dark “Məhvedicilər dəstəsi” adlı muzdlu qatillər dəstəsini Kventinin öldürülməsi üçün göndərsə də, Lorel, atasını xilas edə bilir. Körtisin köməkliyi ilə Felisiti müəyyənləşdirir ki, muzdlular Ruve və Oliver arasında debat zamanı meriya binasını partlatmağı planlaşdırır. Oliver və Ox komandası terrorun qarşısını alır. Felisiti və Oliverin nişan mərasimi baş tutur. Körtis Felisitinin əlilliyini aradan qaldıracaq cihaz kəşf etdiyini bildirir və cihazı ona hədiyyə edir. Dark Uilyamı qaçırır. Teya Oliverin Ulyam haqqında oğlu olduğğunu öyrənir və bunu Felisitidən gizlətməyə kömək edir. | |||||||
84 | 15 | Əsir | Qreqori Smit | Hekayə: Mark Quqqenheym Ssenari: Keto Şimizu və Brayan Ford Sallivan | 24 fevral 2016 | 3J5815 | 2,70[15] |
“Viksen” veb serialı ilə krossoverdir. Dark Uilyamın azad edilməsi qarşılığında Oliverdən merlik uğrunda namizədliyini geri çəkməsini tələb edir. Oliver Ulyam adlı oğlu olmasını komanda ilə bölüşür və Yaşıl Ox olduğunu keçmiş sevgilisi Samantaya deyir. Daha sonra kömək üçün Detroytdan olan Viksen ləqəbli qəhrəman Mari MakKeybi Star-sitiyə çağırır. Mari Uilyamın saxlandığı yeri izləyə bilsə də, komanda uşağı tapa bilmir. Oliver namizədliyini geri götürür, komanda isə Darkın güc mənbəyini tapır. Darkın gücü əlindən alınır, o, həbs edilir, Uilyam isə azad olur. Ox komandası uşaq haqqında məlumatı Darka ötürən şəxsin Merlin olmasını da öyrənir. | |||||||
85 | 16 | Sınmış ürəklər | Con F. Şovalter | Rebekka Bellotto və Nolan Dünbar | 23 mart 2016 | 3J5816 | 2,09[16] |
Star-sitiyə qayıdan Kupidon şəhərin məşhur cütlüklərinə hücum etməyə başlayır. Komanda onun yerini tapmağa çalışdığı müddətdə Lorel Darkın cəzalandırılması ilə məşğul olur. Şahid tapa bilmədiklərindən Kventin Lens Darka qarşı ifadə verməli olur. Kupidonun diqqətini cəlb etmək üçün Oliver və Felisitini “gizli evlilik” təşkil edərək mətbuata məlumat sızdırırlar. Plan işləyirə və Kupdon Oliverə hücum edir. Komandanın köməkliyi ilə Kupidon zərərsizləşdirilir. Darka pul qarşılığında azadlığa çıxmaqdan imtina edilir, Kventin araşdırma bitənə kimi işdən uzaqlaşdırılır, Fellisiti isə həmişəlik Ox komandasını tərk edir. Sonda göstərilir ki, Dark ağzına gizlətdiyi üzüyü həbsxanaya keçirməyə müvəffəq olub. | |||||||
86 | 17 | Ümid mayakı | Maykl Şultz | Ben Sokolovski və Brayan Ford Sallivan | 30 mart 2016 | 3J5817 | 2,34[17] |
Həbsdən qaçan Bri Larvan Star-sitiyə gələrək Felisitiyə yeriməyə kömək edən çipi axtarır. Rey Palmerin şirkətinə gələn Bri işçiləri əsir götürərək Felisitinin şirkətə qayıtmasını gözləyir. Brinin robot arılarından biri Oliveri sancır. Körtis öyrənir ki, sancmadan sonra qurbanın daxilində arının çoxlu sayda kopyaları yaranmağa başlayır. Oliveri xilas etmək üçün Lorel Bülbül qışqırığını istifadə edir. Bri deyir ki, xərçəng xəstəliyindən əziyyət çəkir və xilas olmaq üçün həmin çipə ehtiyacı vardır. Darkın yanına gələn Merlin, ona təşkilatın onun iştirakı olmadan Genezis layihəsi üzərində çalışdırığını deyir. | |||||||
87 | 18 | On bir-əlli-doqquz | Rob Hardi | Mark Quqqenhaym və Keto Şimizu | 6 aprel 2016 | 3J5818 | 2,24[18] |
