DJI
DJI | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | elektron sənaye, elektronika, informasiya texnologiyaları |
Məhsulları | Pilotsuz uçuş aparatı[1], Multikopter, mikrokontroller |
Təsis tarixi | 2006[2] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı |
|
dji.com | |
Vikianbarda əlaqəli mediafayllar |
SZ DJI Technology Co., Ltd. — multikopterlər, mikrokontroller, Pilotsuz uçuş aparatları (PUA) və video avadanlıqları istehsal edən Çin şirkəti. PUA sənayesində qabaqcıl və bazar liderlərindən biridir.
Şirkətin mərkəzi Şençjen şəhərində yerləşir. 2018-ci ildə şirkət, "DJI"nin qərargahı yerləşəcək binalar kompleksinin inşasına başlayır. Kompleksin dizaynı ilə, " Foster və Partners" memarlıq bürosu məşğul olur.[7]
Şirkətin tarixi
[redaktə | mənbəni redaktə et]Şirkətin gələcək məhsullarına qeyri-müəyyən şəkildə və təcrübələr, 2006-cı ildə Honqkonqdakı tələbə yataqxanasında başlayır. Firmanın qurucusu olan (o zaman Honqkonq Elm və Texnologiya Unversitetinin Elektron Mühəndisliyi Fakültəsinin tələbəsi) Van Taonun pilotsuz hava vasitələrinə (PUA) marağı, təxminən 6 min dollar dəyərində olan ilk "prototiplərin" hazırlanmasına səbəb olur. "PUA"nın peyk naviqasiyasından istifadə edərək xəritədə göstərilən marşrut boyunca uçmasına və qalxma nöqtəsinə (XP3.1 WayPoint) qayıtmasına kömək edən ilk serialı nəzarətçi avadanlıqlar 2010-cu ildə buraxılır və çox yüksək qiymətə satışa çıxır.[8] Avadanlığın qiyməti təxminən 10 min dollar olur.[9] 2010-cu ildə şirkətin işçilərinin sayı təxminən 10–20 nəfər, şirkətin gəliri isə bir neçə yüz min dollar idi.[10]
2006–2013-cü illər arasında baş verən, cihazları yaxşılaşdırmaq və məhsulun maya dəyərini aşağı salmaq cəhdləri, qiyməti 800 dollardan az olan daha çox kütləvi pilotsuz təyyarə modelinin ortaya çıxmasına səbəb olr. Bunun nəticəsində, şirkətin məhsulları gözlənilməz bir kütləvi tələbə səbəb olur. Artıq təkcə şirkətlər, dövlət qurumları və peşəkar insanlar yox, sadəcə "uçan kamera" sahibi olmaq istəyən adi insanlar rahat şəkildə "PUA"lara sahib ola bilərdi.[11]
2013-cü ildə şirkət, özunun flaqman məhsulu olan "Phantom quadcopter" modelini bazara təqdim edir. Onun sayəsində şirkət ili 130 milyon dollar gəlirlə başa vurmağı bacarır. Artıq 2014-cü ildə bu modelin təxminən 400.000 ədədi satılır. 2015-ci ildə şirkətin dövriyyəsi 500 milyon dollar təşkil edir.[12]
Bir çox Çin texnoloji şirkətindən fərqli olaraq, DJI başqalarının dizaynına əsaslanan cihazlar istehsal etmir, texnologiyanı heç kimdən borc almır, ancaq özü Pilotsu Uçuş Aparatları bazarında yeniliklər edir. Bu səbəbdən və dron bazarının çox güclü bir şəkildə inkişaf etməsi səbəbindən mətbuat tez-tez DJI ilə Apple arasında paralellər qurur və ya DJI "Dronlar arasında Apple" adlandırılır.[13][14][12]
2015-ci ilin sonunda "DJI"nin, Avropanın tanınmış foto və video avadanlığı istehsalçılarından biri olan "Hasselblad"ın səhmlərinin bir hissəsini əldə etdiyi məlum olur.[15] Şirkətlər, hər iki şirkətin güclü tərəflərini bir araya gətirəcək bir strateji ortaqlıq elan edirlər.[15]
Məhsulları
[redaktə | mənbəni redaktə et]- DJI Phantom
- DJI Mavic Pro
- DJI Inspire
- DJI Inspire 2
- DJI Spark
- DJI Osmo
- DJI Osmo Mobile
- DJI Mavic Air
- DJI Mavic Air 2
- DJI Mavic 2 Pro
- DJI Mavic 2 Zoom
- DJI Osmo Action
- DJI Ryze Tello
- DJI Ronin
- DJI Matrice
- DJI Agras
- DJI Mavic Mini
- DJI Mini 2 (Mavic Mini 2)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.forbes.com/sites/ryanmac/2015/04/14/worlds-largest-drone-manufacturer-dji-seeking-to-raise-at-10-billion-valuation/#3d791f534e44.
- ↑ http://www.forbes.com/sites/ryanmac/2015/04/14/worlds-largest-drone-manufacturer-dji-seeking-to-raise-at-10-billion-valuation/#41611edc4e44.
- ↑ https://www.bloomberg.com/news/articles/2016-04-20/drone-maker-dji-willing-to-share-data-with-china-s-government.
- ↑ The Unicorn List. 2016.
- ↑ https://www.eet-china.com/mp/a357125.html.
- ↑ http://www.theverge.com/2015/3/12/8196413/dji-drone-funding-billion-dollar-sales.
- ↑ Ольга Мамаева Штаб-квартира производителя дронов по проекту Foster + Partners Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine — Art and Houses, 15 мая 2018
- ↑ https://web.archive.org/web/20160426090530/http://www1.investhk.gov.hk/zh-hk/success-stories/seeing-the-unseen/
- ↑ "Arxivlənmiş surət". 2016-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
- ↑ https://web.archive.org/web/20160413142139/http://newseed.pedaily.cn/201509/201509011321370.shtml
- ↑ https://web.archive.org/web/20160415150728/http://www.forbes.ru/tekhnologii/mekhanizmy-i-gadzhety/288877-voina-dronov-kak-frenk-veng-sozdal-novyi-rynok-i-stal-milli?page=0,0
- ↑ 1 2 "Arxivlənmiş surət". 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ https://web.archive.org/web/20160406040740/http://www.investopedia.com/articles/investing/020116/dji-chinas-drone-maker-apple-drones.asp
- ↑ "Arxivlənmiş surət". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Arxivlənmiş surət". 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09. (#redundant_parameters); (#redundant_parameters)