Intel Core
Intel Core | |
---|---|
Mərkəzi prosessor | |
İstehsal tarixi | yanvar 2006 | )
Tərtibatçı | Intel |
İstehsalçı | |
Tezliyi | 1.0—6.0 GHz |
İstehsal texnologiyası | 65—7 mkm |
Təlimat dəstləri | x86-64 |
Mikroarxitektura | |
Nüvələrin sayı |
|
Yuvalar | |
Nüvə | |
← Pentium |
Intel Core — Intel şirkəti tərəfindən yaradılan mərkəzi prosessor (ing. CPUs) seriyasıdır.
Bu prosessorlar orta təbəqəli istehlakçılar, iş stansiyaları kimi güclü və adi kompüterlər üçün nəzərdə tutulub və Pentium prosessorlarının yerini tutub. Core prosessorlarının eyni və ya daha güclü versiyaları server və iş stansiyaları bazarları üçün Xeon prosessorları adı altında satılır. Core prosessorlarının sırasına Intel Core i3, Intel Core i5, Intel Core i7 və Intel Core i9, X seriyalı Intel Core prosessorları daxildir.[2][3] Intel 2023-cü ildə prosessorlarından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək.[4]
Ümumi baxış
[redaktə | vikimətni redaktə et]Intel Core heç bir daxili ardıcıllıq və ya davamlılıq vəd etməyən bir marka olsa da, bu ailənin prosessorları, əksər hallarda oxşardır. Mobil cihazlar üçün olan Core Solo və Core Duo Yonah prosessorları ilk məhsullar olub Pentium M dizayn ağacına aiddir. Bu prosessorlar 2006-cı ilin yanvarında 65 nm texnologiyası ilə istehsal olunub və satışa çıxarılıb. Bunlar Pentium 4-dən əvvəl olan Pentium Pro nəslindən alınan Intel Core məhsul qrupunun qalan hissəsindən dizayn baxımından əhəmiyyətli dərəcədə fərqlidir.
Conroe kimi tanınan ilk Intel Core masaüstü prosessoru 2006-cı ilin iyulunda buraxıldı. Bu 65 nm prosessordan istifadə edilməklə istehsal edilmiş iki nüvəli dizayn idi. Conroe iterasiyası Intel Core mikroarxitekturasına əsaslanırdı və Pentium 4 ilə müqayisədə səmərəlilik və performans baxımından əhəmiyyətli təkmilləşdirmələr gətirdi. Daha aşağı saat sürətlərində işləməsinə baxmayaraq, Conroe prosessorları Pentium 4 analoqlarını üstələyirdi. Intel Core prosessorlarının əsas xüsusiyyətlərindən biri onların mürəkkəb icra mühərriki vasitəsilə dövr başına yüksək təlimatları (ing. IPC) saxlamaq qabiliyyəti olmuşdur. Bu yarandığı gündən Intel Core məhsul qrupunun ardıcıl xarakteristikası olmuşdur.
2008-ci ilin noyabrında 45 nm Bloomfield masaüstü prosessorunun buraxılması ilə mikroarxitekturada əhəmiyyətli dəyişiklər edildi. Bu prosessor Nehalem arxitekturasına əsaslanırdı və I/O yaddaş sistemlərində nəzərəçarpacaq təkmilləşdirmələr edildi. Əsas təkmilləşdirmələrə Intel QuickPath Interconnect və DDR3 yaddaşının üç kanalını dəstəkləyən inteqrasiya edilmiş yaddaş nəzarətçisi daxildir.
Sonradan tətbiq edilən performans təkmilləşdirmələri dərin dəyişikliklər əvəzinə, daha çox əlavələr etməyə meyilli olmuşdu. Bunlara "Sandy Bridge"ə "Advanced Vector Extensions" təlimat dəsti uzantılarının əlavə edilməsi daxildir. Bu dəyişiklik ilk dəfə 2011-ci ilin yanvarında 32 nm prosessorlarda tədbiq olunub. Bu Intel Active Management Technology kimi texnologiyanın davamlı inkişafı vasitəsilə performansın artmasına səbəb oldu.
2019-cu ildən etibarən Core brendi giriş səviyyəsi i3, əsas i5, yüksək səviyyəli i7 və "entuziast" i9-dan ibarət dörd prosessor növü var. 2023-cü ildə Intel prosessor markasından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək.[4]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Intel Core (mikroarxitektura)
- Intel qrafika emal vahidlərinin siyahısı
- Intel mikroprosessorlarının siyahısı
- Intel Core prosessorlarının siyahısı
- Intel Core 2 prosessorlarının siyahısı
- Intel Core i3 prosessorlarının siyahısı
- Intel Core i5 prosessorlarının siyahısı
- Intel Core i7 prosessorlarının siyahısı
- Intel Core i9 prosessorlarının siyahısı
- Intel çipsetləri
- Ryzen
- Zen (mikroarxitektura)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Intel Core i9-10980XE Extreme Edition Processor (24.75M Cache, 3.00 GHz) Product Specifications". ark.intel.com. 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
- ↑ "Desktop Processors". Intel. December 5, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 13, 2010.
- ↑ "Intel announces Core X line of high-end processors, including new Core i9 chips". The Verge. May 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2017.
- ↑ 1 2 Cao, Peter. "Intel drops 'i' processor branding after 15 years, introduces 'Ultra' for higher-end chips". Engadget. June 15, 2023. June 17, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2023.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Intel Core technical specifications at the Wayback Machine (archived avqust 9, 2007)
- CPU Database. TechPowerUp.
- Intel Core Duo (Yonah) Performance Preview – Part II vs AMD 64 X2 and Intel Pentium M. Anandtech.
- Intel Core i7–3960X CPU Performance Comparison.
- Intel Centrino Duo Mobile Technology papers. Intel.
- Intel Product Information, providing a list of various processor generations