Boz kefallar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boz kefallar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Ranqsız:
Fəsilə:
Cins:
Boz kefallar
Beynəlxalq elmi adı

Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi.

Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.[2]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. F.S.Əsgerov, Y.Y.Zaytsev, R.Y.Qasımov, Z.Quliyev. Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları. Bakı: Bəşər-XXI, 2003, səh.68