Avstraliya-Antarktika qalxması
Naviqasiyaya keç
Axtarışa keç
Avstraliya-Antarktika qalxması — Hind okeanının cənub-şərq hissəsində, 80 və 160° ş. u arasında yerləşir. Silsilə Mərkəzi Hind silsiləsi və Cənubi Sakit okean silsiləsi ilə dərhəd təşkil edir. Uzunluğu 6000–6500 km, eni isə 500–550 km arasında dəyişir. Maksimal 800 km-dir. Ən aşağı dərinliyi 1145 m təşkil edir.
Sərhədləri
[redaktə | mənbəni redaktə et]Silsilənin qərbində Amsterdam və Sen-Pol adaları yerləşir. Şimalda Mərkəzi Hind silsiləsinə keçir. Burada Amsterdam qırılması ilə ayrılır. Şərqdə isə silsilə Makkuori üçlük nöqtəsində Makkuori silsiləsi və Cənubi Sakit okean silsiləsinə keçir.
Morfologiyası
[redaktə | mənbəni redaktə et]Qərb sonucunda Amsterdam platosu yerləşir. Rift dərələrindən məhrumdur. Qərb sonucunda hərəkət 6,8 sm/il, şərqdə isə surət 7,56 sm/il təşkil edir.