Alfonso Robles

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alfonso Robles
isp. Alfonso García Robles
bayraq
Meksikanın Xarici İşlər naziri
29 dekabr 1975 – 30 noyabr 1976
PrezidentLuis Eçeverria Alvares
ƏvvəlkiEmilio Oskar Rabasa
SonrakıSantyeqo Roel Qarsiya
Şəxsi məlumatlar
Doğum adı Alfonso García Robles
Doğum tarixi 20 mart 1911(1911-03-20)[1][2][…]
Vəfat tarixi 2 sentyabr 1991(1991-09-02)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Təhsili Meksika Milli Muxtar Universiteti
Fəaliyyəti diplomat, yazıçı, vəkil, siyasətçi, hüquqşünas
Atası Kirino Qarsiya Robles
Anası Tereza Qarsiya Robles
Həyat yoldaşı Xuana Mariya Sislo Valdenomar
Uşaqları oğulları: Alfonso və Fernando
Elmi fəaliyyəti
Elm sahəsi fizika
İş yeri Birləşmiş Millətlər Təşkilatı

Təltifləri Nobel mükafatı Nobel sülh mükafatı (1982-ci il)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfonso Qarsiya Robles (isp. Alfonso García Robles; 20 mart 1911, Samora-de-Hidalqo,Miçoakan,Meksika - 2 sentyabr 1991, Mexiko,Meksika) —Meksikalı siyasətçi,diplomat,Meksikanın Xarici İşlər naziri (1975-1976), Alva Mürdal ilə birgə 1982-ci ildə Nobel Sülh mükafatı laureatı

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Alfonso Qarsiya Robles Tereza Qarsiya və Kirino Qarsiya Roblesin (Miçoakan ştatı) ailəsində dünyaya göz açıb. Öncə keşiş olmaq niyyətində olan Alfonso, sonra fikrini dəyişərək və Mexiko Dövlət Universitetin hüquq fakültəsinə daxil olur. 1933-cü ildə beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə məzun oldu,bundan sonra Parisdə (1934-1937) və Haaqa Beynəlxalq Hüquq Akademiyasında (1938) təhsilini davam etdirdi. Robles hələ Avropada ikən diplomat kimi fəaliyyət göstərərək iki ilini İsveçdəki Meksika səfirliyində keçirir.

1941-ci ildə vətəninə qayıdaraq beynəlxalq təşkilatlar şöbəsinin müdiri,daha sonra siyasi və diplomatik xidmətin baş direktoru təyin edildi. 1945-ci ildə,San-Fransiskoda BMT-nin yaradıldığı konfransda Meksika nümayəndə heyətinin üzvü oldu. Daha sonra Nyu Yorkdakı BMT Katibliyində çalışdı. 1957-ci ildə Meksikaya qayıtdıqdan sonra Xarici İşlər nazirliyində Avropa,Asiya və Afrika şöbəsinin müdiri təyin edildi,bununla əlaqədar 1958 və 1960-cı illərdəki dəniz hüququ ilə bağlı konfranslarda fəal iştirak etmişdir.

Sülhməramlı kimi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1962-1964-cü illərdə Meksikanın Braziliyadakı səfiri olmuşdur. 1962-ci ildə Karib böhranından sonra Latın Amerikasında nüvə silahından azad zonanın yaradılması haqqında müqavilə barədə ciddi düşündü.

1964-cü ildə Meksika Xarici İşlər nazirinin müavini təyin edildi və bu vəzifəsini icra edərkən Latın Amerikasında nüvə silahlarının qadağan edilməsi ilə bağlı Tlatelolko müqaviləsinin (1967) imzalanmasında əsas rollardan birini oynadı.

1967-ci ildə ona Alva Mürdal ilə birlikdə 1968-ci ildə dünyanın 115 dövləti tərəfindən qəbul edilmiş Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin hazırlanmasında fəal iştirak etdiyi üçün ona,BMT-nin Silahsızlanmaya dair Cenevrə konfransındakı Meksika nümayəndə heyətinə rəhbərlik etmək tapşırıldı.

1970-1975-ci illərdə Meksikanın BMT-dəki nümayəndəsi olmuş,sonra bir il Meksikanın xarici işlər naziri vəzifəsində çalışmışdır. 1977-ci ildən Meksikanın Cenevrədəki BMT Silahsızlaşdırma Komitəsində daimi nümayəndəsi oldu. Silahlanma yarışına son qoyulmasına dair böyük güclər arasında uzlaşma əldə etməyə çalışdı. 1978-ci ildə ilk belə iclas keçirildi,burada Robles qeyri-rəsmi olaraq "Yekun Sənəd" adlanan qətnamənin mətn layihəsinin hazırlanmasından məsul oldu. 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin xüsusi iclasında dünya səviyyəsində tərksilah kampaniyası təşkil etməyi təklif etdi. Böyük dövlətlərin mövqeyi səbəbindən sənəd hazırlamaq mümkün olmadı, lakin bu fikir böyük dəstək aldı və 1982-ci ilin yayında ABŞ və Avropada minlərlə nüvə əleyhinə nümayiş keçirildi.

1982-ci ildə Alva Mürdal ilə birlikdə silahsızlanma və beynəlxalq danışıqlar sənəti sahəsindəki iyirmi illik fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görüldü.[3] Nobel sülh mükafatını alarkən söylədiyi nitqində Robles,Tlatelolko müqaviləsinin hazırlanması və məzmunu barədə danışaraq,Latın Amerikasının nüvəsiz zonasının,təəssüf ki,əhalinin sıx olduğu digər ərazilərində özünə davamçı tapa bilmədiyini xatırlatdı.

1985-ci ildə BMT-nin Silahsızlaşdırma Komitəsinin sədri seçildi.

2 sentyabr 1991-ci ildə vəfat etdi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1949-cu ildə BMT-nin Yaxın Şərqdəki missiyasına rəhbərlik edərkən Robles,bir il sonra evləndiyi Perulu Xuana Mariya Sislo Valdenomar ilə tanış oldu. Onların - Alfonso və Fernando adlı iki oğlu oldu.

Diplomat kimi fəaliyyət göstərdiyi illərində Robles beynəlxalq münasibətlərə dair 20 kitab və 300-dən çox məqalə yazmışdı.

  1. 1 2 Alfonso Garcia Robles // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Alfonso García Robles // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Альфонсо Гарсия Роблес в энциклопедии «Кругосвет»". 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]