Endi Diqla deyir ki, ona müraciət edən Merlin Darkın azad olunmasına köməklik etməyi xahiş edib. Merlinin yanına göndərilən Endi komandaya bildirir ki, Merlin Darkı aparan zirehli maşına hücum etməyi planlaşdırır. Oliver və Diql hücumun qarşısını almaq üçün hadisə yerinə gedir, Teya və Lorel isə Ox komandasının sığınacağında qalır, bundan istifadə edən Merlin sığınacağa hücum edərək Darkın idolunu oğurlayır. Merlin İdolu Darka gətirir və cani idolda bir detalın çatmadığını deyir. Ruve Dark Lorelə yeni dairə prokuroru olmağı təklif edir. Dark həbsxanada üsyan yaradır, nəzrətçiləri öldürür və idolunu enerji ilə doldurur. Həbsxanaya gələn Ox komandası məhbuslarla döyüşür. Dark Endini əsir götürür və idolun detalı olan kristalı tələb edir. Endi kristalı Darka verir və bütün bu müddət ərzində əslində Darkın xidmətiində olduğunu göstərir. Dark bütün Ox komandasını özünə tabe edərək əsl adlarını deməyə məcbur edir. Daha sonra kapitan Lensə söz verdiyi kimi Loreli oxla ölümcül yaralayır. Bundan sonra Dark, Merlin və Endi hadisə yerini tərk edir. Komanda ağır vəziyyətdə olan Loreli xəstəxanaya çatdırsa da, o, vəfat edir. | |||||||
88 | 19 | Bülbülün göz yaşı | Laura Belsi | Vendi Merikl və Bet Şvartz | 27 aprel 2016 | 3J5819 | 2,27[19] |
Komandanın Lorel üçün yas saxlayıb Darka qarşı növbəti addımı planlaşdırdığı müddətdə Star-sitidə Qara bülbül kostyumu geyinmiş yeni qız peyda olur. Endinin satqınlığından qəzəblənən Con Diql yeni seçilmiş mer Ruve Darka hücum etsə də, Oliver bu hücumun qarşısını alır. Bu hadisədən sonra Ruve qisasçıların həbs edilməsi üçün order verir. Qara bülbül kostyumu geyinmiş Evelin Şarp Ruveyə hücum etsə də, Oliver onun qarşısını alır. Kapitan Lens Lorelin dirildilməsi üçün yollar axtarmağa başlayır. Lorelin dəfn mərasimi zamanı onun ictimai simasını saxlamaq üçün Oliver onun Qara bülbül olduğunu deyir. | |||||||
89 | 20 | Genezis | Qreqori Smit | Oskar Balderrama və Emilio Orteqa Oldriç | 4 may 2016 | 3J5820 | 2,07[20] |
Açıq döyüşdə Darka qalib gəlməyin yollarını tapmaq üçün Con Konstantinin məsləhəti ilə Ezrin Fortuna adlı cadugərlə görüşmək üçün Oliver və Felisiti Hab-sitiyə yola düşür. Ezrin Oliverə Darkın gücünün təbiətini izah edir və ona qarşı mübarizə aparmağın yollarını göstərir. Buna baxmayaraq Oliverin daxilindəki qaranlıqla mübarizədə zəiflik nümayiş etdirməsi Ezrinin xoşuna gəlmir. Endini izləyən Con tələyə düşür. Con qaça bilsə də sonradan başa düşür ki, bu, Laylanı tapmağa çalışan Darkın planı imiş. Laylanın yerini tapan Dark Rubrikonu ələ keçirməyə müvəffəq olur. Endini izləyən Con nəhayət ki, onu öldürə bilir və daha sonra qardaşını ööldürdüyünə görə peşman olur. Aleks Teyanı naməlum şəhərkənarına gətirir və məlum olur ki, bu, Darkın təşkilatının planlaşdırdığı gizli sığınacaqdır. | |||||||
90 | 21 | Monument-Point | Kevin Tançaroen | Spid Uid və Cenni Linn | 11 may 2016 | 3J5821 | 2,16[21] |
Teya və Merlin sığınacağa girərək Darkı axtaran Lonni Meyçeni zərəsizləşdirməyə çalışırlar. Laylanın Rubrikon haqqında məlumat verməsindən sonra Ox komandası başa düşür ki, Darkın məqsədi insanlığın böyük bir hissəsini məhv etməkdir. Felisitinin atasının köməkliyi ilə komanda Rubrkonun sitemini sındırmağa çalışır. Onlar bir raket xaric bütün raketləri söndürə bilirlər. Monument-Pointə yönləndirilmiş həmin nüvə başlığı daya az sakinli Hayvenrok şəhərciyinə yönləndirilir və şəhər məhv edilir. Hayvenrokda ölən insanların gücü Darkın gücünə əlavə olunur. | |||||||
91 | 22 | Subasmada itirilmiş | Qlen Uinter | Brayan Ford Sallivan və Oskar Balderrama | 18 may 2016 | 3J5822 | 1,94[22] |
