Almos (başçı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Almos
Álmos
854 – 895
SonrakıArpad
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti qəbilə lideri[d]
Atası Ügyek/Elöd
Anası Emese
Uşağı Arpad
Ailəsi Arpad sülaləsi
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almos (təq. 820, Xəzər xaqanlığıtəq. 895, Birinci Bulqar dövləti, Transilvaniya) — Macarıstan tayfalarının başçısı.

Anadan olması haqda əfsanə belədir:[1] Macarların başçısı Ügyekin xanımı Emesenin yuxusunda bir Turul adlı qızıl qartal ona bətnindən bir doğan bir uşağın hökmdar olacağını xəbər verir amma torpaqlarını indi yaşadıqları yerdə genişləndirməyəcəklərini deyir. Ügyek və Emese uşaqlarının adını Almos yəni (Yuxuda görülən) qoyur. Lakin bu məlumat ancaq Gesta Hungarorum əsərində belədir, Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur.

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

Əfsanəyə əsasən [1] Almos taxta Hetmaqyarın (7 macar tayfası) səsverməsi nəticəsində gəlmişdi. Lakin Bizans imperatoru VII Konstantin De Adminstrando İmperio əsərində qeyd olunur ki, Almos bu vəzifəyə Xəzər xaqanın tərəfindən təyin olunmuşdu.

Almos dövründə macarlar Xəzər xaqanlığından müstəqil olaraq indiki Moldaviya bölgəsində yaşayırdılar. Kəbərlərin üsyanından sonra daha da güclənən macarlar 895-ci ilin yazında Bulqar xaqanlığına hücum etməyə başladılar. Bizans ilə müttəfiq olan macarlar I Simeonu məğlub edərək sülhə məcbur etdilər.[2] Məğlubiyyətə dözməyən çar Simeon 895-ci ildə Peçeneqlərlə ittifaq quraraq macarlara hücum etdi. 20000 nəfərdən ibarət bulqar ordusu macarları indiki Ukraynada məğlub edərək onları köçə məcbur etdi. BulqarlarPeçeneqlərlə döyüşdə məğlubiyyətlərə görə Macar şamanları Almosu Tenqriyə qurban verməyə qərar verdilər.

  1. 1 2 Kristó, Gyula; Makk, Ferenc (1996). Az Árpád-ház uralkodói ("Arpad sülaləsi hökmdarları"). I.P.C. KÖNYVEK Kft. p. 9. ISBN 963-7930-97-3.
  2. Kristó, Gyula (1996). Magyar honfoglalás - honfoglaló magyarok ("Macarların öz ölkəsini ələ keçirməsi"). Kossuth Könyvkiadó. Səh. 66–67. ISBN 963-09-3836-7.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]