Aysor Sosialist Partiyası
Aysor Sosialist Partiyası | |
---|---|
Quruluş tarixi | 1917 |
Baş qərargah | |
Saytı | asp2.no.sapo.pt/index2.h… |
Aysor Sosialist Partiyası (süry. Gaba Shawtapaya Atouraya) və ya Zaqafqaziya Aysor Sosialist Partiyası[1] — əsasən assuriyalılardan ibarət siyasi partiya.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1917-ci ilin fevralında Rusiyada Fevral inqilabının başlanmasından sonra Firidun Aturaya, Rabi Bencamin Bet Arsanis və Baba Bet Fərhad[2][3] tərəfindən Urmiya şəhərində təsis edilmişdir. Həmin ilin aprelində Urmiya, Mosul, Tur-Abdin, Nisibin və Cəzirə ərazilərində özünüidarənin təşkilinə çağıran Aturaya tərəfindən "Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi" nəşr olunmuşdur.[4]
2002-ci ildə "İraqın şimalında bir sıra fəhlələrin birləşməsi" nəticəsində yenidən fəaliyyətə başlamış, partiyanın saytında onun siyasi istiqaməti və əsas niyyətinin dəqiq tərifi yer almışdır: "ASP sosialist partiyasıdır və demokratik oriyentasiyası vardır, məqsədi tamamilə aysorların üçün nəzərdə tutulmuş müstəqil Aysor Xalq Respublikası yaratmaqdır".[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Ираклий Чихладзе, Гига Чихладзе. "Курды-езиды и ассирийцы Грузии: Проблемы диаспор и возможность интеграции в современное общество" (rus). ca-c.org. 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.
- ↑ "Freydun Atturaya - an assyrian hero" (ingilis). edessa.com. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.
- ↑ "Fraidoon Atouraya" (ingilis). betnahrain.net. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.
- ↑ "My Calendar" (ingilis). zindamagazine.com. İstifadə tarixi: 2014-09-27.
- ↑ "Website of the Assyrian Socialist Party" (ingilis). asp2.no.sapo.pt. 2003-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.