Kamille süsəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kamille süsəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kamille süsəni
Beynəlxalq elmi adı
  • Iris camillae

Kamille süsəni (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür.[1]

Regional IUCN Status: VU D2

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10–25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3–4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4–6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir.[1][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Quru, daşlı-çınqıllı yamaclarda bitir. Dekorativ bitkidir[3][4]

Kür düzənliyi (Qazax rayonu, Qazangöl gölü ətrafında), Bozqır yaylasında[3][4][5][6][7][8]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Çox nadir olan lokalitetlərində mənfi iqliməantropogen təsirlərə həssaslıq müşahidə olunur. Xüsusi yaşayış mühitində tələbkar bitkidir . 

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (dekorativ bitki kimi hali tərəfindən intensiv yığılması, otarılma, tapdalanma). Ekoloji və antropogen amillər. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayıldığı ərazilərdə, xüsusi mühafizə tədbirləri aparılmır. Antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir. 

  1. 1 2 http://redbook.az/?options=project&id=Kamille%20s%C3%BCs%C9%99ni[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 2. Флора Азербайджана, 1952;
  4. 1 2 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989;
  5. 5. Ибадлы О.В. 2005;
  6. 6. Əsgərov A. M., 2005;
  7. 7. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012;
  8. 8. Schtaz G., Shulkina T., Solomon J., 2013;