Darkın dəstəsini izləməyə çalışan Felisiti Teyadan kömək müsajı alır, bundan sonra Oliver və Con köməyə tələsirlər. Teya ilə bacarmayan Lonni qərargaha girərək Ruve və Noranı əsir götürür. Sığınacağa girən Oliver və Con Malkolmun keyləşdici dərman vurduğu Teyanı tapır. Lakin, Oliverin təsiri ilə Teya şüur idarəsinə qarşı mübarizə apara bilir. Sığınacaq dağılmağa başlayır. Partlayışdan əvvəl qəhrəmanlar ordan çıxa bilir, Malkolm isə adi sakinləri xilas edir. Bundan sonra Oliverin evinə soxulan Dark Felisitini məcbur edir ki, Rubrikonu yenidən işə salsın. | |||||||
92 | 23 | Ayrılıq | Con Berinq | Hekayə: Qreq Berlanti Ssenari: Vendi Merikl və Mark Quqqenheym | 25 may 2016 | 3J5823 | 2,19[23] |
Felisitin hədələyən Dark, Körtis və Donnanı öldürmək istəsə də, Oliver ona mane olur. Qızını və Felisitinin notbukunu götürən Dark Oliverin evindən uzaqlaşır. Qəhrəmanlar istəmədən də olsa növbəti dəfə Merlinin köməyini qəbul etməli olurlar. Felisiti və Körtis Star-sitiyə istiqamətlənəən bombaları zərərsizləşdirmək üçün variant tapırlar. Oliver Darkı təkbətək döyüşə çağırır və bu qarşılaşma şəhər sakinləri ilə “ruhlar” arasında toqquşmaya çevrilir. Felisiti Kuper Seldonla əlaqə yaradaraq raketlərin buraxılmasını təxirə salmağa inandırır. Magiyanın köməyi olmadan Oliverə məğlub olan Dark öldürülür. Kventin və Donna Star-sitidən köçürlər. |
Yayımlanması və qəbulu
[redaktə | mənbəni redaktə et]Reytinqlər
[redaktə | mənbəni redaktə et]№ | Başlıq | Yayım tarixi | Reytinq (18–49) |
İzləyicilər (milyon) |
DVR (18–49) |
DVR izləyiciləri (milyon) |
Cəmi (18–49) |
Ümumi izləyici (milyon) |
---|---|---|---|---|---|---|---|---|
1 | "Yaşıl Ox" | 7 oktyabr 2015 | 1.1/4 | 2.67[1] | N/A | 1.43 | N/A | 4.10[24] |
2 | "Namizəd" | 14 oktyabr 2015 | 1.0/3 | 2.50[2] | N/A | 1.34 | N/A | 3.84[25] |
3 | "Bərpa" | 21 oktyabr 2015 | 0.9/3 | 2.40[3] | 0.6 | 1.36 | 1.5 | 3.77[26] |
4 | "Günahını təmizləməyə ümidi olmadan" | 28 oktyabr 2015 | 0.9/3 | 2.64[4] | N/A | N/A | N/A | N/A |
5 | "İzlənilən" | 4 noyabr 2015 | 1.1/4 | 2.60[5] | N/A | N/A | N/A | N/A |
6 | "İtirilmiş ruhlar" | 11 noyabr 2015 | 0.9/3 | 2.30[6] | N/A | 1.22 | N/A | 3.52[27] |
7 | "Qardaşlıq" | 18 noyabr 2015 | 1.1/4 | 2.69[7] | N/A | N/A | N/A | N/A |
8 | "Sabahın əfsanələri" | 2 dekabr 2015 | 1.4/4 | 3.66[8] | 0.7 | 1.61 | 2.1 | 5.27[28] |
9 | "Qaranlıq sular" | 9 dekabr 2015 | 1.0/3 | 2.82[9] | 0.6 | 1.22 | 1.6 | 4.04[29] |
10 | "Qan borcu" | 20 yanvar 2016 | 1.1/3 | 2.83[10] | 0.7 | 1.47 | 1.8 | 4.30[30] |
11 | "Dezertir" | 27 yanvar 2016 | 1.1/4 | 2.78[11] | 0.6 | 1.24 | 1.7 | 4.01[31] |
12 | "Zəncirdən açılmış" | 3 fevral 2016 | 0.9/3 | 2.48[12] | 0.6 | 1.26 | 1.5 | 3.74[32] |
13 | "Atanın günahları" | 10 fevral 2016 | 0.9/3 | 2.44[13] | 0.6 | 1.32 | 1.5 | 3.77[33] |
14 | "Susqunluq kodeksi" | 17 fevral 2016 | 0.9/3 | 2.44[14] | 0.7 | 1.40 | 1.6 | 3.85[34] |
15 | "Əsir" | 24 fevral 2016 | 1.0/3 | 2.70[15] | N/A | N/A | N/A | N/A |
16 | "Sınmış ürəklər" | 23 mart 2016 | 0.7/3 | 2.09[16] | 0.6 | 1.33 | 1.3 | 3.41[35] |
17 | "Ümid mayakı" | 30 mart 2016 | 0.9/3 | 2.34[17] | N/A | N/A | N/A | N/A |
18 | "On bir-əlli-doqquz" | 6 aprel 2016 | 0.8/3 | 2.24[18] | 0.6 | 1.16 | 1.4 | 3.39[36] |
19 | "Bülbülün göz yaşı" | 27 aprel 2016 | 0.9/3 | 2.27[19] | N/A | 1.18 | N/A | 3.45[37] |
20 | "Genezis" | 4 may 2016 | 0.7/3 | 2.07[20] | 0.6 | 1.19 | 1.3 | 3.26[38] |
21 | "Monument-Point" | 11 may 2016 | 0.8/3 | 2.16[21] | 0.5 | 1.13 | 1.3 | 3.29[39] |
22 | "Subasmada itirilmiş" | 18 may 2016 | 0.7/2 | 1.94[22] | 0.6 | 1.23 | 1.3 | 3.20[40] |
