Allelopatiya
(Alellopatiya səhifəsindən yönləndirilmişdir)
Allelopatiya (q.yun. ἀλλήλων (allelon) — qarşılıqlı və πάθος (pathos) — iztirab) — bitkilərin müxtəlif maddələr ifraz etməsi nəticəsində bir-birinə təsir göstərmələri. Dörd qrup belə maddə məlumdur. İki qrupunu mikroorqanizmlər əmələ gətirir; bunlar başqa mikroorqanizmlərin fəaliyyətini dayandıran antibiotiklər və ali bitkilərə təsir edən marazminlərdir (soldurucu maddələr). Digər iki qrupun maddələrini ali bitkilər ifraz edir, bunlar mikroorqanizmlərin fəaliyyətini boğan fitonsidlər və ali bitkilərin inkişafını ləngidən kolinlərdir.
Kənd təsərrüfatı bitkilərinin becərilməsində (növbəli əkin, qarışıq əkinlər üçün bitki seçilməsi və s.). Alellopatiya nı nəzərə almaq lazımdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.