39°58′01″ şm. e. 44°32′11″ ş. u.HGYO

Dəlilər (Qəmərli)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Dəlilər
39°58′01″ şm. e. 44°32′11″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Mərkəzin hündürlüyü 835 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.594 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dəlilər xəritədə
Dəlilər
Dəlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəlilər, Böyük Dəlilərİrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]

Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir[3]. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında[4], Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi[5] qeyd edilmişdir.

Toponim qədim türk tayfası tele[6] etnoniminə[7] cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.

Burada tarixən yalnız azərbaycanlı yaşamışdır[8]. Kəndə ermənilər 1828-1829 -cu illərdə İranın Xoy vilayətindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 46 nəfər, 1873 - cü ildə 115 nəfər, 1886-cı ildə 124 nəfər, 1897-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndə az sayda azərbaycanlı dönə bilmişdir. Burada 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır [8].

1930-cu illərin ortalannda kənddə olan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74
  6. >dəliİbrahim Bayramova görə
  7. Qumilyev L.N. Qədim türklər (tərcümə edənlər: V.Quliyev, V.Həbiboğlu), Bakı, «Gənclik», 1993. s.21
  8. 1 2 3 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48-49, 128-129