23 | "Ayrılıq" | 25 may 2016 | 0.8/3 | 2.19[23] | 0.6 | 1.12 | 1.4 | 3.31[41] |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Empire,' 'SVU' and others adjusted up, 'Arrow' holds, 'Nashville' adjusted down". TV by the Numbers. October 8, 2015. October 8, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Empire', 'Modern Family' and 'Arrow' adjusted up, 'Nashville' adjusted down". TV by the Numbers. October 15, 2015. November 7, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Rosewood' adjusted up, 'Empire' and everything else hold". TV by the Numbers. October 22, 2015. October 23, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Supernatural' adjusts down, 'The Middle' and 'The Goldbergs' adjust up". TV by the Numbers. November 4, 2015. November 7, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Arrow' adjusts up, 'Criminal Minds' rises but still at series low". TV by the Numbers. November 5, 2015. November 7, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Black-ish' and 'Code Black' adjust down". TV by the Numbers. November 12, 2015. November 14, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: Arrow, Rosewood, Survivor and The Middle adjust up". TV by the Numbers. November 19, 2015. November 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Arrow', 'Empire' and 'Criminal Minds' adjust up". TV by the Numbers. December 3, 2015. December 7, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Criminal Minds,' 'Modern Family' and all other originals hold". TV by the Numbers. December 9, 2015. December 22, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Mike & Molly' adjusts up". TV by the Numbers. January 21, 2016. January 23, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Idol', 'Arrow' and everything else hold". TV by the Numbers. January 28, 2016. January 29, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: '2 Broke Girls' adjusts up". TV by the Numbers. February 4, 2016. February 5, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'American Idol' adjusts up, 'Black-ish' adjusts down". TV by the Numbers. February 11, 2016. February 13, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Goldbergs' and 'SVU' adjust up, 'Survivor', 'Code Black' and 'Hell's Kitchen' adjust down". TV by the Numbers. February 18, 2016. February 22, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Survivor' adjusts down". TV by the Numbers. February 25, 2016. February 26, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Survivor', 'Goldbergs', 'Criminal Minds' and 'Chicago P.D.' all adjust up". TV by the Numbers. March 24, 2016. March 26, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Empire' adjusts up, 'Survivor' and 'Beyond Borders' adjust down". TV by the Numbers. March 31, 2016. April 3, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Empire' and 'Modern Family' adjust up, 'Nashville' adjusts down". TV by the Numbers. April 7, 2016. April 19, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'The Middle' and 'Empire' adjust up, 'Nashville' adjusts down". TV by the Numbers. April 28, 2016. April 29, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Chicago PD' and 'Heartbeat' adjust up, 'Nashville' adjusts down". TV by the Numbers. May 5, 2016. May 6, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Empire' and 'The Goldbergs' adjust up, 'Black-ish' and 'Nashville' adjust down". TV by the Numbers. May 12, 2016. May 13, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'Empire', 'Goldbergs', 'SVU' adjust up; 'Arrow', 'Supernatural' adjust down". TV by the