Avatara

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Avatara[1] (sanskr. अवतार, avatāraIAST) — hinduizm fəlsəfəsində adətən tanrının insan şəklində yer üzündə təcəssüm olunmasını bildirən termin[2]

Avatara Tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə etmək üçün işlədilir. Sanskrit mənşəli sözdür. Hinduizmdə dini terminlərdən olan Hulül, tanrının tək təzahürü fikrinə qarşıdır. Onlara görə tanrı tarixin hər səhifəsində müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır. Pisliyi yox edir və insanların ehtiyac duyduqları vəzifələri bildirir. Beləliklə bu proses sonsuza qədər davam edəcəkdir. Qurtarıcı tanrı Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkilləndiyi iki önəmli "avatara"sı (yəni, şəxsi) RamaKrişnadır. Avatara insan heyəti içinə ilahi varlığın daxil olması və pisliyi yox etmək mənasını ifadə edir.

  1. Аватара Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine в Орфографическом словаре РАН; статья аватара Arxivləşdirilib 2008-05-21 at the Wayback Machine в энциклопедии «Кругосвет»; статья в энциклопедии «Религия»[ölü keçid]
  2. П. А. Гринцер. Аватара. Мифы народов мира, под. ред. С. А. Токарева