Baylakan

Vikipediya, azad ensiklopediya
(Beyləqan qalası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Baylakan
Beyləqandan aşkarlanmış Elxanilər dövrünə aid saxsı boşqab
Beyləqandan aşkarlanmış Elxanilər dövrünə aid saxsı boşqab
Ölkə Azərbaycan Azərbaycan
Rayon Beyləqan rayonu
Aidiyyatı Sasanilər
Qafqaz Albaniyası
Şəddadilər
Sifarişçi I Qubad
Tikilmə tarixi V əsr
Vəziyyəti arxeoloji abidədir
Beyləqan (Örənqala) qalasının planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, KürArazın qovuşduğu yerə yaxın, tarixi Arran bölgəsində (klassik Qafqaz Albaniyası),[1] hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi.

Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib.

  1. Baylaqān Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine — статья из Encyclopædia Iranica. C. E. Bosworth
  • Əhmədov Q.M. Örnəqala. Bakı: 1962,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]