Numbers. May 19, 2016. May 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Wednesday final ratings: 'SVU' finale adjusts up, 'Supernatural' finale adjusts down". TV by the Numbers. May 26, 2016. May 28, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings, week 3: 'Quantico' more than doubles, 'Empire' and 'Blindspot' score biggest gains". TV by the Numbers. October 31, 2015. October 26, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings, week 4: 'Jane the Virgin' premiere doubles, 'Empire' and 'Blindspot' top charts for Oct. 12–18". TV by the Numbers. November 4, 2015. November 2, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings, week 5: 'Empire' and 'Blindspot' have biggest toal gains, 5 shows double". TV by the Numbers. November 9, 2015. November 9, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings, week 8: 'Empire', 'Big Bang Theory' and 'Quantico' top charts for Nov. 9–15". TV by the Numbers. December 1, 2015. December 3, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings, week 11: 'Empire' fall finale on top, 'Vampire Diaries' leads percentage gains". TV by the Numbers. December 21, 2015. December 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Big Bang Theory' gets biggest bump of the season in week 12, 5 shows double in 18–49". TV by the Numbers. December 29, 2015. December 31, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'X-Files' premiere dominates week 18, 'Limitless' doubles". TV by the Numbers. February 8, 2016. February 9, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Lucifer' premiere shows solid growth in week 19". TV by the Numbers. February 16, 2016. February 17, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Big Bang Theory' gains the most, 'Vampire Diaries' and 'Shades of Blue' double". TV by the Numbers. February 22, 2016. February 25, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2016.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'How to Get Away with Murder', 5 other shows double in a DVR-heavy week 21". TV by the Numbers. February 29, 2016. February 29, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'The Blacklist' and 'The Big Bang Theory' lead week 22". TV by the Numbers. March 7, 2016. March 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Modern Family' tops the week of March 21–27, 4 shows double". TV by the Numbers. April 11, 2016. April 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Empire' and 'Big Bang Theory' stay on top for April 4–10". TV by the Numbers. April 25, 2016. April 25, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Big Bang Theory,' 'Empire' and 'Blacklist' lead for April 25 – May 1". TV by the Numbers. May 17, 2016. May 17, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Big Bang Theory' tops total gains, 'Vampire Diaries' and 9 others double in 18–49". TV by the Numbers. May 23, 2016. May 23, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Big Bang Theory' finale and 'Empire' share lead for May 9–15". TV by the Numbers. May 31, 2016. June 1, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Empire' and 'Blacklist' finales lead the week May 16–22". TV by the Numbers. June 6, 2016. June 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ Porter, Rick. "Broadcast Live +7 ratings: 'Blindspot' leads for May 23–29 as summer slowdown begins". TV by the Numbers. June 13, 2016. June 14, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.